Prezident hökuməti buraxdı - HAKİM KOALİSİYA BİR NEÇƏ HƏFTƏYƏ FORMALAŞACAQ
24-10-2017 22:43
Almaniya prezidenti Frank-Valter Ştaynmayer Nazirlər Kabinetinin keçmiş üzvlərinə hökumətdəki uğurlu işlərinə görə təşəkkür edərək, onlara istefa məktublarını təqdim edib.
Muxalifet.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, mərasim prezidentin rəsmi iqamətgahı sayılan “Belvü” sarayında keçirilib.
Bundan əvvəl Frank Valter Ştaynmayer kansler Angela Merkeldən Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək hökumət başçısı vəzifəsini icra etməyi xahiş edib.
Hakim koalisiyanın formalaşması ilə bağlı danışıqlar oktyabrın 18-də başlayıb və Merkelin sözlərinə görə, bir neçə həftə davam edəcək.