Axtarış

The search found 105793 results in 0.022 seconds.

Search results

  1. ​Azərbaycanın daha bir bölgəsində neft tapıldı

    Bu günlərdə Quba rayonunun Talabı kəndində neft çıxması barədə məlumatlar yayılıb.

    Muxalifet2 - 23-10-2017

  2. ​Qərb İrəvanı işğalçı elan edərsə... - Politoloq

    Qərbin dəstək olduğu, Qərbin maraqlarını həyata keçirən ölkələrə bu, baha başa gəlib. Hazırda həmin dövlətlər ərazisinin bir qismini itirib, əhalisinin vəziyyəti kəskin pisləşib, ən əsası isə Moskva ilə münasibətlərin gərginləşməsi qarşılığında Rusiyanın iqtisadi-enerji layihələrindən təcrid olunublar.
    Bu sözləri politoloq Nəzakət Məmmədova Azərbaycanın Qarabağ probleminin həll edilməsi üçün Qərbə inteqrasiya etməsinin lazım olduğu ilə bağlı yayılan informasiyalara münasibət bildirərkən deyib. O qeyd edib ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir:

    Muxalifet2 - 23-10-2017

  3. ​ABŞ-dan Somali açıqlaması: Çox narahatıq

    Somalidə 300-dən çox dinc sakinin ölümü ilə nəticələnən terror hücumundan dolayı çox narahatıq.
     
    Muxalifet.az xəbər verir ki, bu sözləri ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli deyib.
    “Somalidə getdikcə daha da pisləşən təhlükəsizlik durumundan xeyli narahatıq. Afrika Birliyi Somali missiyasına (AMİSOM) xeyli dəstək olduq və dəstəyimiz davam edəcək”, - deyə diplomat bildirib.
    Qeyd edək ki, bir neçə gün öncə Somalinin paytaxtı Moqadişuda minalanmış avtomobillərin partladılması nəticəsində 300-dən çox insan həlak olmuşdu.
     

    Muxalifet2 - 23-10-2017

  4. ​Günəş tutulması olmayacaq: Ay Yerdən uzaqlaşır

    Yaxın gələcəkdə Günəş tutulması demək olar ki, baş tutmayacaq.
    Muxalifet.az xəbər verir ki, Günəş sistemini araşdıran araşdırmaçılar belə nəticəyə gəliblər. Onların fikrincə, bu hadisənin itməsi tədricən baş verəcək. Alimlər artıq indidən Günəş tutulmalarının sayının azalmağa başladığını və 630 milyon ildən sonra Ayın Günəşin üstünü örtməsi halının tamamilə yox olacağını söyləyiblər. Buna səbəb kimi isə Yerin təbii peykinin planetimizdən tədricən ayrılmağa başlaması göstərilib.
     

    Muxalifet2 - 23-10-2017

  5. Şəmkirdə polislər qəzaya düşdü: ÖLƏN VƏ YARALILAR VAR

    Şəmkirin Kür qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib.
    Report-un məlumatına görə, qəsəbə ilə hərəkət edən VAZ-21021 markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə bir nəfər hadisə yerində ölüb, 4 nəfər ağır yaralanıb. Yaralılar - Mirzəyev Fərman Kənan oğlu, Qasımov Orxan İntiqam oğlu, Yusibov Telman və Quliyev Rauf xəstəxanaya yerləşdirilib.
    Məlumata görə, avtomobilin sürücü və sərnişinləri polis və polisə ictimai dəstək verən şəxslər olublar.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 24-10-2017

  6. ​ABŞ Suriyanı bombaladı: 14 DİNC SAKİN ÖLDÜ

    ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyanın Deyr-əz-Zor şəhərində hökumət qüvvələrinin nəzarəti altında olan Əl-Qusur məhəlləsini bombalayıb.
    Bombardman nəticəsində azı 14 dinc sakin həyatını itirib, daha 32 nəfər yaralanıb.

    Muxalifet2 - 24-10-2017

  7. ​Gədəbəydə yol qəzası nəticəsində SÜRÜCÜ ÖLDÜ

    Hadisə zamanı ağır xəsarət alan sürücü xəstəxana keçinib
    Gədəbəydə yol qəzası nəticəsində sürücü ölüb.
    "Report"un Qərb bürosunun məlumatına görə, 1970-ci il təvəllüdlü rayon sakini Mehdi Cəfərov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə hərəkətdə olan zaman maşın idarəetmədən çıxaraq aşıb.
    Hadisə zamanı ağır xəsarət alan sürücü xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 24-10-2017

  8. ​Ağstafada 55 yaşlı kişi ÖZÜNÜ ASDI

    Hadisə Poylu kəndində baş verib
    Ağstafa rayonunun Poylu kəndində intihar hadisəsi baş verib.
    "Report"un Qərb bürosunun məlumatına görə, 1962-ci il təvəllüdlü rayon sakini Ədalət Nəsib oğlu Nəbiyev özünü yaşadığı evdə asaraq öldürüb.
    Faktla bağlı araşdırma aparılır.

