Axtarış
The search found 105785 results in 0.039 seconds.
Search results
Cenevrədə Əliyev-Sarkisyan görüşü başladı - FOTO
Cenevrədə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevlə Serj Sarkisyan arasında növbəti görüş başlayıb.
Prezidentlər ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə edirlər.
Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri və hər iki ölkənin xarici işlər nazirləri iştirak edirlər.Muxalifet2 - 16-10-2017
Tbilisidə partlayış - YARALILAR VAR
Gürcüstanın paytaxtı Tbilisi yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
Trend-in məlumatına görə, hadisə nəticəsində 3 nəfər xəsarət alıb.
Partlayış nəticəsində yaxınlıqdakı binaya ziyan dəyib. Partlayışın ardınca başlayan yanğının qarşısı alınıb.
Hazırda partlayışın baş vermə səbəbləri araşdırılır.Muxalifet2 - 16-10-2017
Misir İsrailə raket atdı
Misirin Sina yarımadasından İsrailə aid olan bölgəyə 2 raket atılıb.
Publika.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Aviçay Adrai açıqlama verib.
Açıqlamada raketlərin Qəzza sərhədi yaxınlığındakı yəhudi düşərgəsinə aid bölgəyə düşdüyü bildirilib.
Raketlərin düşdüyü yerlərə zərər verib-verməməsi hələ ki, açıqlanmayıb.Muxalifet2 - 16-10-2017
Daha bir ölkə “S-400”ə müştəri çıxdı - ABŞ hiddətlənəcək
Bəhreyn “S-400” ballistik raketlərdən müdafiə sistemləri haqqında Rusiya ilə danışıqlar apardığını açıqlayıb.
Bu barədə Bəhreyn Kraliyyət Komandiri Şeyx Nasir ibn Hamad əl Xəlifə məlumat verib.
O, mövzunun hazırda müzakirə mərhələsində olduğunu, lakin yaxın zamanlarda bu mərhələnin tamamlanacağını qeyd edib.
Qeyd edək ki, Rusiya son olaraq Türkiyə və Səudiyyə Ərəbistanı ilə “S-400” sistemlərinin satılması barədə razılaşmalar əldə etmişdi. Bu razılaşmalar isə ABŞ-ın sərt reaksiyası ilə qarşılaşmışdı.Muxalifet2 - 16-10-2017
Permdə mədəndə QƏZA - 10 nəfər yerin altında
Permdə duz mədənində alışma səbəbindən təxminən 290 mədənçi təxliyə edilib.
Trend-in məlumatına görə, vilayət Fövqəladə Xidməti nümayəndəsi liftlərə xidmət göstərən 10 nəfərin hələ yerin altında qaldığını bildirib.
Mədəndə alışmanın hansı səbəbdən baş verməsi hələ məlum deyil.Muxalifet2 - 16-10-2017
Millimiz 23 pillə gerilədi - FIFA reytinqində
FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.
Muxalifət.az Trend.az-a istinadən xəbər verir ki, Azərbaycan milli komandası ötən ayla müqayisədə 23 pillə geriləyib.
Millimiz 273 xalla 115-ci yerdə qərarlaşıb.Muxalifet2 - 16-10-2017
Elnur Hüseynov rəis təyin edildi
Salyan rayonunda statistika idarəsinə yeni rəis təyinatı olub.
Report xəbər verir ki, Elnur Akif oğlu Hüseynov Salyan rayon statistika idarəsinin rəisi təyin edilib.
E.Hüseynov bu təyinata kimi rayonun Kürqaraqaşlı kənd ərazi nümayəndəliyinin müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, rayon statistika idarəsinin əvvəlki rəisi Nicat Əsgərov bir müddət əvvəl işində yol verdiyi nöqsanlara görə vəzifəsindən azad olunmuşdu. Bu vəzifə Statistika Komitəsi tərəfindən vakansiyaya çıxarılmışdı.Muxalifet2 - 16-10-2017
Karib dənizində QƏZA - Qayığın sərnişinləri dənizə töküldü
Karib dənizində Haitidən olan miqrantları daşıyan qayıq qəzaya uğrayıb.
