Axtarış
The search found 105793 results in 0.028 seconds.
Search results
Sürücülərə ŞAD XƏBƏR - Parklanma müddəti dəyişdirilir
Azərbaycanda nəqliyyat vasitəsi istifadəçiləri üçün parklanma müddəti ilə bağlı dəyişiklik edilir.
Trend-in məlumatına görə, bununla bağlı “Yol hərəkəti haqqında” qanuna yeni dəyişikliklərin edilməsi təklif edilir.Muxalifet2 - 24-10-2017
Zərdabda ağır yol qəzası: iki traktor, bir avtomobil...
Zərdab rayonunun Çallı kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən verilən məlumata görə, Gəncə şəhər sakini Qoşqar Abdullayevin idarə etdiyi “Mersedes” markalı avtomobillə kənd sakini Süleyman Əhmədovun idarə etdiyi “Belarus MTZ” markalı traktor toqquşub. Toqquşmadan sonra Q.Abullayevin avtomobili arxadan Mürsəl Məmmədovun idarə etdiyi “Belarus” markalı traktora çırpılıb.
Nəticədə xəstəxanaya yerləşdirilən Q.Abdullayev orada keçinib. Zərdab RPŞ tərəfindən araşdırma aparılır.Muxalifet2 - 24-10-2017
SENSASİON XƏBƏR: "Lotu Quli" azadlığa buraxıldı
Uzun müddətdir həbsdə yatan kriminal avtoritet Nadir Səlifov ("Lotu Quli") azadlığa buraxılıb.
Muxalifət.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə N.Səlifova yaxın olan mənbə xəbər verib.
Qeyd edək ki, Quli 90-cı illərin əvvəllərində xüsusilə ağır cinayət törətdiyinə görə bir neçə maddə ilə ittiham olunub.Muxalifet2 - 24-10-2017
Ərdoğan: ABŞ-dan fərqli olaraq Türkiyə faktlara əsaslanır
ABŞ-dan fərqli olaraq Türkiyə hər bir şeyi faktlara əsaslanaraq ifadə edir.
Bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, ABŞ YPG və PYD-nin terror təşkilatları olmadığını iddia edir, amma bu təşkilatlar Rakka şəhərində PKK-nınlideri Abdulla Öcalanın şəkillərini asır.
R.T.Ərdoğan onu da əlavə edib ki, ABŞ-ın Türkiyə ilə münasibətdə addımları tərəfdaşlıq münasibətləri anlayışına sığmır.Muxalifet2 - 24-10-2017
Ukrayna Saakaşviliyə SIĞINACAQ VERMƏDİ
Ukraynanın Mixail Saakaşvilini ekstradisiya etmək hüququ var, bu proseduru həyata keçirmək üçün heç bir maneə yoxdur.
Bunu Ukraynanın baş prokuroru Yuriy Lutsenko bildirib.
O bildirib ki, Ukrayna Miqrasiya xidməti Odessa vilayətinin sabiq qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə qaçqın statusu verməkdən imtina edib.Muxalifet2 - 24-10-2017
Haşdi Şabi ABŞ-a meydan oxudu: “Bir dəqiqə belə gecikməyin”
Kərkük şəhərindəki fəaliyyətindən sonra İraqdakı mövqeyi müzakirə mövzusu olan Haşdi Şabi qüvvələri ABŞ-a meydan oxuyub.
İranın dəstək verdiyi qüvvələr ABŞ xarici işlər naziri Reks Tillersonun İraqdan çəkilmə tələbinə cavab verib.
Haşdi Şabinin daxilində olan “Əsaib Əhlil Haqq”ın lideri Kais Həzali tvitter hesabından açıqlama verərək “İŞİD ortadan qalxan kimi siz İraqdan çəkiləcəksiniz” deyib: O, ABŞ-ın xarici işlər nazirinə də ismarış yollayıb:Muxalifet2 - 24-10-2017
Taksi sürücüsünə qarşı QULDURLUQ EDƏN ŞƏXS TUTULDU
Ağdam rayon sakini Rafayel Novruzov 24-də Qusar Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, Bakıdan Qusarın Hil kəndinə gətirdiyi sərnişini tərəfindən soyğunçuluğa məruz qaldığını bildirib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupdan APA-nın yerli bürosuna bildiriblər ki, Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olan R. Novruzova yaxınlaşan bir nəfər Qusar rayonunun Hil kəndinə gedəcəyini bildirib və onlar 60 manata razılaşıblar. Kəndə çatanda isə həmin şəxs gediş haqqını verməyib, hətta onun “Samsung” markalı telefonunu da götürərək aradan çıxıb.Muxalifet2 - 24-10-2017
ABŞ-ın Gürcüstandakı hərbi bazasına hücum edildi
ABŞ-ın Gürcüstandakı “Fort Stüart“ hərbi bazasında atışma olub.
