Axtarış

The search found 105785 results in 0.024 seconds.

Search results

  1. ​Britaniyada sərxoş sürücülərə ömürlük həbs cəzası verilə bilər

    Böyük Britaniyada sükan arxasında telefonla danışmağa, sürət həddinin aşmağa və içkili vəziyyətdə avtomobili idarə etməyə görə cəzaların sərtləşməsi təklif olunur.
    Muxalifet.az-ın xəbərinə görə, sərxoş sürücülərin ömürlük azadlıqdan məhrum edilməsi barədə təkliflər cəmiyyətdə birmənalı qarşılanmayıb.
    Qeyd edilir ki, layihə artıq müzakirə mərhələsini keçib.
     

    Muxalifet2 - 16-10-2017

  2. İlham Əliyev Qırğızıstanın yeni prezidentinə məktub ünvanlayıb

    Prezident İlham Əliyev Qırğız Respublikasının yeni seçilmiş prezidenti Sooronbay Jeenbekova məktub ünvanlayıb.
    Muxalifet.az-ın məlumatına görə, məktubda deyilir: 
    “Hörmətli cənab Jeenbekov,
    Qırğız Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
    Ümidvaram ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylər göstərəcəyik.

    Muxalifet2 - 16-10-2017

  3. ​İspaniyada meşə yanğınları: həlak olanlar var

    İspaniyanın Qalisiya vilayətini bürüyən meşə yanğınları nəticəsində 3 nəfər həlak olub.

    Muxalifet.az xəbər verir ki, son 2 gün ərzində Qalisiyada 146, Asturiya vilayətində isə 31 yanğın ocağı qeydə alınıb.
    Bəzi hissələrdə meşə yanğınları yaşayış məntəqələri üçün təhlükə yaratdığından, onlarla qəsəbədə ikinci dərəcəli təhlükə elan olunub. Yanğınların Qalisiya vilayətinin ən böyük şəhəri Viqoya yaxınlaşdığı barədə də məlumatlar yayılır.
    Bu günlərdə yağış yağacağı proqnozlaşdırılır ki, bu da yanğınları səngidə bilər.
     

    Muxalifet2 - 16-10-2017

  4. Tatlısəsdən Günelə qadağa: Oxumasın...

    Türkiyədə “Azəri qızı” ləqəbi ilə tanınan müğənni Günel Zeynalova İstanbul şəhərinin Nişandaşı səmtində şəxsi vəsaiti ilə gözəllik mərkəzi açıb.
     
    Muxalifet.az xəbər verir ki, açılış mərasimi zamanı jurnalistlərə açıqlama verən müğənni ustadı İbrahim Tatlısəsə küskün olduğunu bildirib.

    Muxalifet2 - 16-10-2017

  5. ​Millimiz Bolqarıstana qalib gəldi

    Azərbaycan millisi 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində oktyabrın 16-da sonuncu oyununu keçirib.

    Muxalifet.az xəbər verir ki, millimiz Qorna Oreçovitsa şəhərindəki “Lokomotiv” stadionunda Bolqarıstan yığması ilə görüşüb. Futbolçularımız Turan Vəlizadənin dubl etdiyi matçda 2:1 hesabı ilə qələbə qazanıb.
     

    Muxalifet2 - 16-10-2017

  6. Almaniyadan kürdlərə zərbə: Yardım dayandırıldı

    Almaniya Hərbi Qüvvələri Kürdüstan Muxtariyyətinin tabeliyindəki peşmərgə qüvvələrinə yardımı dayandırmaq barədə qərar qəbul edib.
    Muxalifet.az xəbər verir ki, bu barədə “Şpigel” nəşri məlumat yayıb.
    Qərara səbəb kimi regionda hökm sürən gərginliyin hərbi müstəviyə keçməsi və qeyri-müəyyən hərbi-siyasi durum göstərilib.
    Qeyd edək ki, Almaniya 2014-cü ildən bəri İŞİD-ə qarşı mübarizə çərçivəsində peşmərgə qüvvələrinə hərbi yardım edirdi.
     

