Axtarış
The search found 105793 results in 0.034 seconds.
Search results
2018-ci ildə bu rayonların pulu kəsiləcək
Yaxın günlərdə parlamentdə Azərbaycanın 2018-ci il üzrə dövlət büdcəsi üzrə müzakirələr başlayacaq.
Artıq büdcə layihəsi parlamentə təqdim edilib və dövlət başçısının əvvəlcədən bildirdiyi kimi, 2018-ci ilin büdcəsi bu ilin büdcəsindən daha böyükdür.Muxalifet - 24-10-2017
Avropa Birliyi kiberordu yaradır
Avropa Birliyi kiberhücumlara qarşı ayrıca ordu yaratmalıdır.
Bunu Avropa Parlamentinin iclasında çıxışı zamanı deputat Manfred Veber söyləyib. Onun sözlərinə görə, bu ordu AB-nin kiberinfrastrukturunun necə müdafiə edildiyini göstərəcək.
Qeyd edək ki, bundan öncə eyni təkliflə Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker çıxış etmişdi.Muxalifet2 - 24-10-2017
Türkiyədə küçəyə çıxmaq yasaq edildi - NİYƏ?
Türkiyənin Mardin vilayətinin Ömərli rayonunda PKK terrorçuları ilə təhlükəsizlik qüvvələrinin əməkdaşları arasında atışma olub.
Trend-in məlumatına görə, atışma nəticəsində 2 hərbçi yaralanıb.
Mardin valiliyi əməliyyatların davam etdiyi 12 məhəllədə küçəyə çıxmağı yasaq edib.Muxalifet2 - 24-10-2017
Moldova parlamentinin sədri Dodonun yerinə özünü prezident təyin etdi
Moldova parlamentinin spikeri Andrian Kandu prezident İqor Dodonun əvəzinə dövlət başçısı səlahiyyətlərini icra edəcək.
Publika.az xəbər verir ki, A.Kandu Prezident Administrasiyasından parlamentə bütün zəruri sənədlərin daxil olacağı təqdirdə oktyabrın 24-də Eujen Sturzanın müdafiə naziri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalamaq niyyətindədir.Muxalifet2 - 24-10-2017
6 nəfəri xilas edən azərbaycanlı polis danışdı- RUSIYADA
Gecə saat 4 idi. Mən işdən, daha doğrusu növbədən qayıdırdım. Pervomaysk küçəsini keçəndə gördüm ev yanır. Əvvəl yanğınsöndürənlərə zəng elədim. Gördüm gecikirlər, içəri atıldım.
Bu sözləri Lent.az-a Rusiyanın Sverdlovsk vilayətin Zareçnı rayon polis idarəsinin yol polis müfəttişi, polis kiçik leytenantı Baxış Kərimov bildirib.
Baxış Kərimovun adı artıq neçə gündür Rusiyanın İnternet məkanında hallanır, O, adı çəkilən qəsəbədə yanan evdən 4 uşağı və onların valideynlərini xilas edib.Muxalifet2 - 24-10-2017
Azercell nazirliyi MƏHKƏMƏYƏ VERDİ
"Azercell Telekom” MMC Azərbaycan Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentini məhkəməyə verib.
"Report”un məlumatına görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC qərarın ləğv olunması və əlavə hesablanmış vergilərin, maliyyə sanksiyası və faizlərin silinməsi barədə tələb irəli sürüb.
Məhkəmə iddianı qismən təmin edib.
Qərardan narazı qalan hər iki tərəf apellyasiya şikayəti verib.
Şikayətlərə Bakı Apellyasiya Məhkəməsində baxılır.Muxalifet2 - 24-10-2017
PKK hücuma keçdi: YARALILAR VAR
Türkiyənin Mardin şəhərinin Ömərli bölgəsində PKK terror təşkilatına qarşı əməliyyat təşkil edilib.
Ordu ilə terrorçular arasında şiddətli qarşıdurma yaşanıb. Bu zaman bir əsgər və bir təhlükəsizlik qüvvələri nümayəndəsi yaralanıb.
