​Ukrayna Saakaşviliyə SIĞINACAQ VERMƏDİ

Ukraynanın Mixail Saakaşvilini ekstradisiya etmək hüququ var, bu proseduru həyata keçirmək üçün heç bir maneə yoxdur.
Bunu Ukraynanın baş prokuroru Yuriy Lutsenko bildirib.
O bildirib ki, Ukrayna Miqrasiya xidməti Odessa vilayətinin sabiq qubernatoru, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşviliyə qaçqın statusu verməkdən imtina edib.