Axtarış
The search found 105785 results in 0.145 seconds.
Search results
Ruhani köməkçisini Türkiyəyə göndərir
İran prezidentinin köməkçisi İshaq Cahangirzadəni bu həftə Türkiyəyə səfər edəcək.
Axar.az xəbər verir ki, səfər 2 gün davam edəcək.
Səfər çərçivəsində Cahangiri həm də Türkiyə Baş naziri Binəli Yıldırımla görüşəcək.Muxalifet2 - 16-10-2017
Kərkük addım-addım geri alınır - İŞĞALÇILAR ŞƏHƏRİ TƏRK EDİR
Kərkükün cənubundakı mövqelərdə yerləşən separatçı Peşmərgə qüvvələri cəbhəni tərk ediblər. Hurriyyet.org xəbər verir ki, Ərbil-Kərkük və Süleymaniyyə-Kərkük yolları hökumət qüvvələrinn nəzarətinə keçmək üzrədir. İraq ordusu atışmalardan sonra türkmənlərin yaşadıqları Tuzhurmatu məntəqəsinə daxil olublar.
Məsud Bərzaninin rəhbərlik elədiyi partiyanınü üzvləri KDP-nin Kərkükdəki qərargahını tərk ediblər.Muxalifet3 - 16-10-2017
İraq ordusu Kərkükə girdi, kürdlər qaçmağa başladı
İraq ordusu Kürd Regional Hökumətinin keçirdiyi müstəqillik referendumundan sonra ilk dəfə olaraq Kərkükə daxil olub.
İraq ordusu Kərkük hava limanını geri alıb. Ordu bundan başqa, neft sahələrini, neft-qaz şirkətlərini, şəhərin sənaye bölgəsini, K1 və Keyvan hərbi bazalarını da Məsud Bərzani qüvvələrindən geri almağı bacarıb. Son olaraq isə İraq əsgərləri Kərkükün girişindəki bayraqları endiriblər.Muxalifet - 16-10-2017
"Rusiyanın Minsk qrupunda həmsədr kimi fəaliyyəti mümkünsüzdür" - Moskvadan işğalçıya DƏSTƏK
“Rusiya son 2 ildə 2 milyard, son 5 ildə isə 5 milyard dollar dəyərində silahı Ermənistana verib”.
Bu barədə Publika.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, Ermənistana kreditlə silah verilməsi bəhanədir: “Rusiya hələ Yeltsinin dövründən başlayaraq, Ermənistanı silahlandırır. Yeltsinin dövründə 1 milyard dollara qədər silah əvəzsiz ermənilərə verildi. Gürcüstandan çıxarılan bütün döyüş texnikası Ermənistana aparıldı. Bu texnikaların ümumi dəyəri 800 milyon dollar idi”.Muxalifet2 - 16-10-2017
“HÜCUMUN ARXASINDA “HAFKA” DURUR, İNDİ MƏNƏ YALVARIR” - Müşfiq Mədətov danışdı
Oktyabrın 14-də Bakıda polis əməkdaşının yaralandığı silahlı insidentlə bağlı saxlanılmış Azərbaycan prezidenti mühafizə xidmətinin sabiq əməkdaşı Müşfiq Mədətov və onun dostu Vəli Vəliyev sərbəst buraxılıblar.
Muxalifet3 - 16-10-2017
Gəncədə 49 yaşlı kişi İNTİHAR ETDİ
Gəncədə intihar hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini, 1968-ci il təvəllüdlü Əliyev Azad Həşim oğlu yaşadığı evdə özünü asaraq intihar edib. İlkin məlumata görə, intihara səbəb A. Əliyevin qızı ilə aralarında olan münaqişə olub.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.Muxalifet2 - 16-10-2017
Ağdaşda həmyerlisi ilə zarafat edən 55 yaşlı kişi bıçaqlandı
Ağdaş rayonunda 55 yaşlı kişi həmyerlisi ilə zarafat etdiyi üçün bıçaqlanıb.
”Report”un Şirvan bürosu xəbər verir ki, Ağdaş şəhəri, M.Hüseynzadə küçəsində yaşayan, 1962-ci il təvəllüdlü Sahib Məhəmməd oğlu Məmmədov həmyerlisi tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib və əməliyyat edilib.
Hadisəni törədənin kimliyi müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.Muxalifet2 - 16-10-2017
Marqvelaşvili: Saakaşvili bunu bacardı
Gürcüstanda prezidentlik dövründə Mixail Saakaşvili həqiqətən də böyük dəyişikliklər etdi.
Bunu Gürcüstan Prezidenti Georgi Marqvelaşvili "Dojd" televiziya kanalına müsahibəsində deyib.
“Bütün siyasətçilərin həm mənfi, həm də müsbət cəhətləri var. Saakaşvilli həqiqətən korrupsiyaya qalib gəldi. Bu bir faktdır. O patrul, polis patrulu, gömrük və s. təsirli işləyən və hələ də fəaliyyət effektini itirməyən vətəndaş xidmətlərini yaradıb”, – deyə o bildirib.Muxalifet2 - 16-10-2017
Bakıda evakuatorlar fəaliyyətini dayandırıb? - RƏSMİ AÇIQLAMA
Bakıda Dövlət Yol Polisinə (DYP) məxsus evakuatorların fəaliyyətinin müvəqqəti dayandırılması barədə deyilənlər doğru deyil.
Bunu Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.Muxalifet3 - 16-10-2017
Prezidentlərin Cenevrə görüşü ilə bağlı BİRGƏ BƏYANAT
Azərbaycan və Ermənistan xarici işlər nazirləri və ATƏT-in Minsk qrupu prezidentlərin Cenevrə görüşü ilə bağlı birgə bəyanat yayıb.
