Axtarış

The search found 105785 results in 0.082 seconds.

Search results

  1. Türkiyə ABŞ-ın Suriyadakı dayağını vurdu

    Türkiyə Silahlı Qüvvələri YPG-nin Azez vilayətinin qərbində yerləşən Maarin kəndinə hücumunun qarşısını alıb. 
    “Anadolu” agentliyi Azad Suriya Ordusunun nəzarətində olan bölgəyə hücumdan sonra YPG-nin mövqelərinin türk ordusu tərəfindən top atəşinə tutulduğunu qeyd edib. 
    Qeyd edək ki, YPG PKK-nın Suriya qanadı hesab edilir. Bu terror təşkilatı ABŞ-ın Suriyadakı əsas müttəfiqi və “quru qoşunu” sayılır.

    Muxalifet2 - 12-10-2017

  2. ABŞ-da meşə yanğınları: 550 NƏFƏR İTKİN DÜŞÜB

    ABŞ-ın Kaliforniya ştatının şimalında meşə yanğınları başlayıb. 
    Muxalifet.az xarici mətbuata istinadən xəbər verir ki, yanğınlar nəticəsində 23 nəfər ölüb, 100-dən çox insan isə xəstəxanalara yerləşdirilib. 
    Eyni zamanda 550 nəfərin taleyi barədə hələ də heç bir məlumat yoxdur. Alov 3500-dən çox binanı, o cümlədən Napa dərəsindəki 13 şərab təsərrüfatını məhv edib. Güclü külək yanğınsöndürənlərin işini çətinləşdirir.
     

    Muxalifet2 - 12-10-2017

  3. Yol polisi sürücülərə 1 AY VAXT VERDİ

    Mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları standartlarının tələbləri ilə əlaqədar DİN Baş DYP İdarəsi sürücülərə və avtomobil sahiblərinə müraciət edib. 

    Muxalifet2 - 12-10-2017

  4. Naxçıvandan İRƏVANA ZƏRBƏ və itirilən müstəqillik

    Dördgünlük Aprel müharibəsinin nəticələrindən danışarkən regional təhlükəsizliyi araşdıran ekspertlər nədənsə, uzaqmənzilli “İskəndər” raketlərinin Cənubi Qafqaza gətirilməsini fəsadlardan biri kimi dəyərləndirirlər. Onların versiyasına görə, Krım ətrafında sərt beynəlxalq sanksiyalara məruz qalan Rusiya özünün hərbi maraqlarını dərindən təhlil edərək müxtəlif vektorlar üzrə hərəkətə keçdi və strateji mənzilli silahlarını yaxın müttəfiqi saydığı ölkələrə yerləşdirməyə başladı.

    Muxalifet2 - 12-10-2017

  5. ABŞ müdafiə nazirliyinin rəsmisi BAKIYA GƏLDİ

    ABŞ Müdafiə nazirinin köməkçisinin beynəlxalq təhlükəsizlik siyasəti üzrə müavini Laura Kuper Azərbaycanda səfərdədir. 
    Amerikanın Bakıdakı səfirliyinə istinadən xəbər verir ki, səfər zamanı xanım Kuper bir sıra şəxslərlə görüşlər keçirəcək. 
    Görüş zamanı Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti, onların inkişaf perspektivləri müzakirə olunacaq.

    Muxalifet2 - 12-10-2017

  6. Ərdoğan: “Onlar güclü Türkiyəni tanımırlar”

    "ABŞ Türkiyəni mühasirəyə almaq və şir kimi əhliləşdirmək istəyir”.
    “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada valilər qarşısında çıxışında deyib.

    Muxalifet2 - 12-10-2017

  7. At arabasında yaşamağa məcbur edilən ailə DÖZÜLMƏZ VƏZİYYƏTDƏ - FOTO/VIDEO

    Saxta məhkəmə qərarı ilə doğulduğu evdən atıldı, şikayət etməməsi üçün məhkəmə qətnaməsini aylardır ala bilmir

    Muxalifet3 - 12-10-2017

  8. Azərbaycanda neft hasilatı 10% azaldı

    2017-ci ilin yanvar-sentyabr ayları ərzində SOCAR tərəfindən 5 mln. 579,3 min ton neft hasil edilib.
    "APA-Economics" SOCAR-ın açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, 2016-cı ilin analoji dövrü ilə müqayisədə 1,7% azdır.
    Ötən ay SOCAR tərəfindən 615,8 min ton neft hasil olunub.
    Ümumilikdə, 2017-ci ilin ilk 9 ayı ərzində Azərbaycanda 28 mln. 820,8 min ton neft hasil edilib ki, bu da ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 7,9% azalmadan xəbər verir. Ötən ay Azərbaycan üzrə hasilat 3 mln. 219,6 min ton təşkil edib.
    Sosial səhifələrdə paylaş

