İki türk dövləti arasında ticarət savaşı başladı

Qazaxıstan Qırğızıstanın 5 süd zavodunun məhsullarının ölkə ərazisinə gətirilməsini qadağan edib.
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Qazaxıstan Kənd Təsərüffatı Nazirliyi yayıb. Astana bu qadağanı həmin məhsullarda fitosanitar normaların pozulması hallları müşahidə etdiyinə görə tətbiq edib.
Buna baxmayaraq, Qazaxıstan öz ərazisində Qırğızıstanın 15 süd istehsalı, 8 balıq istehsalı, 2 hazır ət məhsulu istehsalı şirkətinin məhsullarının girişinə izn verib.
Qeyd edək ki, Qazaxıstan bir müddət öncə Qırğızıstanla sərhəddə gücləndirilmiş iş rejimi tətbiq edib. Nəticədə sərhəddə böyük növbələr yaranıb. Rəsmi Bişkek Qazaxıstanın bu addımını blokada adlandırıb.