Axtarış

The search found 105785 results in 0.076 seconds.

Search results

  1. ​Direktorun əri məktəb psixoloqunu döydü

    İmişli rayonunda orta məktəbin psixoloqu döyülüb.
    Muxalifet.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Boşçalılar kənd orta məktəbində baş verib. 
    Bələ ki, həmin məktəbdə psixoloq işləyən Şəhla Abbasova direktorun əri tərəfindən döyülüb. Qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
    Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır. 
     

    Muxalifet2 - 16-10-2017

  2. ​Türkiyədə fövqəladə vəziyyət rejimi uzadıldı

    Türkiyə hökuməti ölkədə fövqəladə vəziyyət rejiminin uzadılmasına dair qərar qəbul edib.
    Muxalifet.az-ın xəbərinə görə, bu barədə ölkənin baş nazirinin müavini Bəkir Bozdağ Nazirlər Kabinetinin iclasından sonra keçirilən mətbuat konfransında deyib.
    “Hökumət ölkədə fövqəladə vəziyyət rejiminin daha üç ay müddətinə uzadılmasına dair qərar qəbul edib. Sənəd parlamentə təsdiqə göndərilib”, - Bozdağ jurnalistlərə açıqlamasında deyib.
     

    Muxalifet2 - 16-10-2017

  3. ​Şimali Koreya rəsmən danışıqlardan imtina etdi

    Sankt-Peterburqda Parlamentlərarası İttifaq (PAB) Baş Assambleyasının iclasında iştirak edən Cənubi Koreya rəsmilər ilə görüş keçirməyəcəyik.
     
    Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Şimali Koreya Parlamenti spikerinin müavini An Tonq Çun çıxış edib.
    "Cənubi Koreya rəsmilər ilə görüşmək planımız yoxdur", - Çun söyləyib.
    Qeyd edək ki, Rusiya hökuməti tərəflər arasında danışıqların keçiriləcəyini bəyan etmişdi, daha sonra Şimali Koreyanın danışıqlara hazır olmadığı vurğulanıb.
     

    Muxalifet2 - 16-10-2017

  4. Tillersonun Bərzaniyə göndərdiyi məktub Bakıda müzakirə edildi – BƏYANAT

    Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantıda ölkə və beynəxalq aləmdə baş verən ictimai-siyasi vəziyyət əsas müzakirə obyekti olub.

    Muxalifet3 - 16-10-2017

  5. ​Məşhur kanslerin türk nəvəsinə mirası açıqlandı

    Almaniyanın keçmiş kansleri Helmut Kolun mirasının necə bölüşdürüldüyü müəyyən edilib.

    Muxalifet2 - 16-10-2017

  6. Türk ordusu İraqda itkilər verdi: 2 şəhid, 3 yaralı

    Şimali İraqın Zap bölgəsində 2 Türkiyə əsgəri şəhid olub, 3-ü yaralanıb.
     
    Muxalifet.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.
    TSQ-nın yaydığı məlumatda qeyd edilir ki, terrorçulara qarşı keçirilən əməliyyat zamanı qarşıdurma yaşanıb. Əməliyyat nəticəsində də itkilərimiz olub.
     

    Muxalifet2 - 16-10-2017

  7. ​ABŞ Türkiyəyə qarşı viza məhdudiyyətini qismən aradan qaldırıb

    ABŞ Türkiyəyə qarşı tətbiq etdiyi viza məhdudiyyətini qismən aradan qaldırıb.
    Muxalifet.az xəbər verir ki, müalicə məqsədilə və digər xüsusi hallarda ABŞ-a getmək istəyən Türkiyə vətəndaşlarına viza veriləcək. Vizanı yalnız ABŞ-ın Ankaradakı səfirliyi və İstanbuldakı Baş Konsulluğu verəcək.
    Qeyd edək ki, ABŞ İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun saxlanılmasından sonra Türkiyəyə qarşı miqrantlar istisna olmaqla viza məhdudiyyəti tətbiq etmişdi.

     

    Muxalifet2 - 16-10-2017

  8. ​Sarkisyan İlham Əliyevlə görüşünü şərh etdi: "Razılığa gələ bildik..."

    Cəbhə xəttində ölüm hallarının baş verməməsi üçün, biz gərginliyin daha da azaldılmasına dair razılığa gəldik. Qeyd etməliyəm ki, həm Azərbaycan prezidenti, həm də mən bu məsələdə çox maraqlıyıq”.
    Muxalifet.az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə Ermənistan lideri Serj Sarkisyan Jenevada Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlardan sonra yerli erməni icması ilə görüşü zamanı deyib.
    Sarkisyan bildirib ki, Azərbaycan prezidenti problemin mürəkkəbliyini çox yaxşı dərk edir.
     