    Muxalifet2 - 24-10-2017

  9. ​"Mitsubishi" 161 min avtomobili geri çağırır

    Yaponiyanın "Mitsubishi Motors" avtomobil şirkəti Şimali Amerikadan və Kanadadan 161 min avtomobil geri çağırılıb.
    "Associated Press" xəbər verir ki, avtomobillərin geri çağırılmasına mühərrikdə yaranan problem olub.
    Geri çağırılan avtomobillər 2015-2017-ci illərdə istehsal olunan "Outlander" və "Lancer" modellərdir. Mühərriklərində problem olan avtomobillər əsasən ABŞ-da və Kanadada satılıb.
    Şirkət mühərrikdə olan qüsuru ödənişsiz aradan qaldırmağı öhdəsinə götürüb.

    Muxalifet2 - 24-10-2017

  10. “Terrorla mübarizə aparan amerikalı müsəlman olmağımla qürur duyuram" - FBI AGENTİ

    "Mənim yaratdığım əfsanələr, uydurduğum hekayələrin heç biri həqiqətdən o qədər də uzaq olmayıb"
     
    ABŞ-ın hazırda fəaliyyətdə olan Federal Təhqiqatlar Bürosu (FBI) agenti ekstremist cihadçı qrupların içərisinə soxularaq, onların planlarını aşkarlamaqla məşğuldur.
    Tamer El-Noury - bu, agentə məxsus olan bir çox saxta adlardan biridir. O, BBC ilə söhbətində hücumları planlaşdıran qrupların inamını qazanaraq, onların dairələrinə soxulması barədə danışıb.

    Muxalifet3 - 24-10-2017

  11. ​Sabunçu Rayon İcra Hakimiyyəti qarşısında QADINI MAŞIN VURDU

    Yaralı xəstəxanaya yerləşdirilib
    Bakının Sabunçu rayonu ərazisində orta yaşlı qadını minik avtomobili vurub.
    Muxalifət.az Report.az-a istinadən xəbər verir ki, hadisə 1968-ci il təvəllüdlü Bayramova Səadət İlham qızı Bakıxanov qəsəbəsində, Sabunçu Rayon İcra Hakimiyyətinin qarşısında yolu keçmək istəyən zaman baş verib.
    Yaralı xəstəxanaya yerləşdirilib.
    Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

    Muxalifet2 - 24-10-2017

  12. YEVLAXDA DƏHŞƏT: 34 yaşlı kişi ÖZÜNÜ YANDIRDI

    Yevlax rayonunun mərkəzində kişi ailə münaqişəsi zəminində özünü yandıraraq öldürüb.
    1983-cü il təvəllüdlü Zeynalov Rubail Nizami oğlu ailə üzvləri ilə mübahisə etdikdən sonra üzərinə benzin tökərək özünü yandırıb.
    Çoxsaylı yanıq xəsarətləri alan R.Zeynalov Respublika Yanıq Mərkəzinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
    Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
     
     
     

    Muxalifet2 - 24-10-2017

  13. ​ABŞ: “İŞİD Afrikaya yerləşir”

    ABŞ Müdafiə naziri Ceyms Mettis və Prezident Donald Trampa Afrikaya yerləşmək istəyən İŞİD terrorçularına qarşı mübarizə ilə bağlı təkliflər veriləcək.
    Bunu jurnalistlərə açıqlamasında ABŞ Baş Qərargah rəisi general Cozef Danford söyləyib.
    “Afrikaya əlavə döyüşçülərin göndəriləcəyini söyləmək hələ tezdir. Rakka və Mosulun İŞİD-in əlindən çıxdıqdan sonra bizim fikrimizcə özünün Afrikadakı mövcudluğunu gücləndirməyə cəhd edəcək. Biz həmçinin Liviyanın onlar üçün nə dərəcədə önəm kəsb etdiyini də bilirik” – deyə o bildirib.
     

