Axtarış
The search found 105785 results in 0.038 seconds.
Search results
250 min əsgər qarşı-qarşıya - Bölgənin taleyini həll edəcək MÜHARİBƏ BAŞLAYIR
İraq ordusu Şimali İraq kürd muxtariyyətinin nəzarəti altında olan Dayrabun və Bacid bölgələrində əməliyyata hazırlaşır.
Muxalifet.az-ın məlumatına əsasən, Türkiyə KİV-i xəbər verir ki, Haviceyi İŞİD-dən təmizləyən 50 minlik İraq ordusu Ərbilin nəzarətindəki Mosul, Kərkük, Diyala, Dayrabun və Bacidə yönəlib.Muxalifet2 - 12-10-2017
Bolqarıstan prezidenti Bakıya gəlir
Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gələcək.
Report xəbər verir ki, səfər oktyabrın 13-14-də baş tutacaq.
R.Radevin Azərbaycan Prezidenti İlham Əliyev, baş nazir Artur Rasi-zadə, Milli Məclis rəhbərliyi və digər rəsmilərlə görüşəcəyi gözlənilir.Muxalifet2 - 12-10-2017
8 yaşlı qız göbələkdən zəhərlənərək öldü
Volqoqradda 8 yaşlı qız göbələkdən zəhərlənərək dünyasını dəyişib.
Muxalifət.az Trend.az-a istinadən xəbər verir ki, 8 yaşlı qız və valideynlərinin Yelan rayonundakı meşədən yığdıqları göbələkdən yedikləri bildirilir. Növbəti gün ailə zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına yerləşdirilib.
Qızın vəziyyəti ağırlaşdığına görə həkimlər onu vilayət mərkəzində müayinə edib. Həkimlərin səyinə baxmayaraq qız oktyabrın 11-də vəfat edib.Muxalifet2 - 12-10-2017
2 qoyun oğurlayanlara 15 il həbs cəzası
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində çobana qarşı quldurluq edərək 1 qoyun və 1 quzu götürməkdə təqdirləndirilən Tamerlan Rəsulov, Ələkbər Rəsulov, Eldəniz Cəfərov , Anar Piyev və Rusif Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Hakim Faiq Qəniyevin icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə Ələkbər Rəsulov 7 il, Tamerlan Rəsulov və Eldəniz Cəfərov 4 il müddətinə azadlıqdan məhrum edilib, Anar Piriyev və Rusif Mehrəliyev 3 min manat cərimə edilib.Muxalifet2 - 12-10-2017
Bakının mərkəzində maşın 3 qızı vurdu
Bakıda 3 piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Lent.az xəbər verir ki, Xətai rayonu Yusif Səfərov küçəsində "Nissan" markalı, 99 CF 186 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçməyə çalışan 3 qızı vurub. Müxtəlif dərəcli xəsarət alan 22-23 yaşlı qızlar xəstəxanaya aparılıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.Muxalifet2 - 12-10-2017
Vyetnamı sel "yuyur" - 48 ölü, itənlər var
Vyetnamın mərkəzi və şimal rayonlarında aramsız yağışlar sürüşməyə və daşqınlara səbəb olub. Nəticədə ölənlərin sayı 48 nəfərə çatıb, daha 22 nəfərin taleyi məlum deyil.
Aramsız yağışların ardınca Xoabin vilayətində baş vermiş sürüşmə nəticəsində dağılan evlərin altında 18 nəfər qaldığı barədə məlumat verilib. Dağıntılar altından 3 nəfər sağ çıxarılıb, 8 nəfər ölüb, digərilərin axtarışları davam etdirilir.
Qeyd edək ki, Vyetnamda başlayan güclü yağışlar artıq üçnücü gündür ki, davam edir.Muxalifet2 - 12-10-2017
Təhsil şöbəsinin müdiri haqda ŞOK İDDİA – “39 MƏKTƏB DİREKTORUNUN HƏR BİRİNDƏN 3 MİN MANAT ALIB”
Göyçay rayonun bir qrupu sakini tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Məktubda qeyd olunur ki, Göyçay rayon Təhsil şöbəsinin müdiri Elnur İsmayılov idarənin inspektoru Rüstəm Talıbovla əlbir olaraq korrupsiya şəbəkəsi yaratmışlar: “Nəticədə də rayon təhsili bərbad vəziyyətə düşmüşdür. Bu korrupsioner cütlüyün cinayət əmələrinin sayı-hesabı yoxdur”.