Qayığın aşması nəticəsində 40-dan çox adam itkin düşüb.
Hadisə zamanı qayıqda 50-yə yaxın miqrantın olduğu bildirilir.
Son məlumata görə, hələlik 7 nəfəri xilas etmək mümkün olub. Onlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib.
Hazırda dənizdə qərq olanların axtarışları davam edir.Muxalifet2 - 16-10-2017
Sumqayıtda maşın azyaşlını vurub öldürdü
Sumqayıtda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 14-də saat Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini Orxan Məmmədov idarə etdiyi VAZ-21074 markalı avtomobillə yolu keçən həmyerlisi, azyaşlı Samir Mövsümovu vurub.
Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb. Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.Muxalifet2 - 16-10-2017
“Səməd Vurğun “Rəhbərə salam” şeirini yazmasaydı..." – İLYAS İSMAYILOV
Kulis.az-ın “İşdən kənar” layihəsinin budəfəki qonağı tanınmış ictimai-siyasi xadim, keçmiş baş prokuror İlyas İsmayılovdur. Xatırladaq ki, layihədə ədəbiyyatdan kənar peşə sahibləri ilə ədəbiyyat haqqında söhbətlər aparılır.
- İlyas bəy, gün ərzində mütaliəyə nə qədər vaxt ayırırsınız?
Muxalifet3 - 16-10-2017
İraq ordusu Kərkükü qarış-qarış azad edir - SON MƏLUMATLAR
Gecə yarısı Kərkükə hücum edən İraq ordusunun şəhərin hava limanını, neft quyularını və Keyvan hərbi hava bazasını ələ keçirəndən sonra Tuzhurmatu bölgəsinin tamamilə nəzarətə götürüldüyü haqda məlumat yayılıb.
Bu barədə məlumatı İraq dövlət televiziyası yayıb.
Məlumata görə, Tuzhurmatuda peşmərgə ilə İraq ordusu arasında saatlarla toqquşma yaşandı.Muxalifet2 - 16-10-2017
Paytaxtda 6 otaqlı EV YANDI
Bakının Xəzər rayonunda sahəsi 120 kv.m olan birmərtəbəli 6 otaqlı evdə yanğın olub.
Muxalifet.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 20 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın sön
dürülüb.Muxalifet2 - 16-10-2017
Bakıda geyim mağazasında yanğın oldu
Paytaxtda geyim mağazasında yanğın olub.
Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 60 m2 olan mağazanın lambirdən ibarət tavanı, divar üzlüyü 4 m2sahədə, geyim malları 2 m2 sahədə və kondisioner yanıb.
Muxalifet.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.Muxalifet2 - 16-10-2017
MTRŞ-dən “Maşın şou” açıqlaması - “Küçə danışığından istifadə edilir”
"Çox təəssüf ki, "Maşın şou” verilişində iştirakçılar arasında bir-birinə qarşı qeyri-mədəni davranışlar, aqressivlik halları müşahidə olunur. Efirdə ədəbi dillə bağlı problemin aktual olduğu bir şəraitdə şouda vulqar ifadələrdən, küçə danışıq tərzindən istifadənin baş alıb getməsi narahatlıq yaradır”.
Muxalifet2 - 16-10-2017
Səhiyyə naziri yeni baş həkim təyin etdi
Bakı şəhəri 5 saylı Klinik Xəstəxanasına yeni baş həkim təyin edilib.
5 saylı Klinik Xəstəxanadan Axar.az-a verilən məlumata görə, bu barədə Səhiyyə naziri Oqtay Şirəliyev oktyabrın 10-da əmr imzalayıb. Fazil Alməmmədov 5 saylı Klinik Xəstəxanasına baş həkim təyin edilib.
Yeni baş həkim F.Alməmmədov bundan öncə Səhiyyə Nazirliyində çalışıb.