    Muxalifet2 - 16-10-2017

  7. Dünya hərəkətə keçməlidir, yoxsa ermənilər…

    Prezidentlərin Cenevrə görüşü Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqlarına müsbət töfhə verə bilər.
    Bunu açıqlamasında politoloq, millət vəkili Rasim Musabəyov deyib. Deputatın sözlərinə görə, görüş sonrası verilən bəyanatda nikbinlik ifadə edilsə də, İrəvanın növbəti dəfə qeyri-konstruktiv mövqe sərgiləməyəcəyi istisna oluna bilməz:
    “Ona görə də beynəlxalq birlik Ermənistana təzyiq etməlidir, yoxsa İrəvan status-kvonu uzatmaq üçün prosesi yubadacaq və sülhə gəlməyəcək”.

    Muxalifet2 - 16-10-2017

  8. Bakıda polisə növbəti hücum - POLİSİN GÖZÜNƏ YUMRUQ VURDU...

    Paytaxtda yerləşən "Oazis" restoranında sərxoşların davasının növbəti qurbanı Binəqədi rayon Mühafizə İdarəsinin əməkdaşı olub. 
    Bu barədə Sputnik-ə Binəqədi rayonunun hüquq-mühafizə orqanlarından məlumat verilib. 

    Muxalifet2 - 17-10-2017

  9. İŞİD Kərkük yaxınlığında iki kəndi ələ keçirdi

    İŞİD silahlıları Kərkük şəhərindən şimal-qərbdə yerləşən iki kəndi ələ keçiriblər.
    Yerli əhali yaşayış məntəqələrini tərk etməli olub. Ələ keçirilən kəndlər Kərkük şəhərini kürd muxtariyyətinin paytaxtı Ərbillə birləşdirən yolda yerləşir.
    Qeyd edək ki, ötən gecə kürd peşmərgə dəstələrinin nəzarəti altında olan ərazilərə daxil olan İraq ordusu Kərkük vilayətində strateji mövqelərə nəzarəti ələ keçirib.
     

    Muxalifet2 - 17-10-2017

  10. ​Saatlıda ev yandı

    Saatlı rayonunun Qara Nuru kəndində yanğın qeydə alınıb.
    Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Saatlı rayonunun Qara Nuru kəndində ikimərtəbəli evin 1 mərtəbəsinin tavanı və ev əşyaları 70 m2 sahədə yanıb.
    Evin qalan hissəsi yanğından mühafizə olunub.
    Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

    Muxalifet2 - 17-10-2017

  11. ​ABŞ İŞİD-in Yəməndəki təlim düşərgələrinə hava zərbələri endirdi

    ABŞ aviasiyası Yəmənin Əl-Beyda vilayətində İŞİD-in iki təlim düşərgəsinə hava zərbələri endirib.
    Bu barədə Pentaqonun yaydığı məlumatda bildirilir.
    Məlumata əsasən, terrorçuların hazırlığı üçün nəzərdə tutulmuş iki təlim düşərgəsi bombardman edilməsi nəticəsində onlarla silahlı məhv edilib. Hava zərbəsi nəticəsində terrorçuların maddi-texniki ehtiyatları, silah-sursat saxlanıldığı tikililər dağıdılıb.
    Qeyd edək ki, ABŞ son illər müntəzəm olaraq İŞİD və “Əl-Qaidə”nin Yəməndəki mövqelərinə hava zərbələri endirir.

    Muxalifet2 - 17-10-2017

  12. Bakıda oğurluq anbaan kameraya düşdü - VİDEO

    Bakıda avtomobil təmiri sexinin ustalarının mobil telefonları oğurlanıb. 
    Report xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb. 
    Oğurluq hadisəsinin izini avtomobil təmiri sexinin içərisində quraşdırılmış müşahidə kamerasının köməyi ilə tapmaq mümkün olub. 

    Muxalifet2 - 17-10-2017

  13. ​Kiyevin mərkəzi bağlandı: Saakaşvilinin mitinqinə əngəl…- FOTO

    Kiyevin qanun qoruyucuları dünən gecədən etibarən şəhərin mərkəzi küçələrini bağlayıblar.
    Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, buna səbəb bugün Mixail Saakaşvilinin tərəfdarları tərəfindən təşkil edilmiş mitinqi əngəlləməkdir. Bu haqda özünün Feysbuk səhifəsində jurnalist Tatyana Danilenko yazıb.

