Axtarış
The search found 105785 results in 0.042 seconds.
Search results
Ermənistan ordusunda rəzalət - Postda əsgərə cinsi təcavüz
Ermənistanın Tavuş vilayətinin ümumi yurisdiksiya məhkəməsində hakim Rafiq Melkonyanın sədrliyi ilə hərbi hissədə baş verən intihar hadisəsinə dair məhkəmə prosesi keçirilib.
Cinayət işində iki nəfər - Paryur Hakopyan və Mher Melikyan şübhəli bilinir.Muxalifet - 15-10-2017
ReAL sədri AŞPA-da təmsil olunan türkiyəli deputatlara ismarıc yolladı
“Atatürkün partiyasının təmsilçilərindən başqa mövqe gözləyə bilməzdik”
Həbsdə olan ReAL Hərəkatının sədri İlqar Məmmədov Türkiyəni Avropa Şurası Parlament Assambleyasında (AŞPA) təmsil edən 3 millət vəkili – İlhan Kesici, Bilgehan Gülsün və Deniz Baykalın Azərbaycanda insan haqlarının qorunmasına dəstək verən qətnamənin lehinə səs vermələrini alqışlayıb.
Bununla bağlı icmarıc yollayan İlqar Məmmədov deyib ki, onlar Azərbaycana deyil, hakimiyyətin yanlış siyasətinə qarşı səs veriblər:Muxalifet - 15-10-2017
Ermənistanla Avropa Birliyi arasında tərəfdaşlıq sazişinin mətni açıqlandı
Sənəddə Qarabağ münaqişəsi ilə bağlı hissələr də var
Avropa Birliyi ilə Ermənistan arasında bağlanacaq sazişin mətni gözlənilmədən ictimaiyyətə açıqlanıb.
“Hərtərəfli və genişləndirilmiş tərəfdaşlıq haqda” sazişin bu ilin noyabrında Brüsseldə – Şərq Tərəfdaşlığı Sammitində imzalanması gözlənir.
Saziş layihəsinin mətninin tərcüməsi Ermənistan xarici işlər nazirliyinin saytına da yerləşdirilib.
Bir ay qabaq AB-nin Ermənistan üzrə nümayəndəsi Pyotr Svitalski demişdi ki, sazişin mətni, imzalanana qədər, sirr kimi saxlanacaq.Muxalifet - 15-10-2017
Araz Ağalarovun şirkətindən FTX-yə şikayət etdilər
Futbol üzrə 2018-ci ildə keçiriləcək dünya çempionatının stadionlarına görə Araz Ağalarovun Crocus Group-undan Federal Təhlükəsizlik Xidmətinə şikayət ediblər.
Virtualaz.org “life”yə istinadən bildirir ki, “Crocus” əməkdaşları “Rospotrebnadzor”a Rostov və Kalininqrad stadionlarında radiasiyanın səviyyəsini ölçməyə icazə verməyiblər. Nəticədə idarə Federal Təhlükəsizlik Xidmətində müraciət etmək qərarına gəlib.
Xatırladaq, futbol üzrə dünya çempionatı 2018-ci ilin 14 iyun-15 iyul aralığında qonşu ölkənin 11 şəhərində keçiriləcək.Muxalifet - 15-10-2017
Kiyevdə jurnalist Fikrət Hüseynli saxlanılıb - YENİLƏNIB
Niderlandda siyasi mühacirətdə olan Azərbaycanlı müxalif jurnalist Fikrət Hüseynli bu gün Kiyevə gəldikdən sonra Borispol hava limanında saxlanılıb.
O, telefonla Azərbaycanın İnterpol-da olan sorğusu əsasında saxlanıldığını bildirməyə müvəffəq olub, deyə azadliq.info məlumat verir. Amma jurnalistlərə qarşı irəli sürülmüş ittihamlar ona məlum deyil.
Maraqlıdır ki, Hüseynli Niderland vətəndaşlığı alıb və xaricdən yayımlanan "Turan TV" müxalif telekanalı ilə əməkdaşlıq edir.
Muxalifet3 - 15-10-2017
DƏHŞƏT: Terrorda ölənlərin sayı yüzlərlədir
Şənbə günü paytaxtda yük maşını ilə törədilmiş partlayış Somalidə 10 ildir davam edən hərc-mərclik tarixçəsinin ən qanlı hadisəsinə çevrilib.
Şənbə günü Somali paytaxtı Moqadişoda, insanlarla dolu olan ərazidə törədilmiş güclü partlayış nəticəsində azı 230 adam həlak olub, yüzlərlə adam yaralanıb, yerli polis bildirib.
Partlayış mehmanxana binası qarşısında törədilib.
Partlayan, partlayıcı maddə ilə yüklənmiş yük avtomobili olub.
