Qobustandakı ana ölümünün ilkin səbəbi məlum odlu

Qobustan rayonunda doğuş zamanı baş vermiş ana ölümünün ilkin səbəbi məlum olub. 
Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, ölkənin baş mama-ginekoloqu Sevinc Məmmədova bildirib ki, 1988-ci il təvəllüdlü Zümrüd Günəşlinin ölümünə ilkin səbəbin doğuşdan sonra baş verən qanaxma olduğu ehtimal edilir. Ölümün daha dəqiq səbəbi isə tibbi ekspertizanın nəticələrindən sonra bəlli olacaq: 
"Meyit patomarfoloji təşrihə verilib. Eskpertizanın rəyi təxminən bir həftədən sonra hazır olacaq və daha dəqiq səbəb aydınlaşacaq".
 S.Məmmədova Zümrüd Günəşlinin dördüncü hamiləliyi və doğuşunun olduğunu da söyləyib.