Muxalifet2 - 16-10-2017
PEŞMƏRGƏ NİYƏ QAÇIR? - Kürd komandirdən ETİRAF
İraqın Kərkük şəhərindəki mövqelərindən geri çəkilən KYB (Kürdistan Yurdsevərlər Birliyi) Peşmərgələrinin komandiri Vesta Rəsul öz qüvvələrinin İraq ordusu ilə bərabər olmadığı üçün geri çəkilməyə məcbur olduqlarını bildirib.
Muxalifet.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Rəsul Kərkükdə öz partiyasına məxsus mətbuat orqanlarına verdiyi açıqlamada deyib: “Dünən gecədən indiyə qədər qarşımıza heç müqavimət göstərə bilməyəcəyimiz səviyyədə hərbi qüvvə çıxarılıb. 350 tank və ağır silahla 4 yerdən bizə hücum etdilər”.Muxalifet3 - 16-10-2017
NATO Rusiya sərhədlərində təlimə başladı
Latviyada NATO-nun Gümüş ox-2017 hərbi təlimi başlayıb.
Bu barədə informasiyanı Latviya Müdafiə Nazirliyi yayıb. Təlimdə Albaniya, ABŞ, Estoniya, İtaliya, Kanada, Latviya, Britaniya, Polşa, Sloveniya, İspaniya və Almaniya hərbçiləri iştirak edirlər.
29 oktyabra qədər keçiriləcək təlimdə 3500 hərbçinin iştirakı nəzərdə tutulur.Muxalifet2 - 16-10-2017
Lavrovdan Kərkük açıqlaması: “Ərbil ilə əlaqələrimiz Bağdaddan gizli deyil”
“Neft gəlirinin bölüşdürülməsi və Kərkükün statusu iki əsas problemdir”
Muxalifet3 - 16-10-2017
İstanbulda partlayış - YARALILAR VAR
İstanbulda baş vermiş partlayış nəticəsində 4 nəfər xəsarət alıb.
Trend-in məlumatına görə, partlayış boş yanacaqdaşıyan maşının olduğu anbarda baş verib.
Yaralılar anbarın işçiləri olub. Hazırda partlayışın səbəbi ilə bağlı araşdırma aparılır.Muxalifet2 - 16-10-2017
İlham Əliyev və Serj Sarkisyan arasında təkbətək görüşün VİDEOsu
Prezident İlham Əliyev və Serj Sarkisyan arasında keçirilən təkbətək görüş başa çatıb.
Muxalifet.az xəbər verir ki, görüş İsveçrənin BMT-nin Cenevrədəki ofisi və digər təşkilatlardakı daimi nümayəndəsinin iqamətgahında baş tutub.
Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentləri ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini müzakirə etmək üçün görüşüblər.Muxalifet3 - 16-10-2017
NASA etiraf etdi: 9-cu planet var, amma...
ABŞ Kosmik və Aviasiya İdarəsi (NASA) günəş sistemində mövcud olduğu ehtimal edilən 9-cu planet haqqında açıqlama verib.
NASA hələ ki, tapılmayan, ancaq haqqında əhəmiyyətli dəlillər tapılan nəhəng planetin var olduğunu qəbul edib.
“Planet X” adlandırılan nəhəng buz planetinin Yerdən 10 qat daha ağır çəkiyə sahib olduğu və Günəşə Neptundan sonra 20 qat daha uzaq olduğu ehtimal edilir. Bu planet haqqında hələ ki, 5 dolğun sübut tapılıb.Muxalifet2 - 16-10-2017
“MTN işi”: İrandan məlumatlar gətirməli idi…
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Muxalifet2 - 16-10-2017
Bakı metrosunda “Qarabağ” səfərbərliyi
Oktyabrın 18-də Bakı metrosu gücləndirilmiş iş rejiminə keçəcək.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
O bildirib ki, UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ”-“Atletiko Madrid” oyunu ilə əlaqədar təkcə, “Koroğlu” metrostansiyası deyil, digər stansiyalarda da gücləndirilmiş iş rejimi tətbiq ediləcək.Muxalifet2 - 16-10-2017
“İşğalçı Azərbaycana müharibədən başqa yol qoymayıb”
Natiq Miri: “Ən azı 2018-ci ilin martınadək Rusiya üçün Qarabağ probleminin həlli gündəmdə və prioritet deyil...”
Bu gün Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyanın uzun müddətdən sonra Cenevrədə görüşü olacaq. Məlumatlara görə, bu dəfə əsas təşəbbbüs ABŞ-dan gəlib. Bəs, uzun müddətdir danışıqların dalana dirəndiyi vaxtda bu görüş danışıqlar prosesinin yenidən aktiv fazaya keçməsinə səbəb ola bilərmi? İndiki zamanda keçirilən görüşdən nə gözlənilir?Muxalifet - 16-10-2017
Qırğızıstanda müxalifət etiraz aksiyası keçirir
Qırğızıstanın Talas vilayətinin mərkəzində ölkədə keçirilmiş prezident seçkilərində ikinci yeri tutmuş müxalifətçi namizəd Omurbek Babanovun tərəfdarlarının etiraz aksiyası keçirilir.
Bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyi İctimai təhlükəsizlik xidmətinin nümayəndəsi Nurlan İsmayılov məlumat verib.
"Təxminən, 300-400 nəfər Babanovun qərargahının qarşısındakı meydanda toplaşıb. Onlar seçkilərin nəticələrinin ləğv edilməsini tələb edirlər", - N.İsmayılov bildirib.Muxalifet2 - 16-10-2017