    Muxalifet2 - 17-10-2017

  14. Şimali İraqdakı müharibə AVROPANI QORXUYA SALDI

    Avropa İttifaqı (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti ali nümayəndəsi Federika Moqerini İraqın baş naziri və Silahlı Qüvvələr Komandiri Heydər Əl İbadi ilə telefonla danışıb.
    Onlar Kərkükdə baş verən hadisələri müzakirə ediblər.

    Muxalifet2 - 17-10-2017

  15. ​Ərdoğan Bakıya gəlir: Nələr müzakirə ediləcək?

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı bir sıra ciddi məsələlər müzakirə olunacaq.
    Bu sözləri Axar.az-a Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana gözlənilən səfərini şərh edən keçmiş diplomat, politoloq Fikrət Sadıqov deyib. Politoloq bildirib ki, yaranmış vəziyyət Bakı və Ankara arasında geniş dialoqu labüd edir:

    Muxalifet2 - 17-10-2017

  16. Zakir Həsənov Gürcüstanda generallarla görüşəcək

    Bu gün Tbilisi şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikası Baş Qərargahının rəisi ordu generalı Hulusi Akar və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaianın iştirakı ilə görüş keçiriləcək.

    Muxalifet2 - 17-10-2017

  17. ​Bakı-Sumqayıt şosesində avtomobil qəzası baş verdi

    Bakı-Sumqayıt şosesində avtomobil qəzası baş verib.
    Sumqayıtdan Bakıya doğru hərəkət edən 99-GJ-170 dövlət nömrə nişanlı, "Mercedes Benz" markalı avtomobil qəza törədib.
    Məlumata görə, idarəetmədən çıxan nəqliyyat vasitəsi iki yolu ayıran dəmir arakəsmələrə çırpılıb, daha sonra istiqamətini dəyişərək əks tərəfdəki yanacaqdoldurma məntəqəsinin səkisinə dəyib.
    Nəticədə yanacaqdoldurma məntəqəsinin işıq dirəkləri aşıb. Yol təsərrüfatına və avtomobilə ciddi ziyan dəyib.
    Qəza nəticəsində xəsarət alanın olmadığı deyilir.

    Muxalifet2 - 17-10-2017

  18. İraq ordusu Sincara GİRDİ - PKK QAÇDI

     İraq mərkəzi hökumətinə sadiq təhlükəsizlik qüvvələri Mosulun Sincar rayon mərkəzində nəzarəti təmin etdi.

    Muxalifet - 17-10-2017

  19. 29 yaşlı qadın ağır xəsarətlərlə xəstəxanaya yerləşdirildi

    Aygün Yüsibova ağır vəziyyətdə xəstəxana yerləşdirilib
    Göygöl rayon sakininin ayağı sınıb.
    "Report"un Qərb bürosunun məlumatına görə, rayon sakini, 1988-ci il Aygün Yüsibova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
    Sağ ayağı sınan və müxtəlif bədən xəsarəti alan qadının yaxınları onun yıxıldığını bildirsələr də, polis hadisənin avtomobil qəzası olduğunu güman edir və bununla bağlı araşdırmalara başlanılıb.
    Qeyd edək ki, hazırda qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.

    Muxalifet2 - 17-10-2017

  20. Bakıda orta yaşlı kişi yaşadığı evdə qohumları tərəfindən döyüldü

    Qabırğaları sınan zərərçəkmişi təcili yardım xidməti xəstəxanaya yerləşdirib
    Bakıda orta yaşlı kişi yaşadığı evdə qohumları tərəfindən döyülüb.
    Muxalifət.az Report.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində baş verib.
    Belə ki, 37 yaşlı Elman Hüseyn oğlu Allahverdiyev ailə münaqişəsi zəminində öz mənzilində qohumları tərəfindən döyülüb. Qabırğaları sınan zərərçəkmişi təcili yardım maşını ilə xəstəxanaya aparıb.

    Muxalifet2 - 17-10-2017

Pages