Axtarış

The search found 105785 results in 0.098 seconds.

Search results

  1. ​Azad Rəhimov yeni müdir təyin etdi

    Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinə yeni müdir təyinatı gerçəkləşib. 
    Report-un əldə etdiyi məlumata görə, bu vəzifə Namiq Novruzova həvalə olunub. N.Novruzov bu yaxınlarda Azərbaycan Turizm və Menecment Universitetinə rektor təyin olunmuş İlham Mədətovu əvəzləyib. 
    Faktı Nazirliyin mətbuat katibi Səmayə Məmmədova da təsdiqləyib. 

    Muxalifet2 - 16-10-2017

  2. ​Mal-qara oğruları yaxalandı

    Bir neçə rayonda mal-qara oğruları yaxalanıb.
    Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 28-də Qazax rayon sakinləri Paşa Əyyubov və qardaşı Həsən Rayonyun Fərəhli kəndi ərazisindəki otlaq sahəsindən 5 baş inəklərinin oğurlanması barədə verilən məlumatla əlaqədar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakinləri Əziz Əliyev və qardaşı Kainat tutulublar.

    Muxalifet2 - 16-10-2017

  3. ​Liberman: ABŞ-sız da İranla bacararıq

    ABŞ-ın dəstəyi olmadan belə İranın qarşısında dayana bilərik.
    Bunu İsrailin “Kanal 2” televiziyasına müsahibəsində İsrail Müdafiə naziri Aviqdor Liberman söyləyib.
    “İsrail ABŞ-dan dəstək almadan belə İranla savaşa bilər. Bunun üçün bütün imkanlara sahibik. Trampın İran strategiyasını təkcə biz yox, Səudiyyə Ərəbistanı, Bəhreyn və digər Fars körfəzi ölkələri də dəstəkləyir”, – deyə o bildirib.

    Muxalifet2 - 16-10-2017

  4. ​ABŞ Ankaraya nümayəndə heyəti göndərdi

    Türkiyə ilə ABŞ arasında yaranan gərginliklə bağlı tərəflər arasında yüksək səviyyədə görüş keçiriləcək.
    APA-nın verdiyi xəbərə görə, ABŞ dövlət katibinin müavini Conatan Kohenin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaraya gedib. C. Kohen səfərdən əvvəl viza problemi ilə bağlı suala "bu problemi mən həll etmirəm", - deyib.
    ABŞ nümayəndə heyəti Türkiyə XİN aparatının rəhbəri Əhməd Muxtar Günün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirəcək.

    Muxalifet3 - 16-10-2017

  5. ​Bakıda kapitan gəmini partladacağı ilə hədələdi

    Ötən bazar günü Bakının Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının yaddaşında gəmi kapitanının onu partlatmaqla hədələdiyi gün kimi qalacaq.
    Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
    Məlumata görə, Xəzər Dəniz Neft Donanmasının Aria-142 gəmisinin kapitanı, 1977-ci il təvəllüdlü Elsevər Qəribov yaşayış yeri ilə əlaqədar problemlə üzləşib.

    Muxalifet3 - 16-10-2017

  6. İki türk dövləti arasında ticarət savaşı başladı

    Qazaxıstan Qırğızıstanın 5 süd zavodunun məhsullarının ölkə ərazisinə gətirilməsini qadağan edib.
    Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstan Kənd Təsərüffatı Nazirliyi yayıb. Astana bu qadağanı həmin məhsullarda fitosanitar normaların pozulması hallları müşahidə etdiyinə görə tətbiq edib.

    Muxalifet2 - 16-10-2017

  7. “Avropa Şurasından çıxarılan Azərbaycan iqtidarı olmayacaq, Azərbaycan dövləti olacaq” - BƏYANAT

    Ümid Partiyası Avropa Şurası ilə Azərbaycan arasındakı gərginliklə bağlı bəyanat qəbul edib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a daxil olan bəyanatda bildirilir:

    Muxalifet3 - 16-10-2017

  8. Kərkükdən sonra MOSULDA DA ƏMƏLİYYAT BAŞLADI

     İraqdakı yerli qaynaqlar Mosulda da peşmərgəyə qarşı əməliyyat keçirildiyini bildirib.
     
    Müxalifət.az-ın bildirdiyinə görə, Türkiyə mediası İraq ordusunun Kərkükdən sonra Bərzani Pəşmərgələrinə qarşı Mosulda da əməliyyata başladığını xəbər verib.
      Bağdad rəhbərliyi Kərkükün tamamilə nəzarət altına alındığını bildirib. Kərkük Türkmənləri İraq mərkəzi hökumət ordusunun şəhərə girişini ruh yüksəkliyi ilə qarşılayıb.
     
