Axtarış
The search found 105793 results in 0.029 seconds.
Search results
Atəşkəs rejimi 103 DƏFƏ POZULDU
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 103 dəfə pozub.
Muxalifet2 - 24-10-2017
İki avtobus toqquşdu: 8 ölü, 35 yaralı
Malaziyada iki avtobusun toqquşması nəticəsində 8 nəfər həlak olub.
İndoneziyalı və nepallı işçiləri daşıyan sərnişin avtobusları toqquşub. Avtobuslardan biri mühərrikdə yaranan problemə görə yolun sağında saxlayıb. Arxadan gələn avtobus sürücüsü idarəetməni itirərək həmin avtobusa çırpılıb.
Hadisə nəticəsində 8 nəfər ölüb, 35 nəfər isə ağır xəsarət alıb.Muxalifet2 - 24-10-2017
Türkiyənin nikahla bağlı islahatları ölkədə kəskin etirazlarla qarşılandı
Türkiyənin nikahla bağlı islahatları ölkədə kəskin etirazlarla qarşılanıb.
Türkiyə parlamenti müftilərə rəsmi dövlət nikahını qeydə almaq hüququ verən qanun qəbul edib. Yerli medianın xəbərlərində deyilir ki, Böyük Millət Məclisinin sessiyasında “Vətəndaşlıq Xidmətləri Qanununa” dəyişiklik edilib. Qanunun müftülərə rəsmi nikah bağlama hüququ verən 6-cı maddəsi qəbul olunub.
Qanun parlamentdə də müxalif partiyaların etirazına səbəb olub.Muxalifet2 - 24-10-2017
Bərzani TƏSLİM OLUR - "Hər şeyə hazıram"
İraq Kürd Muxtariyyətinin baş naziri Nəçirvan Bərzani Ərbil ilə Bağdad şəhərləri arasındakı problemlərin həlli üçün yeni bir səhifə açmağa hazır olduqlarını bildirib.
Baş nazir sadəcə davam edən hərbi əməliyyatların bu addımın önündə əngəl olduğunu deyib.
Məsud Bərzani isə iştirak etdiyi bir toplantıda jurnalistlərin suallarını cavablandırıb və Bağdad ilə problemləri konsitutsiya çərçivəsində həll etmək istədiklərini qeyd edib. O, bu mövzu üçün Bağdada bir heyət göndərməyə hazır olduqlarını söyləyib:Muxalifet2 - 24-10-2017
Gömrükdə metadon məhlulu keçirmək istəyərkən yaxalandı
Gömrükdə metadon məhlulunu içməli su kimi təqdim etmək istəyən Azərbaycana gələn İran vətəndaşı saxlanılıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn İran vətəndaşının gödəkçəsinə baxış zamanı gödəkçənin cibindəki 0,5 litrlik plastik qabın üzərində "AkharStar natural mineral water" yazısı olduğu halda, qabın içərisində 500 ml həcmində metadon məhlulu aşkar olunub.Muxalifet2 - 24-10-2017
Polis bölməsinə silahlı və bombalı hücum: ÖLƏN VƏ YARALANANLAR VAR
Yəmənin cənubunda yerləşən Abyan bölgəsindəki polis bölməsinə silahlı hücum təşkil edilib.
Hadisə nəticəsində 4 polis ölüb, 9-u yaralanıb.
Polis bölməsinə öncə bombalı avtomobillə hücum edilib, daha sonra silahlı şəxslər basqın həyata keçirib.
Qarşıdurma zamanı qarşı tərəfdən 3 nəfər öldürülüb. Hücumun məsuliyyətini hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib. Lakin basqının Əl Qaidə terror təşkilatı tərəfindən təşkil edildiyi ehtimal edilir.Muxalifet2 - 24-10-2017
Yeni soyuq savaş gedir: Ağ Ev Rusiya üçün sərhədlər cızır
ABŞ və Rusiya arasında yeni soyuq müharibə başlayıb.
Bunu jurnalistlərə açıqlamasında ABŞ-ın keçmiş müdafiə naziri Leon Panetta söyləyib. Onun sözlərinə görə, Vaşinqton Rusiyanın Yaxın Şərqə təsirinin qarşısını almalıdır:Muxalifet2 - 24-10-2017
Türk ordusu 90 SURİYALI QADINA TƏLİM KEÇDİ
Türk ordusu tərəfindən suriyalı qadınlara polislik təlimləri keçirilib.
