"Siz Türkiyəyə hücum etmirsinizsə, necə bir..." - RUSİYALI EKSPERT

Bənzəri olmayan S-400 sistemləri çox təsirli və amerikalıların açıqlamalarına əsasən, təhlükə kəsb edir. Ancaq siz Türkiyəyə hücum etmək niyyətində deyilsinizsə, necə bir təhlükədən danışa bilərsiniz? 
Bu sözləri rusiyalı ekspert Aleksandr Jilin bildirib. 
"S-400-lər müdafiə sistemləri olduqları üçün sadəcə, təcavüzkarlar üçün təhlükə kəsb edir. Əgər Türkiyə hücum sistemləri alsaydı, bu narahatverici olardı. Lakin ölkələr bizim sistemlərimizi alan kimi ABŞ dərhal narazılığını dilə gətirir. Çünki bu vəziyyət dünyanın hər hansı bir nöqtəsində demokratiya qurmaq üçün göndərilə bilər", - deyə Jilin söyləyib.