Axtarış
The search found 105785 results in 0.173 seconds.
Search results
“Bu, İrana qarşı müharibə elanı sayılacaq” - Tehrandan sərt AÇIQLAMA
İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) ABŞ tərəfindən terror təşkilatı siyahısına daxil edilməsi İrana qarşı müharibə elanı anlamına gələcək.
Publika.az “Fars” agentliyinə istinadən xəbər verir ki, bunu İran Atom Enerjisi Təşkilatının başçısı Əli Əkbər Salehi bildirib.
O, həmçinin bildirib ki, ABŞ İranla imzalanan nüvə razıaşmasından çəkiləcəyi halda, beynəlxalq arenada doğuracaq nəticələrə də hazır olmalıdır. Əli Əkbər Salehi İranın ABŞ-ın davranışına uyğun qərarlar qəbul edəcəyini deyib.Muxalifet2 - 13-10-2017
«Kredit borcuna görə insanların həbsi çıxış yolu deyil» - Ekspert
Xəbər verdiyimiz kimi, kredit borcları ilə bağlı cəzaların sərtləşdirilməsi məqsədilə Cinayət Məcəlləsinin 196-cı maddəsininin (Kreditor borclarını ödəməkdən qəsdən yayınma) 196.1 və 196.2-ci bəndlərinə dəyişiklik təklif edilir.
Dəyişikliyə əsasən, kredit borclarını ödəməkdən qəsdən yayınanlar maddələrin müvafiq bəndlərinə uyğun olaraq 2 il və ya 2 ildən 5 ilə qədər azadlıqdan məhrum ediləcəklər. Cəzaların daha da sərtləşdirilməsi problemli kreditlərin qaytarılması üçün çıxış yolu ola bilərmi?Muxalifet - 13-10-2017
Qurban Qurbanov: "Himn oxumadığı üçün Rahid Əmirquliyevi içəri basmaq lazımdır?"
"İnter"ə qarşı hər zaman olduğu kimi bu gün də oynamaq çətin idi. Futbolçularımız qələbə üçün sona qədər çalışdılar, mübarizə apardılar. "İnter"in problemləri osla da, yaxşı təsir bağışladı. Xüsusilə də müdafiədə diqqətli oynadılar".
Muxalifet2 - 13-10-2017
Qaynanası və baldızları tərəfindən iki uşağı ilə küçəyə atıldı – MƏHKƏMƏ ONUN XEYRİNƏ QƏRAR VERDİ, LAKİN...
Şəki rayonu, Baş Göynük kəndində müvəqqəti yaşayan Məmmədova Günay Polad qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya və digər səlahiyyətli şəxslərə müraciət edən müəllif Xəzər rayonu üzrə məhkəmə qərarlarının icra şöbəsi əməkdaşlarından narazıdır:
Muxalifet3 - 13-10-2017
Keçmiş müstəntiqin işgəncə iddiası araşdırılır
Xəzər rayon Prokurorluğu keçmiş müstəntiq Rüfət Səfərova 9 saylı Cəzaçəkmə Müəssisəsində işgəncə verilib-verilmədiyini araşdırır.
Prokurorluğun əməkdaşı bu gün həmin müəssisədə cəza çəkən R.Səfərovla görüşüb. Bu barədə keçmiş müstəntiqin vəkili Bəhruz Bayramov bildirib.Muxalifet - 13-10-2017
"Siz Türkiyəyə hücum etmirsinizsə, necə bir..." - RUSİYALI EKSPERT
Bənzəri olmayan S-400 sistemləri çox təsirli və amerikalıların açıqlamalarına əsasən, təhlükə kəsb edir. Ancaq siz Türkiyəyə hücum etmək niyyətində deyilsinizsə, necə bir təhlükədən danışa bilərsiniz?
Bu sözləri rusiyalı ekspert Aleksandr Jilin bildirib.Muxalifet2 - 13-10-2017
Saakaşvili Poroşenkonu istefaya səslədi: “Aksiyamız müddətsiz olacaq”
Gürcüstanın sabiq prezidenti, “Yeni Qüvvələr Ruxu” partiyasının lideri Mixail Saakaşvili tərəfdarlarını oktyabrın 17-də Kiyevin mərkəzində toplayacaq.
Ukrayna KİV-i xəbər verir ki, siyasətçi tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə aksiyanı müddətsiz elan edəcəyini deyib.