Bu barədə məlumat yayan hərbi baza rəsmiləri naməlum bir qadının bazaya atəş açdığını bildiriblər. Olaydan dərhal sonra hərəkətə keçən polis cinayətkarı həbs edib. Hadisə nəticəsində tələfat olmayıb.
Hələ ki, qadının hadisəni hansı səbəbdən törətdiyi bilinmir.Muxalifet2 - 24-10-2017
ERMƏNISTAN 22 MINDƏN ÇOX SURIYALI QAÇQINA SIĞINACAQ VERDI
Suriyada münaqişə başlayandan Ermənistan bu ölkədən 22 mindən çox qaçqına sığınacaq verib.
RİA Novosti-nin verdiyi məlumata görə, bunu İtaliyada ATƏT-in Aralıq dənizi konfransında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib.
Onun sözlərinə görə, Ermənistan qəbul edilən suriyalı qaçqınların sayına görə Avropada üçüncü ölkə olub.
Qeyd edək ki, Suriyada münaqişə başlamazdan əvvəl orada 110 minə yaxın erməni yaşayırdı. Bu müddət ərzində ölkəni 90 mindən çox erməninin tərk etdiyi məlumat verilib.Muxalifet2 - 24-10-2017
İraq ordusu və peşmərgə Mosulda toqquşdu - ÖLÜ VƏ YARALILAR VAR
Mosulun Mahmur qəsəbəsində İraq ordusu ilə peşmərgə gücləri arasında toqquşma baş verib.
Silahlı toqquşma nəticəsində peşmərgə gücləri bir itki verib.
İraq ordusunda ölən və yaralananların dəqiq sayı bilinməsə də, 4 hərbi avtomobilin yandırıldığı deyilir.Muxalifet2 - 24-10-2017
“Kərkükə Türkmən vali istəyirik" – ƏRŞAD SALEHİ
İraq Türkmən Cəbhəsinin (ITC) sədri Salehi: "İraqın orta və cənub şəhərlərindəki valilər Ərəb, şimaldakı üç şəhərin meri Kürd, Kərkükdə də valinin Türkmən olmasını istəyirik. Kərkük Türkmən şəhəridir və bunu heç kim mübahisə etməz".
İraq Türkmən Cəbhəsi (ITC) Bağdad rəhbərliyinin Kərkükə hərbi qubernator təyin istəməsinə baxmayaraq, şəhər valisinin Türkmən olmasını istəyir.
Türkmən siyasi partiya və liderləri Kərkükdə qubernatorun Türkmən olması üzərində dayanır və məsələ ilə bağlı tələblərini rəsmi orqanlara çatdırdıqlarını bildirirlər.Muxalifet - 24-10-2017
Medvedev İrəvana gəldi: SARKISYAN VƏ RƏQIBI ILƏ TƏKBƏTƏK GÖRÜŞ
Rusiyanın baş naziri Dmitri Medvedev İrəvana səfər edib.
Medvedevi “Zvartnos” hava limanında Ermənistanın baş naziri Karen Karapetyan qarşılayıb.
Rusiya baş nazirinin Ermənistana səfərinin məqsədi oktyabrın 25-də keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etməkdir.
Medvedev iclasdan öncə Karapetyanla təkbətək görüş keçirəcək. Həmçinin, Ermənistan prezidenti Serj Sarkisyanla da görüşəcək. Medvedevin qondarma “erməni soyqırımı” abidəsini ziyarət edəcəyi gözlənilir.Muxalifet2 - 24-10-2017
Çində stüardessa TƏYYARƏDƏN YIXILDI
Çində “China Eastern” aviaşirkətinin stüardessası təyyarənin qapısını bağlamağa çalışarkən yerə yıxılıb.
Hadisə Şençjen şəhərinin hava limanında baş verib.
Yerə yıxılan qadını təyyarəni uçuşa hazırlayan işçilər görüb.