Terrorçulara qarşı əməliyyat davam edir.Muxalifet2 - 24-10-2017
Petro Poroşenko: "Ukraynada növbədənkənar seçkilər olmayacaq"
Ukraynada prezident və parlament seçkiləri planlaşdırılıdığı kimi, 2019-cu ilin yazında və payızında keçiriləcək
"Ukraynada növbədənkənar seçkilər olmayacaq."
Bu barədə Ukrayna Prezidenti Petro Poroşenko Regional İnkişaf Şurasının iclasının açılışında bildirib.
"Pezident və Ali Radaya seçkiləri üçün planlaşdırılan seçkilər tsiklinə bir ildən az vaxt qalıb. Dediyim kimi, Ukraynada növbədənkənar seçkilər olmayacaq", - P.Poroşenko vurğulayıb.Muxalifet2 - 24-10-2017
Bakı möhtəşəm açılışa hazırlaşır
BTQ-nin işə düşməsinə 6 gün qaldı; Türkiyə və Gürcüstan prezidentləri də Bakıya gələcək
Bakı-Tiflis-Qars dəmir yolunun rəsmi açılış mərasiminə 6 gün qaldı. 3 ölkə prezidentinin iştirak edəcəyi tədbir oktyabrın 30-da Bakıda baş tutacaq. BTQ dəmir yolunun ilk rəsmi səfəri 30 oktyabrda dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Azərbaycan prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Giorgi Kvirikaşvili iştirakı ilə reallaşacaq.Muxalifet3 - 24-10-2017
Suriyadan “NATO” AÇIQLAMASI : 3 ÖLKƏ...
Suriyalı general-mayor Həsən Süheyl Mayadinde Suriya ordusu tərəfindən ələ keçirilən İŞİD-ə aid bir anbarda NATO-nun ən yeni silahlarının olduğunu deyib.
Jurnalistlərə açıqlama verən Süheyl, Suriya ordusunun Mayadində İŞİD-ə aid bir sursat anbarını ələ keçirildiyini bildirib.
Süheyl, anbarda NATO-nun ABŞ, Belçika və İngiltərə istehsalı olan ən yeni silahların yer aldığını ifadə edib.Muxalifet - 24-10-2017
Saakaşvili çevriliş hazırlayır – BAŞ PROKUROR
Mixail Saakaşvili Ukraynada dövlət çevrilişi həyata keçirmək istəyir.
Bunu Regional İnkişaf Şurasının iclasında çıxışı zamanı Ukrayna Baş prokuroru Yuri Lutsenko söyləyb.
“Dinc yürüş haqqının olması hərbi çevrilişə hazırlıq görməyə haqq vermir. Onlar xaricdən maliyyələşirlər və mən bunu isbat edəcəyəm”, – o bildirib.
Lutsenko Saakaşvilinin avantürist olduğunu söyləyib:Muxalifet2 - 24-10-2017
“Azərbaycan” Nəşriyyatının ərazisinin bir hissəsi satıldı –5 SOT TORPAQ SAHƏSİNİ İMİŞLİDƏN OLAN MÜŞTƏRİ ALIB
Bir neçə gün əvvəl Muxalifet.az saytında “Azərbaycan” Nəşriyyatının balansında olan obyektlərin və torpaq səhələrinin təcili olaraq satışa çıxarıldığı haqda məlumat vermişdik. Mötəbər mənbələrə istinadən qeyd etmişdik ki, “Azərbaycan” Nəşriyyatının balansındakı Abşeron rayon Xırdalan şəhərində yerləşən və böyük ərazisi olan kağız anbarı, həmçinin Xəzər rayonu Nardaran qəsəbəsində yerləşən 12 hektar topaq sahəsi, eləcə də nəşriyyatın inzibati ərazisinin bir hissəsi satışa çıxarılıb.
Muxalifet3 - 24-10-2017
Ağdamda 11-ci sinif şagirdi İNTİHAR ETDİ
Ağdamda intihar hadisəsi baş verib.
APA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, rayonun Çullu kəndində 2001-ci il təvəllüdlü, 11-ci sinif şagirdi Mənsur Quluzadə həyətlərində özünü asaraq öldürüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində intiharın səbəbini araşdırırlar.
Muxalifet2 - 24-10-2017
Kseniya Sobçak: “Krım Ukraynaya aiddir!”