“Yaxşı olardı ki, Poroşenko Antikorrupsiya məhkəməsi, yeni seçki məcəlləsi, deputat toxunulmzalığı ilə bağlı tələblərimizi qəbul edərdi. Əks təqdirdə bizim əsas tələbimiz Poroşenkonun istefası olacaq” –deyə Saakaşvili deyib.Muxalifet - 13-10-2017
Türkiyə generalı: “ABŞ türk millətini hədəfə alıb.” – Şok sözlər
Mən Amerika-Türkiyə münasibətlərində viza prosedurunun dayandırılması addımını gözləmirdim. Bizim hökumət də bunu gözləmirdi. Vaşinqtondakı səfirimizə öncədən belə addım atılacağı haqda informasiya verilməyib.
Muxalifet.az xəbər verir ki, bu fikirləri Türkiyə Silahlı Qüvvələri Baş Qərargahın sabiq rəisi, ordu generalı İlkər Başbuğ CNN telekanalına deyib.Muxalifet2 - 13-10-2017
“Məktəbdə farsca, evdə TÜRKCƏ YAZIN” – Azərbaycanlı xanımdan ÇAĞIRIŞ
Əfsanə Seviginin fikrincə, İran dövlətindən ana dilində təhsil haqqı tələbi və əhalini türk dilində yazıb-oxumağa təşviq edən kampaniyalar parallel şəkildə yürüdülməlidir. İsveçdə yaşayan siyasi fəal Amerikanın Səsinə söhbətdə İran Azərbaycanında türk dili ilə bağlı təşkil olunan kampaniyaları dəyərləndirib.
Əfsanə Sevigin Amerikanın Səsinə danışır
Muxalifet - 13-10-2017
Azərbaycanda tükürpədici hadisə: “Qayınanam uşağımı satdı...” - VİDEO
Bərdədə baş verən tükürpədici hadisə eşidənləri dəhşətə gətirir. Bir ananın körpə uşağı əlindən alınaraq başqa bir ailəyə satılıb. Özü də qaynanası tərəfindən. Hazırda 3 uşağı ilə sığınacaqda yaşayan çarəsiz qadının iki övladı da əri tərəfindən əlindən alınıb. İndi çarəsiz qadın övladlarını görə bilmir.
Muxalifet.az bildirir ki, Bərdənin Gülgəzli kəndində tükürpdədici hadisə baş verib. Ananın əlindən övladı alınaraq başqa ailəyə satılıb.Muxalifet2 - 13-10-2017
Azərbaycanda kredit borcunu ödəməyənlərin cəzası yüngülləşdirilir - VİDEO
Azərbaycanda kredit borcunu ödəməyənlərin cəzaları yüngülləşdirilir. Amma bu xətaya görə əlavə cəza növü olan azadlığın məhdudlaşdırılmasının tətbiqi təklif edilir. Bəzi şəxslər isə qoluna taxılan elektron qolbaqla izlənəcək.
Muxalifet.az bildirir ki, kredit borcuna görə 3 il həbs cəzasının 2 ilə endirilməsi təklif edilir. Kredit borclarını qəsdən ödəmiyənlər üçün azadlıqdan məhrum etmə cəzası yüngülləşdirlir.
Cəzalar yüngülləşdirilsədə cinayət məcəlləsində yeni anlayış olan azadlıqın məhdudlaşdırılması bu növ cinayət əmmələri zamanı tətbiq ediləcək.Muxalifet2 - 13-10-2017
HƏYƏCAN: Hər 4 yeni nikahdan 1-i boşanma ilə nəticələnir - RƏQƏMLƏR
2017-ci ilin 8 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 40256 nikah və 9787 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,5 olub
Muxalifet.az bildirir ki, ölkə əhalisinin sayı ilin əvvəlindən 57269 nəfər və ya 0,6 faiz artaraq 2017-ci il sentyabr ayının 1-i vəziyyətinə 9867250 nəfərə çatıb. Əhalinin bir kvadrat kilometrə düşən sıxlığı 114 nəfər olub. Bu barədə Sputnik-Azərbaycan-a Dövlət Statistika Komitəsindən məlumat verilib.Muxalifet2 - 13-10-2017
Tramp kimisini çox basdırdıq - İranlı general
Tramp kimilərini çox basdırdıq və ABŞ-a qarşı necə müharibə aparılacağını bilirik.
Muxalifet.az xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələri komandanı, general İsmail Qani deyib.
“Biz təcavüzkar ölkə deyilik. Lakin İrana qarşı hər hansı hərbi təxribatda peşman olarlar. Trampın İrana qarşı təhdidləri ABŞ-a zərər verəcək”, - general bildirib.
Qeyd edək ki, Tramp son zamanlar İrana hərbi müdaxilə ilə bağlı fikirlər səsləndirir.
Muxalifet2 - 13-10-2017
Timoşenko prezidentliyə namizədliyini irəli sürəcək – POROŞENKONU KORRUPSİYADA İTTİHAM EDİR
“Batkivşina” fraksiyasının rəhbəri Yuliya Timoşenko Ukrayanda 2019-cu ildə keçiriləcək prezident seçkilərində iştirak edəcək.