     MOSULDA DA PEŞMƏRGƏYƏ QARŞI ƏMƏLİYYAT
     

    Muxalifet - 16-10-2017

  9. ​Kaka göz yaşları içində kariyerasını bitirdi

    Amerika Birinci Futbol Liqası (MLS) komandası olan “Orlando City”də oynayan braziliyalı ulduz Kaka Kolumbiya ilə keçirilən matçda son dəfə forma geyinib.
    Təcrübəli futbolçu 1-0 hesabı ilə məğlub olduqları oyun öncəsi göz yaşlarına hakim ola bilməyib.
    3 ildir formasını geyindiyi “Orlando City” ilə müqaviləsini təzələməyəcəyini deyən 35 yaşlı futbolçu matçdan sonra açıqlama verib:
    “Mənim üçün duyğu yüklü bir gün idi. Gün boyunca burada keçirdiyim 3 il içində bu şəhər və klubda yaşadıqlarımı xatırlamışam”.

    Muxalifet2 - 16-10-2017

  10. İraq: Kürdlər bu güzəştə hazırdır

    Kürdlər Kərkükün neft və qaz təsisatını İraq ordusuna təhvil verməyə hazırdır. 
    Bu sözləri İraq ordusunun komandirlərindən biri bildirib. İSNA-nın məlumatına görə, İraq Neft Nazirliyindən adının çəkilməsini istəməyən şəxs sözügedən xəbəri təsdiq edib və kürdlərin Kərkük neft təsisatı ətrafında münaqişəyə yol vermək istəmədiklərini vurğulayıb. 

    Muxalifet2 - 16-10-2017

  11. KƏRKÜK AZAD EDİLDİ - ƏHALİ BAYRAM EDİR - VİDEO

    İraqın hökumət qüvvələri soydaşlarımızın sıx yaşadığı Kərkük şəhərinin mərkəzinə çatıb, Bərzaninin Peşmərgələri tamamilə geri çəkiliblər. Hurriyyet.org xəbər verir ki, Kərkükdəki valilik binası silah açılmadan hökumətə təslim olub və İraq hərbçiləri binadakı kürd bayrağını endirib. Şəhərdə hava limanı, böyük neft yataqları, neft və qaz şirkətləri, sənaye bölgəsi, K1 və Jeyvan hərbi bazaları separatçıların əlindən alınıb.
    İraq hərbçiləri Tuzhurmatu türkmən rayonunda da nəzarəti tamamilə ələ alıb.

    Muxalifet3 - 16-10-2017

  12. ​İraqda kürdlər bir-birinə dəydi! “TƏLABANİNİN OĞLU SATQINDIR!” dedilər

    Kərkükdə məğlubiyyətə uğradıqdan sonra Şimali İraq Kürd Muxtariyyətində çatlar yaranmağa başlayıb. Peşmərgələr Cəlal Təlabaninin oğlu barəsində “Kərkükü satdı” dedilər.
    Belə ki, Bərzani rəhbərliyinə yaxın olan “Rudav” televiziyasında verilən bir xəbər İraqdakı kürdlər arasında yaranmış gərginliyi aşkar şəkildə göstərib. “Rudav”a müsahibə verən bəzi peşmərgələr deyiblər: “Komandirlərimizin əmri ilə geri çəkildik. Onlar Kərkükü satdılar. Pavel Təlabani, Lahur Təlabani və Aras Cəngi geri çəkilmək əmri verdilər”.

    Muxalifet3 - 16-10-2017

  13. ​Rusiyadan Şimali Koreyaya SANKSİYA - PUTİN FƏRMAN İMZALADI

    Rusiya prezidenti Vladimir Putin Şimali Koreyaya qarşı sanksiyaların tətbiqinə dair fərman imzalayıb.
    Rusiya mətbuatının verdiyi məlumata görə, BMT Təhlükəsizlik Şurasının 31 noyabr 2016-cı il tarixli qətnaməsi ilə əlaqədar imzalanan fərmana əsasən, Şimali Koreyanı təmsil edən şəxslərlə elmi-texniki əməkdaşlıq dayandırılacaq.
    Qeyd olunur ki, əməkdaşlıq yalnız Pxenyanın nüvə və raket proqramlarının inkişafına yardım etmədiyi hallarda mümkündür.

    Muxalifet2 - 16-10-2017

  14. Türkiyədən Şimali İraq QƏRARI

     Prezident Ərdoğanın başçılığında toplanan MGK toplantısında Fövqəladə vəziyyətin uzadılması və Türk hava məkanının Şimali İraqa bağlanması tövsiyə edilib.
     