Muxalifet3 - 12-10-2017
Əfqan Muxtarlı hakimə etiraz etdi
Jurnalist Əfqan Muxtarlının barəsindəki həbs qətimkan tədbirinin daha iki ay uzadılması ilə bağlı baş prokurorun birinci müavini Rüstəm Usubovun vəsatətinə baxılması üçün məhkəmə prosesi keçirilib.
Bu gün Nəsimi rayon Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə baş tutan prosesdə Əfqan Muxtarlının vəkili Elçin Sadıqov hakimə etiraz edib. Bu səbəbdən həbs qətimkan tədbiri müddətinin artırılması barədə məhkəmə iclası təxirə salınıb.
Növbəti iclas sabah keçiriləcək. İttihama görə,Muxalifet2 - 12-10-2017
İŞİD-in məşhur “Ağ dul”u öldürüldü
Suriyada İŞİD tərəfində vuruşan Britaniya vətəndaşı Salli Cons Rakkada ABŞ pilotsuz aparatının hücumu nəticəsində öldürülüb.
Bu barədə “Tayms” informasiya yayıb.
Məlumata görə, son illər ərzində britaniyalı dindarın fəaliyyətinə Birləşmiş Krallığın xarici kəşfiyyat idarələri tərəfindən nəzarət olunub. Hava hücumu Cons Rakkadan qaçmaq istədiyi zaman endirilib. “Ağ dul” ilə birlikdə 12 yaşlı oğlu da öldürülüb.Muxalifet2 - 12-10-2017
Trampa partiyasından “İran” ÇAĞIRIŞI
ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsinin sədri Roys ABŞ-ın İranla bağlanan nüvə müqaviləsindən çəkilməməsi lazım olduğunu söylədi
Müxalifət.az bildirir ki, bu barədə Türkiyə mediası xəbər verib
Respublikaçı Partiyasının Kaliforniya nümayəndəsi Roys Komitənin "İranın bütün təhdidləri ilə üzləşmək" mövzusu ilə bağlı keçirilən iclasında bildirib.
Roys, "Çəkilmək əvəzinə müqavilənin şərtlərini sərt şəkildə göstərməliyik". deyə, fikir bildirib.Muxalifet - 12-10-2017
Avtosalondan 185 min dollarlıq "Galendewagen" oğurlandı
Moskvada avtosalondan 11 milyon rubl qiyməti olan yolsuzluq avtomobili “Gelandewagen” oğurlanıb. Virtualaz.org xəbər verir ki, bu barədə «İnterfax»a şəhər polis idarəsinin mətbuat xidmətindən məlumat verilib.
“Ötən gün yerli vaxtla təxminən saat 22:00-da avtosalonun təhlükəsizlik xidmətinin rəhbəri tərəfindən polisə Varşavskaya küçəsində yerləşən avtosalondan oğurluq hadisəsi ilə bağlı məlumat daxil olub. Salondan “Mercedes-Benz AMG G63” markalıavtomobil oğurlanıb”, - deyə məlumatda qeyd olunur.Muxalifet2 - 12-10-2017
30 arvadı olan sərha komandiri öldürüldü
Suriya hökumət ordusunun döyüşçüləri Deyr-ez-Zor əyalətinin Meyadin şəhərində İŞİD terror qruplaşmasınınm səhra komandiri Abu Bəkr Öməri öldürüblər.
Rusiyanın “Ulduz” telekanalı səhra komandirinin cəsədinin nümayiş etdirildiyi eksklüziv kadrları dərc edib.
Məlumata görə, Abu Bakr Ömər bir neçə il İraq həbsxanasında olub. Həbsdən çıxan Ömər 2014-cü ildə İŞİD-ə qoşulub. O, terror qruplaşmasının bölmələrindən birinə rəhbərlik edirdi. Onun 30 arvadı var idi.Muxalifet2 - 12-10-2017
QRU Saakaşvilini 17 oktyabrda öldürəcək – ŞOK İDDİA
Mixail Saakaşvili oktyabrın 17-də öldürülə bilər.
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində Krım tatar televiziyası olan ATR-in Baş direktor müavini Ayder Mujdabayev paylaşıb.Muxalifet2 - 12-10-2017
Yer üçün yeni BÖYÜK TƏHLÜKƏ
Bu gün saat 9 radələrində “2012 TS4” asteroidi Yerə ən yaxın - 43 min km məsafədən keçdi. Bu, Yerlə Ay arasındakı məsafədən 10 dəfəyə qədər az idi.
