Üç rayonda oğru əməliyyatı: HƏBSLƏR...
18-10-2017 16:21

Oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Fəqan Qafarovla əlbir olan Bərdə sakini, əvvəllər məhkum olunmuş Möhübbət Əliyev də həbs olunub.
Bu haqda Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Onların iyun-sentyabr ayları ərzində paytaxt sakinləri olan 4 nəfərin çantalarından, habelə 1 nəfərin cibindən pul, mobil telefon və sənəd oğurlaması müəyyən edilib.
Bakının Nizami rayonunda isə Rəşad Əbdülrəhmanovun pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Emil Məlikov tutulub.
Yasamalda da “Ford” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kamal Yusifov tutulub.