Zərdabda ağır yol qəzası: iki traktor, bir avtomobil...
24-10-2017 16:13

Zərdab rayonunun Çallı kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN-dən verilən məlumata görə, Gəncə şəhər sakini Qoşqar Abdullayevin idarə etdiyi “Mersedes” markalı avtomobillə kənd sakini Süleyman Əhmədovun idarə etdiyi “Belarus MTZ” markalı traktor toqquşub. Toqquşmadan sonra Q.Abullayevin avtomobili arxadan Mürsəl Məmmədovun idarə etdiyi “Belarus” markalı traktora çırpılıb.
Nəticədə xəstəxanaya yerləşdirilən Q.Abdullayev orada keçinib. Zərdab RPŞ tərəfindən araşdırma aparılır.