Qeyd olunur ki, stüardessa 3 metr hündürlükdən yerə yıxılıb.Muxalifet2 - 24-10-2017
“Lotu Quli” azadlığa necə çıxıb?
“Lotu Quli” ləqəbli Nadir Səlifov bu gün Qaradağ rayon məhkəməsindən buraxılıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, özü və vəkilləri onun cəzasının çox hissəsini çəkdiyi üçün vaxtından əvvəl azad olunması ilə bağlı məhkəməyə müraciət ediblər. Məhkəmə Qulinin vəsatətini təmin edib və o, cəzasını qalan qismini çəkməkdən azad edilib. Azadlığa buraxılan Lotu Quli dərhal ölkəni tərk edib.
Onun Türkiyə və ya Gürcüstana getməsi barədə məlumatlar dolaşır.Muxalifet2 - 24-10-2017
Gürcüstandakı seçkilərdə 67 azərbaycanlı qələbə qazanıb - ARAŞDIRMA
Gürcüstanda yerli özünüidarəetmə orqanlarına oktyabrın 21-də keçirilən seçkilərdə 200-dən çox azərbaycanlı namizəd mübarizə aparıb və onlardan 67-si qələbə qazanıb.
Bu seçkilərdə mübarizə aparan 205 azərbaycanlının 165-i hakim “Gürcü Arzusu- Demokratik Gürcüstan” Partiyasının namizədləri olub.
Onlardan bir nəfər -Teymur Abbasov Marnauli rayonunun meri seçilib.Muxalifet - 24-10-2017
Feysbukdan KİV-ə "qara xəbər" - KEÇIDLƏR ÖDƏNIŞLI OLACAQ
Dünyanın ən populyar sosial şəbəkəsi hesab olunan feysbuk yeniliklər etməyə davam edir.
Publika.az xəbər verir ki, feysbukun xəbər lentinin ("News Feed") aktivləşdirməsi KİV-lərin paylaşım və oxunma statistikasının 4 dəfəyə qədər zəiflədib.
Bu yaxın günlərdə Azərbaycanın KİV-ləri üçün də problem yaradacaq.
Alqoritm sınaqdan keçirildiyindən KİV-lərin feysbukda xəbərlərinə göstərilən reaksiya, xüsusilə də oxunma statistikası dəfələrlə azalır.Muxalifet2 - 24-10-2017
Xəzərdə 1 NƏFƏR BATDI
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə batdığı ehtimal olunur.
Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarışlar aparıblar. Axtarışlar nəticə verməyib.
Nazirlik qeyd edir ki, hadisə ilə bağlı əlavə məlumat veriləcək.Muxalifet2 - 24-10-2017
Azərbaycan hakimiyyəti “İlqar Məmmədov” imtahanından çıxa biləcək?
Oktyabrın 25-də Avropa Şurası Nazirlər Komitəsi Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsinin (AHİM) İlqar Məmmədovla bağlı hökmünün icra olunmaması məsələsini müzakirə edəcək. Bu ərəfədə Bakıda gözləntilər belədir: ya Azərbaycan hakimiyyəti REAL sədri, İsmayıllıda iğtişaş törətməkdə suçlanaraq 7 il azadlıqdan məhrum edilən İlqar Məmmədovu azadlığa buraxacaq, ya da… Avropa Şurasından uzaqlaşdırılacaq.
REAL sədrinin sözçüsü Azər Qasımlı deyir:Muxalifet - 24-10-2017
Nigeriyada "PIRATLAR" dənizçiləri qaçırdı
Nigeriya sahillərində bir qrup dəniz qulduru Almaniyaya məxsus yük gəmisinə hücum edib.
Gəminin altı nəfər heyət üzvü girov götürülüb.
Qeyd olunur ki, gəmiyə səkkiz dəniz qulduru hücum edib.
Girov götürülənlər arasında dörd filiipinli, eləcə də Ukrayna və Macarıstan vətəndaşlarının olduğu bildirilir.Muxalifet2 - 24-10-2017
“Dağlıq Qarabağda separatizm mövcud deyil, anneksiya var” – KEÇMİŞ NAZİR
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov "Amerikanın Səsi"nə müsahibəsində Azərbaycan və Ermənistan prezidentlərinin oktyabrın 16-da Cenevrədə keçirilən görüşünün nəticələrindən danışıb.
- Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşünün nəicələri mövcud status-kvonun dəyişdirilməsinə yol aça bilərmi?Muxalifet - 24-10-2017