    Muxalifet2 - 24-10-2017

  14. Bu cütlük ildə 200 min dollar xərcləyib həm səyahət edir, HƏM DƏ QAZANIRLAR

    Collette və Scott Stohler-lərin işi röya kimi görünə bilər. Onlar ilin altı ayını dünyanı gəzib dolaşır və sosial media kanallarında, öz saytlarında paylaşdıqları foto, video, qeyd və bloqlara görə pul alırlar.
    Onların Instagram səhifəsi (@Roamaroo) istirahət etdikləri yerlərdə çəkdikləri gözqamaşdırıcı fotolarla doludur.
    Collette deyir ki, fotolarda yalnız bir neçə məqam əksini tapır, kadr arxasında qalan əziyyət isə elə də cazibədar deyil.
    Onun sözlərinə görə, sosial media "məşhuru" işi ağır zəhmət tələb edir: bu bazarda minlərlə rəqiblə rəqabət aparmaq lazımdır.

    Muxalifet3 - 24-10-2017

  15. ​BİLƏSUVARDA XÜSUSİ ƏMƏLİYYAT - 5 kilo narkotik ələ keçdi

    Biləsuvar rayon polis şöbəsi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.
    Publika.az xəbər verir ki, əldə edilən əməliyyat məlumatı əsasında polis əməkdaşları rayonun Muğanlı kəndi ərazisində “Mersedes” markalı avtomobili saxlayıblar.
    Baxış zamanı saxlancda, ehtiyat təkərinin altında içərisində narkotik vasitə olan bağlama aşkar edilərək götürülüb. Avtomobilin sürücüsü və sərnişini şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətiriliblər.

    Muxalifet2 - 24-10-2017

  16. Qasırğa 7 nəfərin ölümünə səbəb oldu, 90 yaralı

    Yaponiyada Lan qasırğası 7 nəfərin ölümünə, 90 nəfərin isə yaralanmasına səbəb olub.
    Muxalifət.az  xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
    Qasırğa əsasən Sidzuoka prefekturasına ziyan vurub.
    Bundan əvvəl 20 mindən çox evin sakinlərinin təxliyyəsinə qərar verilib.
     

    Muxalifet2 - 24-10-2017

  17. ​Mustafa Topçubaşovun qızı VƏFAT ETDİ

    Azərbaycan Tibb Universitetinin (ATU) Müalicə profilaktika fakültəsinin I mamalıq-ginekologiya kafedrasının dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü Zemfira Topçubaşova vəfat edib.
    Z.Topçubaşova 90 yaşında dünyasını dəyişib.

    Muxalifet2 - 24-10-2017

  18. ​Tramp hakimiyyətə gələndən 20 ÖLKƏ ŞİMALİ KOREYADAN ÜZ ÇEVİRİB

    ABŞ Prezidenti Donald Trampın 2017-ci ilin yanvarında inauqurasiyasından sonra 20 ölkə Koreya Xalq Demokratik Respublikası ilə əlaqələri ya tamamilə dayandırıb, ya da məhdudlaşdırıb.
    Belə bir statistik xəbərlə Cənubi Koreya telekanalı çıxış edib.
    Telekanal xəbər verir ki, hətta Şimali Koreyanın ənənəvi dostları olan Myanma, Vyetnam, Uqanda da bu siyahıya qoşulub: "Bütün bu ölkələr şimali koreyalı diplomatları öz ölkəsindən çıxarıb".
    Şimali Koreya ilə dost münasibətləri saxlayan Portuqaliya da 42 ildə ilk dəfə bu ölkə ilə diplomatik münasibətləri kəsib.

    Muxalifet2 - 24-10-2017

  19. Kim Çen İn xanım nazirə məktub yazdı – “Çirkin və qorxusuz Tramp rəhbərliyinə qarşı...”

    Avstraliya xarici işlər naziri Yuli Bişop Şimali Koreyadan qərb ölkələrinin parlamentlərinə xitabən yazılmış “açıq məktub” aldıqlarını bildirib.

    Muxalifet3 - 24-10-2017

  20. ​Qaçan məhbuslara görə TUTULANLARIN ADLARI AÇIQLANDI

    Bakıda məhbusların qaçması faktı ilə bağlı Penitensiar Xidmətin saxlanılan üç əməkdaşının adı məlum olub.
    Bunlar qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanovdur. Onlar hadisədən sonra saxlanılaraq istintaqa cəlb edilib.
    Hər üç şəxs hazırda Nərimanov Rayon Polis İdarəsində saxlanılır.
    Hadisə zamanı qatarda olan Penitensiar Xidmətinin bir neçə əməkdaşı isə hazırda dindirilir.
    Saxlanılan şəxslərin barəsində bu gün həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

    Muxalifet2 - 24-10-2017

Pages