Bu barədə “Yeni Şəfəq” informasiya yayıb.
Məlumata görə, türk ordusu əvvəlcə doğma evlərinə dönən Suriya vətəndaşlarının təhlükəsizliyinin təmin olunmasına dəstək məqsədilə 5 min suriyalıya polislik təlimi keçib. Bir qədər sonra isə suriyalı qadınlara həmin təlimlər keçirilib və kursda uğur əldə edən 90 qadın xidmət aparmaq üçün seçilib. Qadınlara protokol, asayişi təminetmə, yaxın təqib, terrorla mübarizə, silahdan atış öyrədilib.Muxalifet2 - 24-10-2017
Hacıqabulda evə basqın edən MASKALILAR TUTULDU
Bir neçə gün əvvəl Hacıqabul rayonunda evlərdən birinə quldurluq niyyəti ilə basqın edən şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, cari ilin oktyabrın 19-da Hacıqabul Rayon Polis Şöbəsinə (RPŞ) rayon sakini Qızqayıd Vəliyeva və ailə üzvlərinin yaşadığı mənzilə iki nəfər maskalı şəxsin bıçaqla hücüm edərək quldurluq cinayəti törətməsi barədə məlumat daxil olub.Muxalifet2 - 24-10-2017
Pambıq zavodunda YANĞIN OLDU - BEYLƏQANDA
Beyləqan rayonu, Daşburun qəsəbəsində pambıq zavodunun ərazisində 200 kq pambıq yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, tayanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.Muxalifet2 - 24-10-2017
Təzə Pir məscidinin ətrafında 2010 EV və OBYEKT SÖKÜLƏCƏK
Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyəti “Sovetski” adlanan ərazidə köçürmə və daşınmaz əmlakın sökülməsi işləri davam etdirilir.
Muxalifet2 - 24-10-2017
PKK edam komandası qurdu: 87 NƏFƏR MƏHV EDİLDİ
PKK terror təşkilatı yeni edam komandası təşkil edib.
PKK təşkilatdan qaçanların və təslim olanların dərhal vurulmasını əmr edib. Edam komandası isə təşkilatdan qaçmaq istəyən 87 terrorçunu məhv edib.
Buna baxmayaraq, 101 terrorçu qaçmağı bacarıb. Təşkilat bəzi edamları intihar, xəstəlik, qəza, bəzilərini isə Türkiyə Silahlı Qüvvələrinin əməliyyatlarında “ölmüş” adı altında verib.
Təhlükəsizlik qüvvələrinin ölkədaxili və sərhəddənkənar əməliyyatları ilə böyük zərbə alan PKK-ya qatılanların sayı da, demək olar ki, sıfır səviyyəsindədir.Muxalifet2 - 24-10-2017
Saakaşvilinin tərəfdarı KİYEVİN QARA SİYAHISINA DÜŞDÜ
Ukrayna Təhlükəsizlik Xidməti Gürcüstan parlamentinin deputatı Kobe Nakopiyanın ölkəyə girişinə 3 illik qadağa qoyub.
Ukrayna mediası qadağanın 12 oktyabrda qoyulduğunu bildirib.
Qeyd edək ki, Nakopiya Mixail Saakaşvilinin tərəfdarı sayılır. Bir müddət öncə o, Kiyevə səfər etsə də, Ukrayna Gömrük Xidməti onun ölkəyə girişinə icazə verməmişdi.Muxalifet2 - 24-10-2017
İŞİD-in ən böyük silah və zirehli texnika anbarı ələ keçirildi - SURİYADA
Terrorçuların arsenalının əsas hissəsini NATO ölkələri tərəfindən silahlanmaya qəbul olunan silahlar təşkil edir
Suriya hərbçiləri Rusiya Hərbi Kosmik Qüvvələrinin dəstəyi ilə ölkənin şərqindəki Meyadin şəhərində İŞİD terror qruplaşmasının ən böyül silah və zirehli texnika anbarını ələ keçiriblər.Muxalifet2 - 24-10-2017
İslam şəhərləri MƏQSƏDLİ ŞƏKİLDƏ MƏHV EDİLİR - Dəhşətli FAKTLAR
Tarix boyu bir çox mədəniyyətə, dövlətə ev sahibliyi edən Yaxın Şərq, ABŞ-ın İraqın işğalı ilə başlayan prosesdə talan və yağmalanma başladı. Yaxın Şərqin qədim şəhərlərini barbarlıqla tanış edən “Qərb” açdığı dərin yaralarla tarixi şəhərləri yox etdi, xarabalığa çevirdi. Bağdad, Mosul, Hələb və Rakka, ABŞ bombaları ilə kabus şəhərə döndü.
