Gədəbəydə 38 yaşlı qadın sirkə turşusu içdi... - İNTIHARA CƏHD
18-10-2017 10:55

Gədəbəy rayonunda intihara cəhd olub.
Trend-in məlumatına görə, rayon sakini, 1979-cu il təvəllüdlü Ağakişiyea Maya Eyvaz qızı yaşadığı evdə essensiya (sirkə turşusu) içərək intihara cəhd edib.
Məlumata görə, hadisə ailə münaqişəsi zəminində baş verib.
Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.