Bunu Publika.az-a açıqlamasında Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov deyib.
O bildirib ki, asteroidin sürəti saatda 28 min kilometr, yəni 1 saniyədə 7.6 km sürətlə hərəkət etdirdi. Uzunluğu 40 metr, diametri 10 metr idi.
X.Mikayılovun sözlərinə görə, ilk dəfə olaraq Yerə bu qədər yaxın məsafədən keçən asteroid heç bir təhlükəyə səbəb olmayıb:Muxalifet2 - 12-10-2017
Bərzani hökümətində SAVAŞ PANİKASI: PƏŞMƏRGƏLƏR ƏRBİL-MOSUL YOLUNU BAĞLADI
IKBY-nə bağlı Peşmərgənin İraq ordusunun hücuma keçəcəyi əndişəsi ilə Ərbil-Mosul avtomobil yolunu müvəqqəti olaraq bağladı
İraq Kürd Regional Rəhbərliyinə (IKBY) bağlı Peşmərgənin İraq ordusunun əməliyyat təşkil edəcəyi əndişəsi ilə Ərbil-Mosul avtomobil yolunu müvəqqəti olaraq bağladığı bəyan olundu.
Müxalifət.az bildirir ki, bu barədə Türkiyə KİV-i xəbər verib.Muxalifet - 12-10-2017
Gənc NİDA-çılar həbsxanada ACLIĞA BAŞLAYIR
Hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınan üç fəal - Bayram Məmmədov, İlkin Rüstəmzadə və Elgiz Qəhrəman həbsxanada aclıq aksiyasına başlamaq niyyətindədirlər.
Bu barədə vəkil Əsabəli Mustafayev oktyabrın 11-də Bayram Məmmədova baş çəkdikdən sonra bildirib.
Etirazın səbəbi 13 saylı cəzaçəkmə müəssisəsində Məmmədova qarşı münasibətdir.
Vəkilin sözlərinə görə, oktyabrın 9-da rəsmi orqanların nümayəndələri cəzaçəkmə müəssisəsinə baş çəkiblər və Məmmədovla söhbət ediblər.Muxalifet - 12-10-2017
Tramp administrasiyası İnsan Haqlarını ÖNƏ ÇIXARIR: SANKSİYALAR OLACAQ
Sanksiyalar siyahısına dekabr ayınadək yeni adların əlavə olunacağı güman edilir
Oktyabrın 5-də Think Progress adlı təşkilatının vebsaytında Keysi Mişel "Ağ Ev artıq insan haqlarını pozanlara qarşı sanksiya tətbiq etmək fikrinə isti yanaşır" adlı məqalə dərc edib.Muxalifet - 12-10-2017
Cənub cihadında təlaş var - TƏHLİL
Rusiya hakimiyyəti geosiyasi qarşıdurma və beynəlxalq təhlükələr şəraitində sürətlə şəkil dəyişdirən transmilli təhdidlərin zərərsizləşdirilməsi üçün səyləri gücləndirir.Rusiyanın milli təhlükəsizliyinə əsas təhdid kimi İŞİD və dünya informasiya şəbəkəsində başlayan kibermüharibələr göstərilir.
Muxalifet3 - 12-10-2017
Россия разрушила экономику Турции во имя дипломатии — США готовятся сделать то же самое?
Большую часть этого года президент Турции Эрдоган потратил на ссоры и критику в адрес глав европейских государств, испортив и без того хрупкие отношения с некоторыми из них. Теперь, по всей видимости, ему придется столкнуться с силой американской дипломатии, и Турция может оказаться в чрезвычайно затруднительном положении.
Muxalifet3 - 12-10-2017
Fələstinli Həmas və Fəth təşkilatları arasında Qahirədə "razılıq əldə olunub"
Fələstinli Həmas təşkilatı rəqib Fəth qrupu ilə razılıq əldə etdiyini bildirib. Bu hadisə iki təşkilat arasında 10 il sürən nifaqa son qoyub.
Qəzza Zolağına nəzarət edən Həmas bildirib ki, sövdələşmənin müddəaları cümə axşamı günü açıqlanacaq.
Fəth təşkilatı bu hadisə barədə şərh verməyib.
İki qrup arasında barışıq haqda danışıqlar Misirin vasitəçiliyi ilə Qahirədə keçirilib.
İki qrup arasında 2007-ci ildə qanlı toqquşmalar baş verəndən Qəzzada və Qərb Sahilində fələstinlilər ayrılıqda idarə olunur.Muxalifet2 - 12-10-2017