"Rusiya və Ukrayna üçün indi əsas məsələ dostluğu bərpa etməkdir. Nəyin bahasına olursa olsun!", - bu sözləri mətbuat konfransında Kseniya Sobçak deyib.
Prezidentliyə namizəd olacaq Kseniya Sobçak mətbuat konfransında həmçinin Krımın Ukraynaya aid olduğunu da dilə gətirib.
"Beynəlxalq hüquqa əsasən Krım Ukraynaya aiddir. Rusiya “1994-cü il Budapeşt memorandumu”nu pozdu", - deyə teleaparıcı gözlənilmədən hamını təəccübləndirib.
Xatırladaq ki, Kseniya Sobçak 18 oktyabrda qarşıdakı prezident seçkisində iştirak etmək üçün öz namizədliyini irəli sürdüyünü elan etmişdi.Muxalifet2 - 24-10-2017
Fransada parklanmış 21 avtomobili yandırdılar
Fransada Limojedə naməlum şəxslər parklanma ərazisində olan 20-dən artıq avtomobili yandırıblar. Trend-in məlumatına görə, parklanma ərazisi Fransanın "Enedis" şirkətinə aid olub.
Şirkətdən veriln məlumata görə, yanan avtomobillərin konkret sayı 21-dir. Məlumata görə, yanğın nəticəsində şirkətin qapılarına da ziyan dəyib.
Bildirilir ki, "Enedis" şirkəti insidentlə bağlı artıq polisə müraciət edib.
Hadisə ilə bağlı araşdırma başlayıb.Muxalifet2 - 24-10-2017
Nazirlik işçisi 1 yaşlı uşağı ilə MƏHKƏMƏ ZALINDA HƏBS EDİLDİ
Dələduzluqda təqsirləndirilən həkim-pediatr Samirə Mansurova və Təhsil Nazirliyinin məsul işçisi olmuş Aytəkin Bağırovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Samirə Mansurova 8 il müddətinə azadlıqdan məhrum edilib.Muxalifet2 - 24-10-2017
Türkiyəni təhdid edən 5 İNGİLİS ÖLDÜRÜLÜB
Suriyada terror təşkilatı YPG-nin sıralarına qoşulduqdan sonra Türkiyəyə qarşı təhdidlər yağdıran 5 İngilisin toqquşmalarda öldüyü bildirildi.
Müxalifət.az bildirir ki, Avropada aparılan təbliğatlardan sonra terror təşkilatı PKK-nın Suriya qolu olan YPG-yə qoşulan 5 İngilis İŞİD-ə qarşı son döyüşlərdə istirak ediblər.
Döyüşlərə girmədən əvvəl terror təşkilatının təbliğatına uyaraq İngilislər Türkiyərə qarşı bir çox təhdidlərlə çıxış etmiş, hədələmişdilər.Muxalifet - 24-10-2017
Kəşfiyyat peyki partladı
"Cassini" peykindən sonra daha bir kəşfiyyat peyki Yerin atmosferində yanaraq, fəaliyyət müddətini başa vurub.
Sovet dövründə buraxılmış “Kosmos-1461” peyki fəzada yanıb. Onun qalıqlarının Antarktida yaxınlarında okeana düşdüyü deyilir.Muxalifet2 - 24-10-2017
İdlibə girən Türk TANKLARI PKK/PYD-Nİ QORXUTDU – “BİZ TERRORÇU DEYİLİK”
PYD lideri Saleh Müslim, İdlib əməliyyatından sonra “bizə hücum etməyin” deyə, qorxu açıqlaması edib.
TSK-nin İdlibə girən tankları və uğurlu əməliyyatı bölgədəki bəzi gücləri narahat edib.Muxalifet - 24-10-2017
Yapon dənizi yağa "bulaşdı" - Səbəb?
Yaponiyanın Fusiki limanında Rusiyaya məxsus yük gəmisi qəzaya uğrayıb.
Trend-in məlumatına görə, qəza nəticəsində Yapon dənizinə böyük həcmdə yağ axıb.
Qəza nəticədə dəniz səthində 200 metr uzunluğunda və 10 metr enində yağ ləkəsi yarandığı bildirilib.
Qəza zamanı gəmidə olan 19 nəfər xilas edilib.Muxalifet2 - 24-10-2017