    Muxalifet2 - 16-10-2017

  9. ​Aslan İsmayılov polisdə dindirildi

    Bu gün hüquqşünas Aslan İsmayılov Binəqədi Rayon Polis İdarəsinə çağırılıb. 
    Muxalifet.az-ın xəbərinə görə, A. İsmayılov APA-ya açıqlamasında bildirib ki, idarədə müstəntiq İlqar Həmidov ondan izahat alıb:
    “Məndən qanun çərçivəsində izahat aldılar. Mən də nə varsa, hamısını dedim. Mənə qarşı ittiham qaldırılıb ki, guya mən məhkəmənin qapısını sındırmışam, təhqir etmişəm, məhkəməyə hörmətsizlik etmişəm”.
    A. İsmayılov bu ittihamla razılaşmadığını qeyd edib.  
     

    Muxalifet2 - 16-10-2017

  10. ​Bakıda qadın paltarı geyinmiş “kişi”lər yürüş keçirdilər – VİDEO

    Bu gün axşam saatlarında Bakı şəhərində qeyri-adi yürüş keçirilib. 
    Muxalifet.az baku.ws-ə istinadən xəbər verir ki, 10 yaxın qadın paltarı geyinmiş “kişi” paytaxt küçələrinə çıxıb.
    Aksiya iştirakçılarının danışıqlarından da, onların cinsi azlığın nümayəndəsi olduğu hiss olunur. 
    Yürüş iştirakçıları arasında əcnəbilər də olub.
     

    Muxalifet2 - 16-10-2017

  11. ​Bir oyunda Neymar və Ronaldinyo şousu

    2011-ci ildə “Santos” və “Flamenqo” komandaları qarşılaşırdı. 
    Muxalifet.az-ın Offside.com-a istinadən məlumatına görə, gərgin keçəcəyi gözlənilən qarşılaşmada əsl futbol şousu yaşandı. 
    Gənc “Neymar” FİFA Puşkaş mükafatı alacaq qol vurdu və bütün Avropanın diqqətini çəkdi.
    Qocaman Ronaldinyo isə min cavana dəydiyini sübut etdi. “Top sehrbaz”ı bu qarşılaşmada het-trik etməklə komandasının 4-5 hesablı qələbəsində böyük pay sahibi oldu.
     

    Muxalifet2 - 16-10-2017

  12. ​Şoyqu İsraildə: Suriya müzakirəyə çıxarılır

    Rusiya Müdafiə naziri Sergey Şoyqu İsrailə səfər edib.
     
    Muxalifet.az xəbər verir ki, bu barədə danışan Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov S. Şoyqunun iki günlük rəsmi səfər üçün İsrailə getdiyini bildirib.
    Şoyqu rəsmi səfər çərçivəsində Baş nazir Benyamin Netanyahu və həmkarı Aviqdor Libermanla bir araya gələcək.
    Konaşenkov bildirib ki, danışıqlar zamanı hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq. Suriyada münaqişənin həllinə dair məsələlər də müzakirə ediləcək.
     

    Muxalifet2 - 16-10-2017

  13. ​Bakı metrosu gücləndirilmiş iş rejiminə keçir - Səbəb

    Oktyabrın 18-də UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Atletiko" oyunu ilə əlaqədar "Bakı Metropoliteni" QSC gücləndirilmiş iş rejimində çalışacaq.
    Muxalifet.az xəbər verir ki, bu barədə apa -ya "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
    Onun sözlərinə görə, gücləndirilmiş iş rejimi sadəcə "Koroğlu" stansiyasında deyil, digər stansiyalarda da tətbiq olunacaq.

    Muxalifet2 - 16-10-2017

  14. Əsəd birbaşa Türkiyə ilə təmas yaratmaq istəyir - General

    Suriya Prezidenti Bəşər Əsəd Türkiyə hökuməti ilə birbaşa təmas yaratmaq istəyir.
     
