Axtarış
The search found 105793 results in 0.102 seconds.
Search results
Rakkanın azad edilməsi bir oyundur - Əsəd
Rakkanın azad edilməsi Suriya hökuməti əleyhdarlarının əhval-ruhiyyəsini qaldırmağa yönəlik bir oyundur.
Muxalifet.az xəbər verir ki, bu sözləri Suriya Beynəlxalq Münasibətlər Komitəsinin sədr müavini Amar əl-Əsəd deyib.
Əsəd son günlər Rakkanın bir sıra qüvvələr tərəfindən idarə edilməsinə yönəlik çoxsaylı xəbər gəldiyini, ancaq bu xəbərlərin Rakkadan deyil, başqa mənbələrdən gəldiyini bildirib.
Muxalifet2 - 23-10-2017
Çexiya Senatının sədr müavini: Qarabağ yalnız...
Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunmalıdır.
Muxalifet.az xəbər verir ki, bunu trend-ə Azərbaycanda səfərdə olan Çexiya Senatının sədr müavini Yirji Şestak deyib.
Y.Şestak qeyd edib ki, təcrübə də münaqişələrin sülh yolu ilə həllinin ən yaxşı variant olduğunu göstərir:
"Bizim tarixi təcrübəmiz göstərir ki, iki ölkə arasında münaqişə yaratmayan və münaqişənin gələcəkdə daha da dərinləşməsinə səbəb olmayan həll variantı sülh və qarşılıqlı anlaşma yoludur".Muxalifet2 - 23-10-2017
Azərbaycanda ipoteka kreditləri ilə bağlı – MÜHÜM QƏRAR
“Azərbaycan İpoteka Fondu” ASC-nin Müşahidə Şurasının qərarı ilə dövlət xətti ilə verilən kommersiya xarakterli ipoteka kreditlərinin maksimal məbləği artırılıb.
Muxalifet.az “Report”a istinadən xəbər verir ki, qərara əsasən, sözügedən məbləğ 100 min manatdan 150 min manata çatdırılıb.
Sosial ipoteka kreditlərinin maksimal məbləği isə 100 min manat olaraq qalıb.
Xatırladaq ki, hazırda kommersiya xarakterli ipoteka kreditləri illik 8%-lə, sosial ipoteka kreditləri isə illik 4%-lə verilir.
Muxalifet2 - 23-10-2017
Ermənistan ordusunun daha 3 hərbçisi fərarilik etdi
İşğal olunmuş Azərbaycan ərazilərində yerləşdirilən Ermənistan ordusunun daha 3 hərbi qulluqçusu fərarilik edib.
Muxalifet.az-ın məlumatına görə, sosial şəbəkələrdə yayılan məlumatda deyilir ki, gənclər işğalçı orduda mövcud problemlər üzündən yaranan dözülməz vəziyyətdən ancaq qaçmaqla canlarını qurtarmaq mümkün olduğunu deyirlər.Muxalifet2 - 23-10-2017
İŞİD-in paytaxtı dağıdılıb - Müslim
İŞİD Kobanidə kürdləri yıxmaq istədi, ancaq paytaxt olaraq gördüyü Rakkada kürdlər tərəfindən dağıdılıb.
Muxalifet.az xəbər verir ki, bu sözləri Suriya Demokratik Birlik Partiyasının həmsədri Saleh Müslim deyib.
"Rakkanın İŞİD-dən təmizlənməsi böyük bir dəyişiklik olacaq. Yaxın Şərqdə və dünyada bunun bir təsiri olacaq", - Müslim qeyd edib
Muxalifet2 - 23-10-2017
Bu ölkədə sikkə buraxılışı dayandırıldı
Bu gün Belçikada sikkə buraxılışı dayandırılıb.
Muxalifet.az xəbər verir ki, bu barədə qərar verən rəsmi Brüssel büdcəyə qənaət etmək niyyətini güdür.
Qeyd edək ki, Belçika Kral Zərbxanası 1832-ci ildən ölkə ərazisində istifadə olunan pul vahidlərinin buraxılışı ilə məşğul olub.
