Şimali Koreya nüvə silahından imtina şərtini açıqladı

Şimali Koreya nüvə silahından dünyada tam imtina edilməsinin tərəfdarıdır. 
Bunu jurnalistlərə açıqlamasında Şimali Koreyanın BMT-dəki daimi nümayəndəliyi rəhbərinin müavini Kim İn Ren söyləyib. Onun sözlərinə görə, Şimali Koreya ABŞ-ın nüvə silahından imtina edəcəyi ana qədər öz nüvə arsenalını saxlayacaq: 
“Şimali Koreya tam olaraq nüvə silahının ləğv edilməsinin tərəfdarıdır. Lakin ABŞ nüvə silahının ləğvi haqqında razılaşmanı inkar etdiyi müddət ərzində Pxenyan da öz nüvə arsenalından imtina etməyəcək. Bizim nüvə silahımız müdafiəmiz üçün zəmanətdir. İndiyə qədər heç bir ölkə ABŞ tərəfindən bu dərəcədə birbaşa nüvə təhdidinə məruz qalmamışdı. ABŞ-ın bütün ərazisi bizim raketlərin nəzarətindədir”.