    Muxalifet2 - 12-10-2017

  9. ​Çevriliş gecəsi ilə bağlı şok iddia: ABŞ-ın dəstəyi…

    ABŞ-ın Türkiyədəki 15 iyul dövlət çevrilişi cəhdinə dəstək verməsi bütün detalları ilə Ankaraya məlumdur.
    Bu haqda Avropa.info-ya Türkiyə hakimiyyətinə yaxınlığı ilə tanınan, qardaş ölkənin tanınmış jurnalistlərindən biri məlumat verib.
    Jurnalistin dediyinə görə, ABŞ-ın Türkiyədəki diplomatik korpusu əməkdaşlarının çevriliş cəhdi gecəsi atdığı addımlar video görüntülərədək rəsmi Ankaranın əlindədir.

    Muxalifet2 - 12-10-2017

  10. ​NAZİM İBRAHİMOVUN BACISI OĞLU FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ – Qəza

    3 gün əvvəl İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Gövhərli kəndi ərazisində qeydə alınıb.
    Bakının Qaradağ rayon sakini İbrahimov Vüsal Vidadi oğlunun idarə etdiyi pikap tipli avtomobil ekskavatorla toqquşub. Hadisə nəticəsində sürücü ölüb.

    Muxalifet3 - 12-10-2017

  11. PREZİDENT YENİ NAZİR TƏYİN ETDİ - Pərviz Şahbazov kimdir? - YENİLƏNİB

    Azərbaycanın yeni energetika naziri təyin edilib.Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Pərviz Oqtay oğlu Şahbazov energetika naziri təyin edilib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
    Qeyd edək ki, Pərviz Şahbazovla bağlı əlavə məlumat verilməyib.
    “AzPolitika.info”nun məlumatına görə, Pərviz Şahbazov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İşlər idarəsi müdiri Oqtay Şahbazovun oğludur. O, ötən il həmin vəzifəyə təyin olunub.

    Muxalifet2 - 12-10-2017

  12. Gədəbəy sakini müəmmalı şəkildə öldü

    Gədəbəy rayon sakini naməlum səbəbdən dünyasını dəyişib. 
    APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Slavyanka kənd sakini, 1988-ci il təvəllüdlü Cəlilov Malik Elbrus oğlu Gəncədə xəstəxanaya çatdırılan zaman vəfat edib. Onun ölüm səbəbi hələlik məlum deyil. Yaxınlarının bildirdiyinə görə, M. Cəlilov əvvəlcə Gədəbəy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onu oradan Gəncədəki tibb müəssisələrindən birinə çatdırmaq istəsələr də, yolda vəfat edib. 
    Faktla bağlı araşdırma aparılır.  

    Muxalifet2 - 12-10-2017

  13. “Azərbaycan” Nəşriyyatının balansında olan obyektlər və torpaq səhələri TƏCİLİ SATIŞA ÇIXARILIB

    “Azərbaycan” Nəşriyyatının balansında olan, vaxtilə qısa müddətə Disko Klub kimi fəaliyyət göstərən “obyektin” satışa çıxarıldığı haqda bu ayın əvvəlində oxucularımıza məlumat vermişdik. Qeyd etmişdik ki, nəşriyyatda “iN” adlı Disko Klubun fəaliyyətinin qarşısı alındıqdan sonra bir neçə ay bu “obyekt” boş qalsa da, “Azərbaycan” Nəşriyyatının rəhbərliyi buranı birdəfəlik satışa çıxarmaq qərarına gəlib.

    Muxalifet3 - 12-10-2017

  14. İraq baş naziri “Kərkükə hərbi əməliyyat” İDDİALARINA CAVAB VERDİ

     İraq baş naziri Heydər əl-ibadi IKBY-nin İraq mərkəzi hökumətinin Kərkük vilayətinə qarşı əməliyyat hazırlığında olduğu iddiasına cavab verib
     
    Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, İraqın baş naziiri Bərzani hökümətinin “Kərkükə hücum hazırlanır” fikrini yalanlayıb.
    İbadi yayılan bu iddialara  "Ordudan xalqımıza qarşı istifadə etməyəcəyik və kürdlərə qarşı müharibəyə başlamayacağıq", cavabını verib.