İRAQ İŞĞALI BAŞLADI
Muxalifet - 24-10-2017
Qatardan qaçan "Qoca" həbsdə "nadzor"u öldürübmüş...
Ötən gün Bakıya etap edilən zaman Biləcəri dəmiryol stansiyasında qaçan dustaq 1980-ci il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov kriminal aləmdə böyük nüfuza malikdir.
Muxalifət.az Lent.az-a istinadən xəbər verir ki, Etibar Məmmədov kriminal aləmdə "Qoca", "Etibar Hacıqabullu", "Brodyaqa Etibar" ayamaları ilə məşhurlaşıb.
O, uşaq yaşlarında cinayət törətdiyi üçün həbsdə düşüb. Onu Bakıda olan "maloletka"ya (yetkinlik yaşına çatmayanlarla islah müəssisəsinə) göndəriblər.Muxalifet2 - 24-10-2017
Bakı CNN-in aparıcısını QARA SİYAHIYA SALIR
CNN telekanalının şou aparıcısı, amerikalı baş aşbaz Entoni Burden Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər etdiyinə görə arzuolunmaz şəxslər siyahısına daxil ediləcək.
Bu barədə Report-a XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
Xatırladaq ki, E.Burden oktyabr ayında "Entoni Burden: bilinməyən yerlər" teleşousu üçün ermənilər tərəfindən işğal olunmuş Şuşaya səfər edib. O, bu barədə sosial şəbəkədəki səhifəsində xəbər verib.Muxalifet2 - 24-10-2017
Tbilisidə azərbaycanlı şagirdi təhqir etmiş MÜƏLLİM İŞDƏN ÇIXARILDI
Gürcüstan paytaxtında şagirdləri təhqir etməkdə suçlanan 67 saylı ictimai məktəbin kimya müəllimi Dodo Kezua işdən azad olunub.
APA-nın yerli bürosunun xəbərinə görə, azərbaycanlı qız şagirdi də təhqir etdiyi bildirilən D. Kezuanın vəkili qərarın qanunsuz olduğunu deyib. O bildirib ki, qərarla bağlı məhkəməyə müraciət olunacaq.
Məktəb direktorunun qərarını qanunsuz hesab edən bəzi müəllimlər də D. Kezuanın müdafiəsinə qalxıblar. Onlar D. Kezuanın işə bərpa olunmasını tələb ediblər.Muxalifet2 - 24-10-2017
"BakuBus" 100 milyonluq ZƏRƏRƏ DÜŞDÜ
"BakuBus" MMC-yə məxsus avtobuslar ötən il ərzində təxminən 61 milyon sərnişin daşıyıb. Müqayisə üçün bütün Bakı Metropoliteni ildə 220 milyon sərnişin daşıyır.
Bu barədə MMC-nin hesabatında deyilir.
Ötən il ərzində "BakuBus" MMC-nin gəlirləri 12 milyon manat təşkil edib, bunun 97%-i gediş haqqı gəlirləridir.
MMC-nin xərclərin ən böyük hissəsini köhnəlmə(amortizasiya) xərcləri təşkil edir, ümumilikdə 17.6 milyon manat.Muxalifet2 - 24-10-2017
Pxenyan ikinci sualtı gəmisini hazırladı
Şimali Koreya qitələrarası ballistik raketlərini yerləşdirdiyi ikinci sualtı gəmisini hazırlayıb.
Bu barədə informasiyanı “Diplomat” qəzeti yayıb. Qəzet gəminin peykdən çəkilən görüntülərinin artıq Amerika kəşfiyyatının əlində olduğunu yazıb. Kəşfiyyat yeni gəminin “Gorae-C” adlandırıldığını və öz sələfindən daha üstün keyfiyyətlərə malik olduğunu bildirib.
Qeyd edək ki, hazırda Şimali Koreya ordusunda iki sualtı gəmi mövcuddur. “Gorae-B” adlandırılan ilk gəmi 2016-cı ildə istifadəyə verilib və o, “Pukguksong-1” ballistik raketi ilə təchiz olunub.Muxalifet2 - 24-10-2017