Muxalifet2 - 23-10-2017
Rusiyada 5 milyon dollar “atdı”, gəlib Qubada icra başçısının müavini oldu – SAKİNLƏRDƏN PREZİDENTƏ ŞOK MÜRACİƏT
“Nəsrulla Vəliyev icra başçıs Yaşar Məmmədova və özünə kapital toplamaqla məşğul olur”
Quba rayonunun bir qrup sakini tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Sakinlər Quba rayon icra başçıs Yaşar Məmmədovun təsərrüfat işləri üzrə müavini Nəsrulla Vəliyevdən şikayətçidir:Muxalifet3 - 23-10-2017
Kataloniyanın müstəqilliyini heç bir ölkə tanımadı - Tajani
Kataloniyadaki müstəqillik təşəbbüsünü heç bir Avropa Birliyi ölkəsi tanımaq istəmədi.
Muxalifet.az xəbər verir ki, bunu Avropa Parlamentinin sədri Antonio Tajani deyib.
Tajani İspaniya və İtaliyadakı prosesləri qiymətləndirib.
Kataloniyadaki prosesləri yaxından izlədiyini və vəziyyətin getdikcə ciddiləşdiyini bildirən Tajani katalonyanın müstəqillik istəyinin İspaniyanın hüquqi və konstitusiyasına zidd olduğunu bildirib.
Muxalifet2 - 23-10-2017
AFFA Argentina millisi ilə oyundan imtina etdi
Argentina milli komandasının agentləri Azərbaycan millisi ilə yoxlama matçı keçirmək üçün AFFA-ya təklif irəli sürüblər.
Bu haqda AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu məlumat verib. Argentina noyabrın 11-də Rusiyada bu ölkənin millisiylə keçirəcəyi oyun ərəfəsində bu matçın təşkilini istəyib. Amma AFFA bu görüşdən imtina edib.Muxalifet2 - 23-10-2017
Moskvada Roqozinin mənzili atəşə tutuldu
Moskvada Rusiyanın baş nazirinin birinci müavini Dmitri Roqozinin Starovolinski küçəsində “Blijnyaa daça” yaşayış kompleksində yerləşən mənzili pnevmatik silahdan atəşə tutulub.
Muxalifet.az-ın xəbərinə görə, məlumatı Life nəşrinə hüquq-mühafizə orqanlarında təsdiqləyiblər.
Rusiya Daxili İşlər Nazirliyində insidentlə bağlı araşdırma aparılır.
İlkin məlumata əsasən, hadisəni yetkinlik yaşına çatmayan şəxslər törədiblər. Faktla bağlı hələlik heç kim saxlanılmayıb.
Muxalifet2 - 23-10-2017
Bakıda 9 ballıq zəlzələ gözlənilir? – AÇIQLAMA + VİDEO
Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bir müddət əvvəl Bakıda 8-9 bal gücündə zəlzələnin olacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Muxalifet.az-ın xəzər tv-yə istinadən məlumatına görə, o, qeyd edib ki, mütəxəssislərin fikirləri yanlış anlaşılıb:
“Ölkədə seysmik vəziyyətin fon səviyyəsi 8-9 baldır. Amma bu o demək deyil ki, həmin gücdə zəlzələ gözlənilir”.
Qurban Yetirmişli ölkədə seysmoloji vəziyyət stabil olduğunu deyib.Muxalifet2 - 23-10-2017
Ərdoğandan qərar: İranla sərhəd 24 saat...
Türkiyənin İranla 3 sərhəd məntəqəsindən 1-i 24 saat fəaliyyət göstərəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə Əsəndərə Gömrük Məntəqəsi məlumat yayıb.
Qərarın Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən verildiyi bildirilib.
Muxalifet2 - 23-10-2017
Rusiyada əsgərlər arasında atışma: 4 əsgər, 1 zabit öldü
Rusiya Milli Qvardiya Qoşunlarının Federal Xidmətinin (Rosqvardiya) zabiti Çeçenistandakı hərbi hissələrdən birində dörd hərbçini qətlə yetirib.
Muxalifet.az xəbər verir ki, hadisə oktyabrın 23-də axşam baş verib. Baş leytenant olduğu bildirilən zabit kazarmada atəş açaraq dörd hərbçi yoldaşını qətlə yetirib. Həmin zabit növbətçi bölmənin əsgərləri tərəfindən zərərsizləşdirilib.
Hadisənin təfərrüatlarını araşdırmaq üçün xidməti təhqiqat aparılır
Muxalifet2 - 23-10-2017
Ərdoğanla görüşdü: İstefa verəcək
Ankara Böyükşəhər Bələdiyyə sədri Məlih Gökçək istefa verəcək.
