İdlibə girən Türk TANKLARI PKK/PYD-Nİ QORXUTDU – “BİZ TERRORÇU DEYİLİK”

PYD lideri Saleh Müslim, İdlib əməliyyatından sonra “bizə hücum etməyin” deyə, qorxu açıqlaması edib.
 
TSK-nin İdlibə girən tankları və uğurlu əməliyyatı bölgədəki bəzi gücləri narahat edib.
Terör təşkilatı PKK-nın Suriyadakı qolu PYD-nin lideri Saleh Müslim verdiyi açıqlamada "Türkiyə bizi çox yaxşı tanıyır. Biz terrorçu deyilik, çox yaxşı bilir", deyərək, TSK-nin Afrin hərəkatı öncəsində özünə tədbir almaqla, gələcək təhlükədən sığortalanmağa çalışır. Halbuki az öncə Türkiyəyə təhdidlər yağdıraraq İdlibdə Türklərin başının çox ağrıyacağını demişdi.
 Məlum olduğu ki, TSK İdlib əməliyyatını başlamaqla yanaşı, eyni zamanda Afrinin ətrafını də mühasirəyə alaraq PYD-ni 24 saat İHA-larla izləyir.
Müxalifət.az