    Muxalifet.az xəbər verir ki, bu barədə açıqlamanı ehtiyatda olan general-polkovnik İsmayıl Pekin verib.
    "Bildiyiniz kimi, Türkiyə ilə Suriya arasında birbaşa əlaqə yoxdur. Astana görüşləri zamanı Rusiya və İran üzərindən əlaqələr yaradılır. Ansaq Suriyanın istədiyi Türkiyə ilə birbaşa təmas yaratmaqdır. Türkiyə tərəfindən tanınmaq Əsəd üçün çox önəmlidir", - Pekin söyləyib.
     

    Muxalifet2 - 16-10-2017

  15. ATƏT açıqladı: Qırğızıstan seçkini necə keçirdi?

    Bu gün ATƏT PA-nın vitse-prezidenti, ATƏT-in seçki müşahidə missiyasının xüsusi kordinatoru Azay Quliyev Qırğzıstanda keçirilən prezident seçkiləri haqqında mətbuat konfransı keçirib.

    Muxalifet2 - 16-10-2017

  16. Brayza: Bu, Qarabağla bağlı ən müsbət bəyanatdır

    Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sərkisyanın Cenevrədə keçirilən görüşündən sonra iki ölkənin XİN rəhbərlərinin və ATƏT Minsk qrupu həmsədrlərinin birgə bəyanatı uzun müddət ərzində verilən ən müsbət bəyanatdır.
     
    Muxalifet.az xəbər verir ki, bunu trend -ə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və ATƏT Minsk qrupunun keçmiş həmsədri Metyu Brayza deyib.
    Onun sözlərinə görə, bu bəyanat onu göstərir ki, tərəflər prosesi aktivləşdirmək istəyir və qoşunların qarşıdurma xəttində gərginliyin azaldılması üçün tədbirlər görmək niyyətindədir.

    Muxalifet2 - 16-10-2017

  17. Qorbaçovun saxta pul kəsən məşhur sürücüsü

    Pulda 4 mühafizə sistemi olur. Onlardan birincisi adi insanların müəyyən etmələri üçün olan və pulu tərpədəndə rəngi dəyişən işarədir. Digərləri isə aparatlar, xüsusi işıqlar vasitəsilə müəyyənləşdirilir.
     
    Muxalifet.az xəbər verir ki, bunu Azər Türk Bankın mətbuat katibi Rauf Ağayev saxta valyutalardan qorunmağın yolları haqqında danışarkən deyib. O bildirib ki, saxta pulun tarixi, demək olar ki, həqiqi pulun ortaya çıxması ilə eynidir:

    Muxalifet2 - 16-10-2017

  18. ​Qadın məhkumların sayı artıb: Səbəblər nədir?

    Ölkədə cəzaçəkmə müəssisələrinə düşən qadın məhkumların sayı artıb.
    Bu barədə Ədliyyə naziri yanında İctimai Komitənin üzvü, Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyevmediaya açıqlamasında bildirib. Ə.Nuriyevin sözlərinə görə, qadın məhkumların sayı 470 nəfəri keçib. Ancaq sevindirici haldır ki, cəzaçəkmə müəssisələrində yetkinlik yaşına çatmayan qızlar yoxdur. Qadın məhkumların hamısı 18 yaşdan yuxarıdır.

    Muxalifet2 - 16-10-2017

  19. ​"ABŞ bu təşkilatın siyasətini həyata keçirir"

    ABŞ YPG-nin siyasətini həyata keçirir.
    Muxalifet.az xəbər verir ki, bunu suriyalı general-mayor Məhəmməd İsa deyib.
    İsa qeyd edib ki, ABŞ YPG-yə yardım etməklə bölgənin quruluşunu dəyişdirməyə çalışır və əməliyyatın bir parçası olmağı hədəfləyir.

    Muxalifet2 - 16-10-2017

  20. ​Moskvada killer erməni əsilli biznesmenin başından dörd güllə vurdu – VİDEO

    Moskvanın mərkəzində Novoslobdskaya küçəsində erməni əsilli Georgi Akapdjanovun qətlə yetirilməsinin görüntüləri yayılıb.
    Muxalifet.az-ın Vesti.ru-ya istinadən xəbərinə görə, 1979-cü il təvəllüdlü G.Akapdjanovun başından dörd güllə vurulub.
    Hüquq-mühafizə orqanlarından bildiriblər ki, killer qurbanını izləyib və avtomobildən çıxan kimi ona atəş açaraq qətlə yetirib.
    Rusiya KİV G.Akapdjanovun biznesmen olduğunu yazırlar.
    Faktla bağlı Rusiya İstintaq Komitəsində cinayət işi açılıb, araşdırma aparılır.
     

    Muxalifet2 - 16-10-2017

Pages