ABŞ İslam Dövlətinin Yəməndəki təlim düşərgərlərini bombaladı

Pentaqon Birləşmiş Ştatların hərbi təyyarələrinin İslam Dövlətinin Yəmənin Əl-Beydə regionundakı iki təlim düşərgəsini bombardman etdiyini və İslam Dövlətinin onlarla döyüşçüsünün öldürüldüyünü bildirib.
Pentaqon Yəmənin terrorçuların təlim keçdiyi əsas mərkəz olduğunu deyir.
Terrorçu qruplar dünyanın ən kasıb ölkələrindən biri olan Yəməndə yaranmış xaosa və rəhbərlikdəki vakuma görə daha çox ərazini ələ keçirməyə çalışır.
Ərzaq və dərman qıtlığı olan bu ölkə hazırda vəba epidemiyası ilə də üzləşir.
Səudiyyə Ərəbistanının başçılığı ilə İranın dəstəklədiyi Huti üsyançılarına qarşı həyata keçirlən hava hücumları zamanı minlərlə mülki vətəndaş həlak olub və yaşayış məntəqələri tamamilə dağıdılıb.
Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, ötən aprel ayından bəri vəbadan 2 mindən çox insan ölüb. Yüz minlərlə insanın isə bu xəstəliyə yoluxduğu təxmin edilir.
Səhiyyə rəsmiləri vəba epidemiyasına səbəbin su təchizatının olduğunu deyir. Ekspertlər bildirir ki, yəmənlilər təmiz suya çıxış əldə etməyənədək, vəba epidemiyası yayılmaqda davam edəcək. Ölkədəki münaqişə vəziyyəti daha da ağırlaşdırır./amerikaninsesi.org/