Axtarış
The search found 105785 results in 0.113 seconds.
Search results
Gənc oğlan qətlə yetirildi - GƏNCƏDƏ
Gəncədə qətl hadisəsi törədilib.
Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. Əliyev Mehman Rauf oğlu yolun kənarında bıçaqlanıb. O xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Qətlə yetirilən gənc təxminən 24-27 yaşlarında olub. Onun kim tərəfindən qətlə yetirildiyi hələ ki, məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.Muxalifet - 13-10-2017
ABŞ Türkiyəyə qarşı yeni sanksiya hazırlayır - "Qara siyahı"
Türkiyəli jurnalist Nevzat Çiçek ABŞ-ın viza qadağasının davamı olaraq Türkiyəyə qarşı "qara siyahı" hazırladığına dair iddia irəli sürüb.
N.Çiçek "CNN Türk"ə açıqlamasında ABŞ-ın yaşanan viza böhranının həlli üçün Türkiyənin geri addım atmamasına görə gələcəkdə daha sərt tədbirlər seçəcəyini bildirib.
"İlk olaraq Türkiyənin 15 tanınmış siyasətçisi ABŞ-a buraxılmayacaq. Daha sonra qadağa 283 nəfərə tətbiq olunacaq. Onların sırasında sabiq nazirlər, siyasilər, iş adamları olacaq.Muxalifet - 13-10-2017
ABŞ Türkiyənin Rusiyadan “S-400” ƏLDƏ ETMƏSİNİ İSTƏMİR
Türkiyənin Rusiyadan "S-400” zenit-raket kompleksləri əldə etmək qərarı problem yaradıb.
"RİA Novosti”-nin verdiyi xəbərə görə, bu barədə ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Key Beyli Xatçison bildirib.
"Bu addım NATO-da narahatlığa səbəb oldu, belə ki, həmin sistemlər Alyansın istifadə etdiyi komplekslərlə uzlaşmır”, - deyə Key Beyli Xatçison "Washington Post” nəşrinə müsahibəsində bildirib.
Bununla belə K.Xatçison Türkiyənin ABŞ-ın əsas tərəfdaşı olduğunu, Vaşinqtonun Ankara ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.Muxalifet2 - 13-10-2017
Türkiyənin İraqdakı hərbi bazasının YENİ STATUSU VƏ HƏDƏFLƏRİ
İraqın Başika bölgəsində İŞİD ilə mübarizə çərçivəsində fəaliyyət göstərən Türk hərbi bazasının artıq Şimali İraqdakı qeyri-qanuni referendumla statusu da dəyişir
Müxalifət.az bildirir ki, bu barədə Türkiyə KİV-i yazıb.Muxalifet - 13-10-2017
Türkiyə Suriya sərhədini keçdi - TANK, ZİREHLİ TEXNİKA və HƏRBÇİLƏRLƏ
Türkiyəyə məxsus 8 tank, 50 zirehli texnika və 200-ə yaxın hərbçi Suriya ilə sərhədi keçərək İdlibə daxil olub.
Muxalifət.az Trend.az-a istinadən xəbər verir ki, bundan öncə Türkiyənin sərhədə hərbi qüvvələr toplaması barədə KİV-lər xəbər yaymışdı.
Türkiyənin baş naziri Binəli Yıldırım isə bununla əlaqədar bildirib ki, Ankara Astanadakı əldə olunmuş razılaşma çərçivəsində hərəkət edir və əməliyyatları Moskva ilə koordinasiya edir.Muxalifet2 - 13-10-2017
PKK/ PYD-dən ABŞ-a soyuq duş: AMERİKAN ƏSGƏRİNİ HƏBS ETDİLƏR
Terror təşkilatı PKK/PYD öz cərgələrində olan ABŞ-lı snayper Hovard və dostunu "təşkilatdan ayrılmaq istədikləri üçün həbsə atdı.
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ terrorçulara yardım etməklə atdığı bumeranq qayıdıb özünü vurmaqdadır.
Suriyada İŞİD-lə döyüşdükləri bəhanəsi ilə terror təşkilatı PKK/PYD-yə silah və sursat təmin edən ABŞ, artıq özü terrorçuların hədəfi olmağa başlayıb.Muxalifet - 13-10-2017
Türk deputatlar BAKI ƏLEYHİNƏ SƏS VERDİ
Türk deputatlar AŞPA-da Azərbaycanın əleyhinə qəbul edilən qətnaməyə səs verib.