    Müxalifət.az  xəbər verir ki, Türkiyə mediası bunu son dəqiqə məlumatı olaraq verib.
    Toplantıda İraq Konstitusiyasını pozan qeyri-qanuni IKBY referendumundan sonrakı atılacaq addımlar da dəyərləndirilib. Alınması nəzərdə tutulan yeni qərarlar müzakirə edilib.

    Muxalifet - 16-10-2017

  15. ​Rusiya ABŞ-ın müttəfiqinə silah bağışladı

    Rusiya Filippinə çoxlu sayda pulsuz silah-sursat verəcək.
    Muxalifet.az xəbər verir ki, bunu Filippinin Rusiya Federasiyasındakı səfiri Karlos Soretta söyləyib.
    “Rusiya bizə 5 min ədəd “Kalaşnikov” avtomatı, 1 milyon patron və 20 hərbi yük maşınını pulsuz verib. Bu hədiyyədir. Bu hərbi texnika artıq yoldadır və oktyabrın 22-də Filippinə çatacaq”, - deyə o bildirib.

    Muxalifet2 - 16-10-2017

  16. ​Ramil Usubov: "Cinsi azlıqlar bunu etməklə...”

    Azərbaycanın Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov Bakıda cinsi azlıq nümayəndələrinin saxlanılması ilə bağlı məlumatların təqdim edilməsi barədə Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Nils Mujnieksin müraciətinə cavab verib.

    Muxalifet2 - 16-10-2017

  17. ​NASA etiraf etdi: 9-cu planet var, amma... - VİDEO

    ABŞ Kosmik və Aviasiya İdarəsi (NASA) günəş sistemində mövcud olduğu ehtimal edilən 9-cu planet haqqında açıqlama verib.
    Muxalifet.az xəbər verir ki, NASA hələ ki, tapılmayan, ancaq haqqında əhəmiyyətli dəlillər tapılan nəhəng planetin var olduğunu qəbul edib.
    “Planet X” adlandırılan nəhəng buz planetinin Yerdən 10 qat daha ağır çəkiyə sahib olduğu və Günəşə Neptundan sonra 20 qat daha uzaq olduğu ehtimal edilir. Bu planet haqqında hələ ki, 5 dolğun sübut tapılıb.

    Muxalifet2 - 16-10-2017

  18. ​Ər arvadını avtomobilə mindirib diri-diri yandırdı - QANDONDURAN VİDEO

    Avtomagistral yolda arvadını döyüb maşının içərisinə qoyan kişi onu diri-diri yandırdıqdan sonra yoldan keçən taksiyə oturaraq hadisə yerindən uzaqlaşıb.
    Muxalifet.az xəbər verir ki, dəhşətli cinayət hadisəsi Nyu-Yorkda baş verib. Kənardan keçən hadisə şahidləri insidenti anbaan lentə alaraq, sosial şəbəkələrə yükləyiblər. Nyu-York polisi cinayəti törədənin kimliyini müəyyənləşdirməyə çalışır.
    Hadisə yerinə gələn yanğınsöndürən briqada qadının yanmış cəsədini maşından çıxarıb. Cəsəd ekspertiza üçün xəstəxanaya göndərilib.

    Muxalifet2 - 16-10-2017

  19. Təlabani cəbhəsindən BƏRZANİYƏ ŞOK SÖZLƏR

    Tələbaninin qardaşı oğlu Lahor Cəngi Tələbani, Məsud Bərzanini “OĞRU” adlandırıb və onu "neft oğurlamaqla" ittiham edib.
     
    Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, Bərzani hökümətindən gələn ittihamlara qarşılıq olaraq Təlabani cəbhəsi də hərəkətə keçib.
    İraqda Kürdüstan Yurdsevərlər İttifaqı Partiyasının (KYB) Terrorla Mübarizə rəhbəri Lahor Cəngi Tələbani, İraq Kürd Regional Rəhbərliyi başçısı (IKBY) Məsud Bərzanini "neft oğurlamaqla" ittiham edib.

    Muxalifet - 16-10-2017

  20. ​Klinton: “Vikiliks”i Putin yaradıb

    “Vikiliks” saytı Rusiya kəşfiyyatının filialıdır.
     
    Muxalifet.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin keçmiş katibi və keçmiş prezidentliyə namizəd Hillari Klinton deyib. O, saytda olan məlumatlar ucbatından 77 min seçicini itirdiyini bildirib:
    “Təəssüflər olsun ki, “Vikiliks” hazırda Rusiya kəşfiyyatının filialı hesab edilir. Demək olar ki, tamamilə ona tabedir. Bu sayt Vladimir Putinin təşəbbüsü ilə əvvəlcədən razılaşdırılmış əməliyyat çərçivəsində yaradılıb”.
     

    Muxalifet2 - 16-10-2017

Pages