İslamçı əş-Şəbab qruplaşması 2007-ci ildə üsyana başlayandan bəri, bu, Somalidə törədilmiş ən qanlı terror hücumudur.Muxalifet3 - 16-10-2017
Bakıda rəis müavinini güllələyənlər HƏBS EDİLDİ
Səbail Rayon Məhkəməsi Müşfiq Mədətov və Səbail rayon polis rəisinin müavini Orxan Axundzadəni yaralamaqda təqsirli bilinən Kazım Tapdıq oğlu Abbasov (1992-cı il təvəllüdlür), Məhəmməd Həsən oğlu İsmayılov (1982) və Emin Vaqif oğlu Həsənov (1976) barədə həbs qərarı verib.
Muxalifet.az haqqin.az-a istinadən xəbər verir ki, hər üç şəxs haqqında 4 aylıq həbs qətimkan tədbiri seçilib. Qərardan dərhal sonra hər üç şəxs Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 1 nömrəli istintaq təcridxanasına yerləşdirilib.Muxalifet2 - 16-10-2017
Mehriban Əliyeva qayğanaq bişirdi - FOTO
Azərbaycan Prezidenti İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse - Prezidenti Leyla Əliyeva İnstaqram hesabında anası, Birinci vitse-Prezident Mehriban Əliyevanın oğlu üçün hazırladığı şam yeməyinin fotosunu paylaşıb.
"Heydər üçün şam yeməyi. Anamın bişirdiyi qayğanaq! Nuş olsun!", deyə L.Əliyeva yazıb(teleqraf).Muxalifet3 - 16-10-2017
Bakıda gömrükçülər həbs edildi – ARALARINDA DEPUTATIN QOHUMU DA VAR
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıqda şübhəli bilinən şəxslər saxlanılıb. Istiqlal.az-a daxil olan məlumata görə saxlanılan şəxslər arasında deputat Elmira Axundovanın yaxın qohumu Azad Abdullayev, Peyman adlı İran vətəndaşı və bir neçə gömrükçü də var.
Muxalifet3 - 16-10-2017
Dəniz Baykal XƏSTƏXANAYA GÖTÜRÜLDÜ - REANİMASİYADADIR
Fransadan qayıtdıqdan sonra gecə yarısı istiliyi qalxan Dəniz Baykal xəstəxanaya götürüldü.
Müxalifət.az bildirir ki, bu barədə Türkiyə mediası xəbər verib.
CHP-nin Antalya Millət Vəkili Dəniz Baykal, Fransanın Strasburq şəhərində təmaslarını davam etdirirdi.
YÜKSƏK QIZDIRMA
Türkiyəyə qayıdan Baykal, gecə yarısı yüksək qızdırma ilə xəstəxanaya götürülüb. Bayklalın müalicəsinin reanimasiya şöbəsində aparıldığı bildirilib.
SƏTƏLCƏMİN BAŞLANĞICI
Muxalifet - 16-10-2017
FTB-nin ən çox axtardığı terrorçulardan biri FİLİPPİNDƏ ÖLDÜRÜLDÜ
Filippinin Maravi şəhərində İŞİD terror qruplaşmasını dəstəkləyən iki silahlı məhv edilib.
"Qazeta.Ru" xəbər verir ki, bu barədə Filippinin müdafiə naziri Delfin Lorenzana bildirib.
Onun sözlərinə görə, keçirilən xüsusi əməliyyat nəticəsində İsnilon Hapilon və Omar Maueteni məhv etmək mümkün olub. Nazir silahlıların liderlərindən olan Mahmud Əhmədin hələ də azadlıqda olduğunu deyib.
Qeyd edilir ki, İ.Hapilon "Əbu Səyyaf" terror təşkilatının liderlərindən biri olub və ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) "ən çox axtarılan terrorçular" siyahısında yer alıb.Muxalifet2 - 16-10-2017
Saakaşvili: “Ukrayna hakimiyyəti məni öldürmək istəyir”
Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili ukraynalıları oktyabrın 17-də Kiyevdə mitinqə çağırandan sonra Xarkovda korrupsiya əleyhinə keçirilən mitinqdə həyatının təhlükədə olduğunu deyib.
Muxalifət.az Publika.az-a istinadən xəbər veri ki, keçmiş qubernatorUkrayna hakimiyyətinin onun haqqında gizli planlarından danışıb:Muxalifet2 - 16-10-2017
Çin kosmik stansiyası sürətlə Yerə yaxınlaşır - TOQQUŞMA
Çin kosmik stansiyası sürətlə Yerə yaxınlaşır.
Bu barədə “Deyli Meyl” qəzeti məlumat yayıb. Məlumata görə, 2016-cı ilin əvvəlində Çin Kosmik Agentliyi kosmik obyektə nəzarəti itirib. 8,5 ton ağırlığında olan bu modulun bir neçə ay ərzində Yerə düşəcəyi proqnozlaşdırılır. Ekspertlərin fikrincə, bu kosmik obyekt Yerlə toqquşduğu zaman müəyyən fəsadlara səbəb ola bilər.