Muxalifet2 - 13-10-2017
Америка никогда не была нашим другом!
Задержание сотрудника генерального консульства США в Стамбуле Метина Топуза (Metin Topuz) и арест еще двух человек послужили поводом для возникновения визового кризиса между Турцией и Америкой.
Между тем Метин Топуз, работавший в американском консульстве, был арестован по подозрению в связях с террористической организацией FETÖ Фетхуллаха Гюлена (Fethullah Gülen). С прекращением США оформления виз для турецких граждан Турция ввела аналогичный запрет на выдачу виз гражданам Америки.Muxalifet - 13-10-2017
Кто портит отношения между Азербайджаном и Европой?
ПАСЕ, в среду приняла антиазербайджанскую резолюцию. В резолюции, озаглавленной «Функционирование демократических институтов в Азербайджане», Ассамблея выразила обеспокоенность по поводу сообщений о проблеме произвольного применения уголовного законодательства в целях ограничения свободы выражения мнений, что было подчеркнуто Комитетом министров в рамках надзора за решениями Европейского суда по правам человека.
Muxalifet3 - 13-10-2017
Kərkükdə HƏYƏCAN: Bərzani 10 minlərlə Peşmərgəni KƏRKÜKƏ GÖNDƏRDİ
Bağdad hökumətindən Kərkükə yönəlik bir hərbi hərəkat bəhanəsiylə Bərzani bölgəyə 10 mini Peşmərgə qüvvələri göndərdi.
Müxalifət.az bildirir ki, bu haqda Türkiyə mediası xəbər verib.
Fransız xəbər agentliyi (AFP), Bağdad hökumətindən Kərkükə yönəlik bir hərbi hərəkat ehtimalı səbəbiylə bölgədəki Peşmərgə qüvvələrinin hərəkətə keçdiyini bildirib.Muxalifet - 13-10-2017
İrəvan iki YOL AYRICINDA: 3 gün sonra Qarabağla bağlı NƏLƏR BAŞ VERƏCƏK?
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü oktyabrın 16-da Cenevrədə olacaq.
Muxalifet3 - 13-10-2017
“Qafqaz Qabala City Hotel”in kassiri oteldən 15 min dollar oğurlayıb
Qəbələ rayonunda yerləşən "Qafqaz Qəbələ City Hotel”dən oğurluq olub.
Otelin kassasından 15 min ABŞ dolları oğurlanıb.
Polisin araşdırması nəticəsində otelin kassasından pul oğurlayan şəxsin oteldə işləyən 1986-cı il təvəllüdlü Ruslan Rəsulov olduğu müəyyənləşdirilib. Həmin şəxs saxlanılıb.
Məlum olub ki, o, müxtəlif vaxtlarda otelin kassasından 15 min dollar oğurlayıb.
Qeyd edək ki, R.Rəsulov oteldə əvvəllər kassir köməkçisi, daha sonra kasir əvəzi işləyib.
Fakt üzrə araşdırmalar davam etdirilir./reportMuxalifet - 13-10-2017
"Defis üçün 5 manat istəyirlər"- Polisin qərarı qalmaqal yaratdı
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları standartlarının tələbləri ilə əlaqədar sürücülərə müraciət edib.
Ötən gün edilən xəbərdarlıqda bildirilir ki, bəzi sürücülər daha gözəl göründüyünü düşünərək nömrələrin üzərinə həkk olunmuş defis simvollarını silirlər. Bu hərəkət qayda pozuntusu hesab edilir və həmin halın aradan qaldırılması üçün sürücülərə 1 ay müddətində vaxt verilib. Əks halda sürücülərin inzibati məsuliyyətə cəlb olunacağı qeyd olunub.Muxalifet - 13-10-2017
Məhkəmə “Turan”ın Vergilər Nazirliyinə qarşı iddiasını TƏMİN ETMƏDİ
1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi Turan agentliyinin Vergilər Nazirliyinin Bakı Şəhər Lokal Gəlirlər Departamentinə qarşı iddiasının təmin edilməsini mümkünsüz hesab edib.
İddiada 2010-2017-ci illər üçün agentlikdə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi barədə qərarın etibarsız və qanunsuz tanınması xahiş edilib.
Sədrlik edən hakim Müseyib Bayramov iddianı məqbul saymayıb və səyyar yoxlamanın inzibati akt olmaması və ondan şikayət verilməməsilə bağlı Vergilər Nazirliyinin nümayəndəsinin vəsatətinə əsaslanıb.Muxalifet - 13-10-2017
Dərslik qalmaqalına AMEA da QOŞULDU: “Tarix İnstitutunun bu bəyanatı...”
