Ər-Riyaddan sonra Bəhreyn də S-400 alır

Rusiya və Bəhreyn S-400 hava müdafiə sistemlərinin tədarükü ilə bağlı danışıqlara başlayıblar. 
Bu barədə Bəhreyn Kral Qvardiyasının komandanı Şeyx Nasser bin Həməd əl-Xəlifə məlumat verib. 
"Bəhreyn Rusiyadan silah təchizatının artırılmasında maraqlıdır. Ölkələr arasında hərbi sahədə geniş əməkdaşlıq qurulub, bu məsələlər üzrə danışıqlar və görüşlər aparılır. Biz hələ ki, danışıqlar mərhələsindəyik, amma Allahın köməyi ilə bu prosesi tamamlayacağıq”, - deyə o bildirib.