    Muxalifet - 12-10-2017

  15. Moskva İrəvandakı bu qüvvələrə YENİ SİLAH GÖNDƏRİR

    Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Operativ Müdaxilə Qüvvələri (KOMQ) müasir silahlarla təhciz edilir. 
    Bunu jurnalistlərə açıqlamasında KTMT Birləşmiş Qərargahlar rəisi general-polkovnik Anatoli Sidorov söyləyib. 
    “Yeni silah və texnika köhnələnləri əvəz edir. Böyük diqqət kəşfiyyat və idarəetmə vasitələrinə ayrılıb. KOMQ-dəki Rusiya və digər üzv dövlətlərin kontingentləri müasir silahlarla təhciz olunur”, – deyə o bildirib. 

    Muxalifet2 - 12-10-2017

  16. “AZƏRBAYCANIN TARİXİ KEÇMİŞİNƏ AĞIR ZƏRBƏ VURULUB!” – Tarix İnstitutundan sərt bəyanat

    “Azərbaycan dövlətinə qarşı ölkə daxilində sistemli surətdə təxribatlar aparılır”

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun Elmi Şurası X sinif “Ümumi tarix” dərsliyinin rusca versiyasında uydurma “Böyük Ermənistan” ərazisini əks etdirən xəritənin verilməsi ilə bağlı bəyanatla çıxış edib.

    “Xəritə “Ümumi tarix” dərsliyində verilərkən Azərbaycanın zərərinə daha da saxtalaşdırılmışdır”

    Muxalifet3 - 12-10-2017

  17. ​Şimali Koreya Krımı Rusiyanın ərazisi kimi tanıyıb

    Koreya Xalq Demokratik Respublikası Krım yarımadasını Rusiya Federasiyasının regionu kimi tanıyıb.
    Muxalifet.az-ın xəbərinə görə, bu barədə cümə axşamı, oktyabrın 12-də, Rusiyanın KXDR-dəki səfirliyi məlumat yayıb.
    “Respublika yarımadanın Rusiya Federasiyasının tərkibinə keçməsi barədə Krımda keçirilən referendumun nəticələrinə hörmətlə yanaşır. KXDR hesab edir ki, ümumxalq səsvermə beynəlxalq normalara uyğun keçirilib”, - məlumatda deyilir.
    Səfirlikdə əlavə ediblər ki, rəsmi Pxenyan bu məsələ ilə bağlı öz mövqeyini BMT-də səsvermə zamanı bildirib.

    Muxalifet2 - 12-10-2017

  18. ​Məktəblilərə qul olmağı təklif etdilər

    ABŞ-ın Feniks (Arizona ştatı) şəhərində ibtidai məktəb 14 yaşlı qul haqqında “Flight to Freedom” kompüter oyununu hazırlayıb.
    Muxalifet.az xarici mediaya istinadən xəbər verir ki, oyun məktəblilərin təlimi üçün yaradılıb.
    Kompüter oyununun layihəsinin təsvirində deyilir ki, “Flight to Freedom” ABŞ tarixinin müxtəlif dövrlərinə aid macəraların yer aldığı multimedia layihəsidir. Layihədə həmçinin 1848-ci ildəki proseslər təsvir olunur. Bu hissədə məktəblilərə tarladan qaçmağı fikirləşən 14 yaşlı qul - Lyusya rolunda oynamağı təklif edirlər.

    Muxalifet2 - 12-10-2017

  19. ​Qarabağın Kataloniya ilə bənzərliyi yoxdur - Deputat

    Kataloniyada keçirilən müstəqillik haqqında referendumunun nəticəsində yaranmış böhranın İspaniyanın ərazi bütövlüyü, konstitusiyası, beynəlxalq hüquq çərçivəsində həllini dəstəkləyirik.
    Bu fikri AŞPA-da İspaniyanın Kataloniya bölgəsində keçirilən referendumla bağlı müzakirələrdə Azərbaycan Milli Məclisinin deputatı Qənirə Paşayeva səsləndirib.

    Muxalifet2 - 12-10-2017

  20. ​Yer üzündəki insanlar anlamalıdır ki... - Əməkdar təyyarəçi

    Bakıdakı konfransı düzgün qiymətləndirmək lazımdır. Bu gün dünyada baş verən hadisələr o dərəcədə mürəkkəb və dəyişkəndir ki, mütərəqqi bəşəriyyət sülhə can atır. Bakıda keçirilən konfrans sülh, sağlamlıq, düzlük, dövlətlər arasında qarşılıqlı sülh münasibətləri uğrunda çıxış edir. Bu gün biz buraya ona görə yığışmışıq ki, Yer üzünün bütün insanları sülhsüz yaşamağın mümkün olmadığını anlasınlar. Müharibənin baş verməməsi üçün bütün ölkələr, o cümlədən sülhpərvər Azərbaycan xeyirxahlığa və qarşılıqlı anlaşmaya can atır.

    Muxalifet2 - 12-10-2017

Pages