İraqda kürdlər bir-birinə dəydi! “TƏLABANİNİN OĞLU SATQINDIR!” dedilər

Kərkükdə məğlubiyyətə uğradıqdan sonra Şimali İraq Kürd Muxtariyyətində çatlar yaranmağa başlayıb. Peşmərgələr Cəlal Təlabaninin oğlu barəsində “Kərkükü satdı” dedilər.
Belə ki, Bərzani rəhbərliyinə yaxın olan “Rudav” televiziyasında verilən bir xəbər İraqdakı kürdlər arasında yaranmış gərginliyi aşkar şəkildə göstərib. “Rudav”a müsahibə verən bəzi peşmərgələr deyiblər: “Komandirlərimizin əmri ilə geri çəkildik. Onlar Kərkükü satdılar. Pavel Təlabani, Lahur Təlabani və Aras Cəngi geri çəkilmək əmri verdilər”.
Bu adlardan Pavel Təlabani bu günlərdə dünyasını dəyişmiş Cəlal Təlabaninin oğludur. Aras Şeyx Cəngi isə Təlabaninin doğma bacısı oğludur. Lahur Təlabani isə Şimali İraq kəşfiyyatının rəhbər şəxsidir.
“Röyters”ə müsahibə verən və adının açıqlanmasını istəməyən bir şəxs isə Bağdad iqtidarının əməliyyat aparmasının səbəbinin KYB içərisindəki nifaq olduğunu iddia edib.