​Şoyqu İsraildə: Suriya müzakirəyə çıxarılır

Rusiya Müdafiə naziri Sergey Şoyqu İsrailə səfər edib.
 
Muxalifet.az xəbər verir ki, bu barədə danışan Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov S. Şoyqunun iki günlük rəsmi səfər üçün İsrailə getdiyini bildirib.
Şoyqu rəsmi səfər çərçivəsində Baş nazir Benyamin Netanyahu və həmkarı Aviqdor Libermanla bir araya gələcək.
Konaşenkov bildirib ki, danışıqlar zamanı hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq. Suriyada münaqişənin həllinə dair məsələlər də müzakirə ediləcək.