Saatlıda ev yandı
17-10-2017 09:18
Saatlı rayonunun Qara Nuru kəndində yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Saatlı rayonunun Qara Nuru kəndində ikimərtəbəli evin 1 mərtəbəsinin tavanı və ev əşyaları 70 m2 sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.