​Səhiyyə naziri yeni baş həkim təyin etdi

Bakı şəhəri 5 saylı Klinik Xəstəxanasına yeni baş həkim təyin edilib.
5 saylı Klinik Xəstəxanadan Axar.az-a verilən məlumata görə, bu barədə Səhiyyə naziri Oqtay Şirəliyev oktyabrın 10-da əmr imzalayıb. Fazil Alməmmədov 5 saylı Klinik Xəstəxanasına baş həkim təyin edilib.
Yeni baş həkim F.Alməmmədov bundan öncə Səhiyyə Nazirliyində çalışıb.
Qeyd edək ki, xəstəxananın baş həkimi Ziya Əsədov sentyabrın 25-də vəfat etmişdi. O, xalq şairi Bəxtiyar Vahabzadənin kürəkəni idi.