Çin Kosmik Agentliyi isə hələlik situasiyanı diqqətlə izlədiyini və obyektin Yerə düşəcəyi zaman hər kəsi xəbərdar edəcəyini bildirib.Muxalifet2 - 16-10-2017
ANA OĞLUNUN ÖLDÜRÜLMƏSİNDƏN ŞÜBHƏLƏNİR – Mingəçevir prokurorluğuna ittiham
Mingəçevir şəhəri, Yeni köçkünlər qəsəbəsi ev 3, mənzil 18 ünvanında yasayan Rzayeva Olqa Pavlovna “AzPolitika.info” saytına şikayət məktubu ünvanlayıb. Məktubunda oğlunun – 1975-ci il təvəllüdlü Rzayev Zahir Aydın oğlunun müəmmalı ölüm faktından bəhs edən Olqa Rzayeva, Mingəçevir şəhər Prokurorluğu tərəfindən işin düzgün araşdırılmadığını bildirir. O, müraciətində müvafiq dövlət qurumlarından işin obyektiv araşdırılmasını təmin etməyi xahiş edir. Onun müraciətini qısa ixtisarla dərc edirik:
Muxalifet3 - 16-10-2017
Müşfiq Mədətov və Vəli Vəliyev azadlığa çıxdılar
Azərbaycan prezidentinin mühafizə xidmətinin keçmiş əməkdaşı Müşfiq Mədətov və onun dostu Vəli Vəliyev azadlığa çıxıblar.
Qeyd edək ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onları oktyabrın 14-də Müşfiq Mədətova silahlı hücumdan sonra araşdırma yekunlaşana qədər saxlamışdı.
Xatırladaq ki, M.Mədətov onu bıçaqlamış xuliqanların hücumunun qurbanı olub. Məişət zəminində münaqişə sonradan dramatik əhvalata çevrilib – bundan sonra xuliqanlar polisə atəş açıb və nəticədə, polis rəisinin müavini Orxan Axundzadə ağır yaralanmışdı.Muxalifet2 - 16-10-2017
Cənubi Koreya prezidentinin sarayı önündə Şimali Koreyanın təbliğat vərəqələri - QALMAQAL
Cənubi Koreya prezidentinin sarayı önündə Şimali Koreyanın təbliğat xarakterləri vərəqələri tapılıb.
Seulda rəsmi iqamətgahın önündəki qalmaqal geniş müzakirələrə səbəb olub.
Həmin vərəqələrin buraya necə düşdüyü araşdırlır.
İlkin ehtimala görə, onları hava şarları vasitəsilə səpələyiblər.Muxalifet2 - 16-10-2017
30 il əvvəl inşa edilən binaya qaz çəkilməyib – UCAR SAKİNLƏRİ ÇIXILMAZ VƏZİYYƏTDƏ
Ucar rayonun bir qrup sakini tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu göndərilib. 19 nəfərin imzası və şəxsiyyət vəsiqəsinin surəti əlavə olunan məktubda qeyd olunur:
Muxalifet3 - 16-10-2017
ABŞ konqressindən yeni qərar: Ukraynaya ÖLÜMCÜL SİLAH veriləcək
ABŞ Konqressinin Nümayəndələr Palatasının üzvü Uill Xörd bildirib ki, Ukraynaya ölümcül silahın verilməsi haqqında qərar yaxın vaxtlarda qəbul ediləcək.
“Mən hesab edirəm, daşınabilən tank əleyhinə raket kompleksləri "Cavelin" Ukraynaya Rusiya təcavüzündən müdafiənin təminatı üçün lazımdır", - deyə "Qromadske" nəşrinə müsahibəsində Xörd bildirib.
O, həmçinin Tramp administrasiyasının bir sıra digər məsələlərlə bağlı mövqelərini də təkrar gözdən keçirdiyini qeyd edib.Muxalifet2 - 16-10-2017
“Lotu Quli” ilə Lənkəranskinin adamlarının Bakıdakı silahlı davası MƏHKƏMƏDƏ
Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş vermiş silahlı insidentdə təqsirləndirilən Bəhruz Rəfiyev, Fuad Əsgərov, Tofiq Qaramizadə, Müzəffər Cəfərov, Araz Vəliyev, Murtuza Tağıyev, Süleyman Abdullayev və Hüseyn Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Muxalifət.az Publika.az-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyilə baş tutan prosesdə vəkillər hadisədə güllə yarası almış təqsirləndirilən Bəhruz Rəfiyevlə bağlı yenidən ekspertiza keçirilməsinə dair vəsaətət veriblər.Muxalifet2 - 16-10-2017
Kərkükdə FƏLAKƏT SSENARİSİ: Şərqi parçalayacaq “şəhər dövlətlər” yaradılır
“Kərkük döyüşü dövlətlər savaşından sonra şəhərlər savaşının adıdır. Bölgədəki böhranları bu günə qədər dövlətlər ölçüsündə qiymətləndirirdik, bundan sonra şəhərlər üzərindən qiymətləndirəcəyik”.
Bu barədə “Yeni Şəfəq” qəzetinin köşə yazarı İbrahim Karagül İraq ordusunun Kərkükün peşmərgədən azad edilməsi üçün başladığı hərbi əməliyyatlar haqda köşə yazısında yazıb.Muxalifet2 - 16-10-2017