Azərbaycan Milli Elmlər Akademiyasının və Təhsil Nazirliyinin mətbuat xidmətləri X sinif Tarix dərsliyi ilə bağlı birgə açıqlama yayıb.
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, birgə bəyanatda deyilir ki, bu günlərdə Tarix İnstitutunun Elmi Şurasının 10-cu sinif “Ümumi tarix” dərsliyi ilə bağlı yaydığı bəyanatda şərh olunan məsələlər bir çox KİV-in xəbər başlıqlarında AMEA-nın mövqeyi kimi göstərilir:Muxalifet2 - 13-10-2017
Bakının daha bir ərazisində KÖÇÜRMƏ QALMAQALI
Bu ayın sonunadək Keşlədəki "Şanxay” adlanan ərazinin, yəni Nizami rayonu, P.Fərzəliyev küçəsindəki evlərin söküntüsünə başlanılacaq. Sentyabrın 11-də 100 ailəyə bildiriş paylanılıb.
BakuPost.az xəbər verir ki, bu barədə yerli mətbuata sakinlər məlumat veriblər.
Onların sözlərinə görə, dəmir yoluna yaxın evlərin ölçülməsi və siyahıya alınması işləri tamamlanıb. Amma qiymətləndirmə ilə bağlı bildirişlər narazılığa səbəb olub. Sakinlər isə yenidən ölçmə və qiymətləndirmə aparılmayacağı təqdirdə evlərini tərk etməyəcəklərini bildiriblər.Muxalifet2 - 13-10-2017
Ünsiyyət məhdudiyyətli gənclər üçün “Təlim məktəbi” layihəsi davam edir
“Nar” və “Uğur Akademiyası” tərəfindən təşkil edilən bölgələrdə “Təlim məktəbi” layihəsinin ikinci mərhələsi start götürdü. Göygöldə həyata keçirilən layihə təcrübəli mütəxəssislər və peşəkar psixoloqun iştirakı ilə reallaşdırılır. Təlim iştirakçılarının smartfon təmiri, dərzilik və bərbərlik kurslarında iştirak etməsi nəzərdə tutulub. Bölgələrdə bir ilk olaraq həyata keçirilən layihə rayon icra hakimiyyəti və Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsinin regional mərkəzi tərəfindən dəstəklənir.
Muxalifet3 - 13-10-2017
ADP sədrinin müavinləri ABŞ diplomatı ilə görüşdü – MÜXALİFƏTÇİLƏRİN TƏZYİQLƏRƏ MƏRUZ QALMASI MÜZAKİRƏ EDİLİB
Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Həsrət Rüstəmov və partiya sədrinin müavini Taliyyət Əliyev Amerika Birləşmiş Ştatlarının (ABŞ) Bakıdakı səfirliyində olublar.
Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, səfirlikdə Siyasi İşlər Üzrə Müşavir Uilyam Solley ilə baş tutan görüş zamanı Azərbaycanda ictimai-siyasi vəziyyət və son zamanlar partiya üzvlərinə qarşı hakimiyyətin həyata keçirdiyi repressiv addımlar barədə müzakirələr aparılıb.Muxalifet3 - 13-10-2017
Dünyanın ən bahalı evi satılır - ŞOK QİYMƏT
Fransada 418 mln. ABŞ dollarına 187 il əvvəl tikilmiş ev satışa çıxarılıb.
"Les Cedres" malikanəsi Belçika kralı II Leopolda məxsus olub və daha sonra zeytun ferması kimi istifadə edilib.
Malikanədəki 14 yataq otağı bahalı mebel və XIX əsrin rəsm əsərləri ilə bəzədilib. Həmçinin burada hovuz, banket zalı və 30 atın saxlanılması üçün nəzərdə tutulan tövlə var.Muxalifet2 - 13-10-2017
60 dəqiqə ərzində Rusiya məhv ediləcək: 3 il sonra Moskvanı gözləyən DƏHŞƏTLİ SONLUQ
ABŞ Müdafiə Naizrliyi (Pentaqon) ani qlobal zərbə komplekslərinin (Prompt Global Strike, PGS) yaradılmasına başlayıb. Bu haqda Rusiyanın Müdafiə Nazirliyinin nümayəndəsi Aleksandr Yemelyanov məlumat verib.
Muxalifet2 - 13-10-2017