Bu barədə “NewsOne” telekanalı məlumat verib.
“Namizədliyimi irəli sürəcəyəm. Biz ölkəni ayağa qaldırmaq üçün qalib gələcəyik”, deyə Y.Timoşenko bildirib.
O həmçinin hazırkı dövlət başçısı Petro Poroşenkonu korrupsiyada ittiham edib.
Qeyd edək ki, 56 yaşlı Y.Timoşenko 2005-ci və 2007-2010-cu illərdə Ukraynanın baş naziri olub(apa).Muxalifet3 - 14-10-2017
ABŞ İranla əldə olunan nüvə razılaşmasından imtina edir? – RƏSMİ AÇIQLAMA
ABŞ İranla əldə olunan nüvə razılaşmasından imtina etmir.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Hizer Noyert özünün “Tvitter” səhifəsində yazıb.
“Televiziya manşetlərinə aldanmayın. Biz İranla əldə olunan nüvə razılaşmasından imtina etmirik. İranın terror fəaliyyətini qiymətləndirmək üçün yanaşmamızı genişləndiririk və s.”, H.Noyert yazıb.
Oktyabrın 13-də prezident Donald Tramp ABŞ-ın İrana qarşı yeni strategiyasını elan edib və gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.Muxalifet3 - 14-10-2017
ABŞ prezidenti İrana qarşı yeni SƏRT STRATEGİYA AÇIQLADI
"Əvvəllər dediyim kimi, İran anlaşması Birləşmiş Ştatların indiyədək daxil olduğu ən pis və birtərəfli sazişlərdən biridir," deyə ABŞ prezidenti Donald Tramp bu gün İranla nüvə sazişinə dəstəyini rəsmən geri götürdüyünü bildirib. ABŞ lideri İslam Respublikasına qarşı yeni sərt strategiya açıqlayıb.
Muxalifet3 - 14-10-2017
BMT Azərbaycandakı geyləri müdafiə etdi – GEYLƏRƏ QARŞI ƏMƏLİYYATLAR PİSLƏNDİ
“Son həftələr ərzində Azərbaycan, Misir və İndoneziyada keçirilən anti-gey təqibləri nəticəsində onlarla insan əsassız şəkildə həbs edilərək, ədalətsiz rəftara məruz qalıb”. Bu sözləri cümə günü Birləşmiş Millətlər Təşkilatının insan hüquqları ofisi bildirib.
BMT-nin insan hüquqları üzrə sözçüsü Rupert Kolvil mətbuat brifinqi zamanı deyib ki, insanların həqiqi və ya güman edilən cinsi orientasiyasına və cinsi mənsubiyyətinə görə saxlanılmaları beynəlxalq hüquqa ziddir.Muxalifet3 - 14-10-2017
Maral Tahirqızı HƏBSDƏN ÇIXDI
Müğənni Maral Tahirqızı həbsdən çıxıb.
Lent.az xəbər verir ki, 2015-ci ildə Cinayət Məcəlləsinin 244-ci (əxlaqsızlıq yuvası təşkil etmə) maddəsi ilə həbs edilən və barəsində məhkəmə tərəfindən 3 il müddətinə həbs-qətimkan tədbiri seçilən müğənni azadlığa buraxılıb.
O, cəza müddətinin dörddə üç hissəsini çəkdiyinə görə qanunun verdiyi imkandan yararlanaraq vaxtından əvvəl azadlığa çıxıb.Muxalifet2 - 14-10-2017
MTN-in keçirdiyi əməliyyatda tutulan şəxs HƏBSDƏ ÖLDÜ
Azərbaycanda məhkum xəstəlikdən ölüb.
APA-nın məlumatına görə, hadisə Penitensiar Xidmətin müalicə müəssisəsində qeydə alınıb. Orada saxlanılan Fərzəli Əli oğlu Şərbətov xəstəlikdən vəfat edib.
Qeyd edək ki, F. Şərbətov ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin 2014-cü ildə keçirdiyi xüsusi əməliyyat nəticəsində İrandan Azərbaycana 41 kiloqram narkotik keçirərkən tutulub.Muxalifet2 - 14-10-2017
Rusiya Ermənistanın məxfi məlumatlarını Azərbaycana ötürür – İrəvan TƏŞVİŞDƏ
Rusiya Ermənistana 100 milyon dollarlıq silah krediti ayırır.
Publika.az xəbər verir ki, Ermənistan mediası Rusiyanın verəcəyi silahların siyahısını Azərbaycana ötürəcəyi iddiası ilə çıxış edib.
Siyasi şərhçi Aram Amatuni yazır ki, hələlik hansı silahların veriləcəyi açıqlanmır.Muxalifet2 - 14-10-2017