Qeyd edək ki, xəstəxananın baş həkimi Ziya Əsədov sentyabrın 25-də vəfat etmişdi. O, xalq şairi Bəxtiyar Vahabzadənin kürəkəni idi.Muxalifet2 - 16-10-2017
Günəşdəki qasırğa Azərbaycanda İKİ QURUMU VURDU - Geomaqnit QALMAQALI
“Coğrafiya İnstitutunun alimləri də, Şamaxı Astrofizika Rəsədxanasının alimləri qədər astonomiyadan məlumatlıdır”.
Bunu Publika.az-a açıqlamasında Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Elçin Babayevin fikirlərinə münasibət bildirərkən deyib.Muxalifet2 - 16-10-2017
"3 səhifəlik bəyanatı Yaqub Mahmudov özü yazıb" - AÇIQLAMA
"Təhsil Nazirliyi orta məktəblər üçün tarix dərsliklərinin hazırlanmasını uşaq-muşaqlara tapşırıb”.
Bu sözləri Tarix üzrə elmlər doktoru, professor, Tarix Problemləri üzrə Elmi Şurasının üzvü Şahin Fərzəliyev "Всеобщая история” ("Ümumi tarix”) dərsliyində "Böyük Ermənistan” xəritəsinin çapına münasibət bildirərkən deyib.
Onun fikrincə, tarix dərsliklərinin hazırlanmasını bu sahənin mütəxəssislərə, işgüzar adamlara tapşırmaq lazımdır:Muxalifet3 - 16-10-2017
Ər-Riyaddan sonra Bəhreyn də S-400 alır
Rusiya və Bəhreyn S-400 hava müdafiə sistemlərinin tədarükü ilə bağlı danışıqlara başlayıblar.
Bu barədə Bəhreyn Kral Qvardiyasının komandanı Şeyx Nasser bin Həməd əl-Xəlifə məlumat verib.
"Bəhreyn Rusiyadan silah təchizatının artırılmasında maraqlıdır. Ölkələr arasında hərbi sahədə geniş əməkdaşlıq qurulub, bu məsələlər üzrə danışıqlar və görüşlər aparılır. Biz hələ ki, danışıqlar mərhələsindəyik, amma Allahın köməyi ilə bu prosesi tamamlayacağıq”, - deyə o bildirib.Muxalifet2 - 16-10-2017
Kərkükdən bir FOTO – KÜRDLƏR ƏRBİLƏ QAÇIR
Bildiyimiz kimi hazırda Şimali İraqda kürdlərlə kərküklər arasında qarşıdurma yaranıb.
Muxalifet.az-ın “A24.az”-a istinadən əldə etdiyi məlumata görə, hal-hazırda kürdlər Kərkükdən Ərbilə qaçır.
Tuzhurmatu artıq türkmənlərin əlindədir.
Xatırladaq ki, bundan əvvəl verdiyimiz bir xəbərdə Bərzani peşmərgələri onlara yuxarıdan əmr gəldiyi üçün geri çəkildiklərini və ABŞ-ın xəyanəti ilə üzləşdiklərini deyiblər.Muxalifet3 - 16-10-2017
Müşfiq Mədətovdan AÇIQLAMA: "Şikayətçi deyiləm"
Müşfiq Mədətov bıçaqlanması ilə bağlı xəbərlərə münasibət bildirib.
Muxalifet.az xəbər verir ki, qafqazinfo-ya açıqlama verən Mədətovun sözlərinə görə, bıçaqlanması ilə bağlı yayılan xəbərlər yalandır:
"Tamamilə yalan xəbərdir. Əgər bıçaqlansaydım, 3 gün polis idarəsində saxlanılmazdım. Məni idarədə qanunsuz olaraq saxladılar. Adı silahlı insidentə qarışan həmin şəxsləri isə heç vaxt tanımamışam. Heç kimdən şikayətçi deyiləm. Münaqişənin söyüş üstündə baş verməsi ilə yalan xəbərdir".Muxalifet3 - 16-10-2017