Muxalifet2 - 23-10-2017
“Cenevrə görüşündən sonra Qarabağda gərginlik artdı”
Azərbaycan və Ermənistan prezidentlərinin nəticəsiz qalan Cenevrə görüşü bir daha təsdiq etdi ki, həmsədrlər vaxt uzatmaqla məşğuldurlar.
Muxalifet.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Onun sözlərinə görə, Cenevrə görüşünün təşəbbüskarı həmsədrlər idi:Muxalifet2 - 23-10-2017
Ərdoğanın əsgərlik yoldaşı olan bələdiyyə sədri istefa verdi
Türkiyənin Bursa Böyükşəhər Bələdiyyə sədri Rəcəb Altəpə istefa verib.
Muxalifet.az xəbər verir ki, o bu barədə jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bütün problemlərə son qoymaq üçün istefa edib.
“Bütün şübhə yaradacaq işlərdən çəkindik. Rüşvətdən uzaq olduq və heç kimə imkan yaratmadıq ki, vəzifəsindən sui-istifadə etsin. Mən vicdanla bələdiyyə sədri kimi xidmət etmişəm”, - deyə R.Altəpə bildirib.Muxalifet2 - 23-10-2017
Kosmosun fəthi hansı fəsadlar yarada bilər? – ABŞ alimi
Kosmosun fəthi insanlığa neqativ təsir göstərəcək.
Muxalifet.az xəbər verir ki, bunu Massaçusets Texnologiyala İnstitunun dəstəyi ilə yaradılan Skolkova Elm və Texnologiyalar İnstitutunun prorektoru professor Rupert Gertser söyləyib. Onun fikrincə, hazırda texnologiyanın inkişaf səviyyəsi kainatın bütün sirlərini bilmək üçün kifayət deyil:Muxalifet2 - 23-10-2017
""Qarabağ” azarkeşlərinin hazırladığı plakatı tənqid edən jurnalisti düşmən hesab etmirəm”- Qulu Məhərrəmli
Qulu Məhərrəmli: "Bu, bir fərdin, qələm sahibinin yanlışlığıdır. Nə gözəl ki, ictimai təzyiq, qınaqla da olsa, aradan qaldırıldı"
""Qarabağ” azarkeşlərinin hazırladığı plakatı tənqid edən jurnalisti "düşmən dəyirmanına su tökən” hesab etmirəm”.
Muxalifet.az xəbər verir ki, bu sözləri sherg.az-aTürkiyənin ən nüfuzlu qəzetlərindən olan "Sabah" qəzetində "Ezik kareoqrafi" başlığı ilə yayımlanan xəbərə münasibət bildirərkən tanınmış telejurnalist, professor Qulu Məhərrəmli deyib.Muxalifet2 - 23-10-2017
7 boksçumuz Avropa çempionatının finalında
Antalyada gənc boksçular arasında keçirilən Avropa birinciliyində səkkizdəbir final mərhələsinə yekun vurulub. Yarışa tam heyətlə qatılan Azərbaycan millisinin yeddi üzvü dörddəbir finalda iştirak hüququ qazanıb.
Azərbaycan Boks Federasiyasından bildiriblər ki, 52 kiloqram çəki dərəcəsində rinqə çıxan Amid Əlizadə (52 kq) ilk görüşündə Davey Oliver Yonseni (İrlandiya) sınağa çəkib. Gərgin keçən döyüş həmyerlimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. O, dörddəbir finalda İvan Pris ilə (İngiltərə) gücünü yoxlayacaq.Muxalifet2 - 23-10-2017
Almanlar işıq pulunu ödəyə bilmir - Acınacaqlı durum
Almaniyada ötən il 330 min abonentin elektrik enerjisi kəsilib.
Muxalifet.az DPA-ya istinadən xəbər verir ki, buna səbəb istehlakçıların enerji ödənişlərini gecikdirmələri olub. Bundan əlavə, ödəniş etməyən 6.6 milyon vətəndaşa da şifahi xəbərdarlıq edilib.
Ödəniş gecikmələrinə səbəb kimi elektrik enerjisinin qiymətinin son illərdə kəskin qalxması göstərilib. Hazırda Almaniyada elektrik enerjisinin bir k/vatının qiyməti 30 sentdir.
Muxalifet2 - 23-10-2017