Axtarış
The search found 105785 results in 0.022 seconds.
Search results
Metroda qumbara həyəcanı
Rusiyanın Sankt-Peterburq şəhərində metroda qumbara daşıyan şəxs saxlanılıb.
Publika.az xəbər veri ki, metroda yoxlama zamanı 42 yaşlı Belarus vətəndaşının çantasında qumbara olduğu aşkarlanıb. Buna görə stansiyanın fəaliyyəti 20 dəqiqə dayandırılıb. Stansiyadakı insanlar təcili çölə çıxardılıblar.
Belarus vətəndaşı polislər tərəfindən yaxınlıqdakı bölməyə aparılıb.
Aşkarlanan qumbara isə Daxili İşlər Nazirliyinin ekspertiza mərkəzinə göndərilib.Muxalifet2 - 12-10-2017
Kremlin əsas müttəfiqi əlindən alınır
Avropa İttifaqının rəhbərliyi Belarus lideri Aleksandr Lukaşenkonu “Şərq tərəfdaşlığı” sammitinə dəvət edib.
Bu haqda “EU Observer” nəşri yazıb.
Lukaşenko dəvəti qəbul edərsə, bu, onun Avropa İttifaqının paytaxtı Brüsselə birinci səfəri olacaq. Nəşr qeyd edir ki, Lukaşenkonun 23 illik hakimiyyəti müxalifət liderlərinin qətlləri və təqibləri, “seçkilərin saxtalaşdırması” və dinc nümayişlərinin dağıdılması ilə qeydə alınıb.Muxalifet2 - 12-10-2017
Məktəbdə KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
Rusiyanın Maqadan vilayətində uşaqların məktəb yeməkxanasında zəhərlənməsi faktı qeydə alınıb.
Trend-in məlumatına görə, Maqadan vilayət Səhiyyə İdarəsi artıq zəhərlənmə faktı qeydə alınan 30 saylı məktəbdə yoxlamaya başlayıb.
Son məlumata görə, hazırda xəstəxananın infeksion şöbəsində 9-16 yaş arası 8 uşaq müalicəsini davam etdiri. Daha bir neçə uşaq müalicəsini evdə davam etdirir.Muxalifet2 - 12-10-2017
Nardaran sakini SİLAHI TƏHVİL VERDİ
Nardaran sakini əmisindən qalma silah-sursatı təhvil verib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Sabunçu rayonunun Nardaran qəsəbə sakini Əfqan Bəhrəmov vəfat etmiş əmisindən qalan “Makarov” markalı tapançanı, 4 ədəd patronu və 1 ədəd patron darağını könüllü olaraq 42-ci Polis Bölməsinə təhvil verib.Muxalifet2 - 12-10-2017
Gömrükçülər yağ qutularında siqaret aşkar etdi
Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin "Şirvanovka" gömrük postundan keçməklə Rusiyadan Azərbaycana gələn ölkə vətandaşının əl yüklərinə gömrük baxışı keçirilib.
DGK xəbər verir ki, bu zaman vətəndaşa məxsus yağ qutularındakı yağların altından ümumi sayı 126 qutu olan "Belomorkanal" markalı papiroslar aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.Muxalifet2 - 12-10-2017
Putin Əliyevlə görüş üçün İrana gedəcək
Rusiya Prezidenti Vladimir Putin İrana səfər edəcək.
Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib. O, Putinin Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşündə iştirak edəcəyini bildirib.
Uşakov görüşün bu ilin sonuna qədər keçiriləcəyini bildirib.Muxalifet2 - 12-10-2017
Məhkəmə Ramin Hacılıya HÖKM OXUDU
Nəsimi Rayon Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məhkəmədə hökm elan edilib.
Hökmə əsasən, təqsirləndirilən şəxslərdən Ramin Hacılıya 2 il sınaq müddəti təyin edilməklə şərti cəza verilib.Muxalifet2 - 12-10-2017
Axtarışda olan 445 nəfər sərhəddə tutuldu
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2017-ci ilin sentyabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib.
Muxalifet2 - 12-10-2017
Rusiya-Türkiyə konflikti: BAKIYA POMİDOR XƏBƏRDARLIĞI
Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti Ermənistan, Azərbaycan və Belarusdan gətirilən pomidora nəzarəti gücləndirəcək.
Bu barədə informasiyanı idarənin mətbuat xidməti yayıb. Federal Xidmət son zamanlar adı çəkilən ölkələrə Rusiyaya gətirilməsi qadağan olunan məhsulların idxalının artdığını bildirib:Muxalifet2 - 12-10-2017
Bacı-qardaşın başını kəsən cani həbs edilmədi
Bakıda bacı -qardaşın başını kəsən 20 yaşlı Azər Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Muxalifet.az lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində stasionar kompleks məhkəmə psixoterik ekspertizası təyin edilib.
Təqsirləndirilən şəxs Maştağada yerləşən xəstəxanaya göndərilib.Muxalifet2 - 12-10-2017
"Generallarım mənə dedi ki..." - TRAMPDAN ŞOK AÇIQLAMA
Yeni administrasiya ABŞ-a əvvəlki hörmətini geri qaytardı.
Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp danışıb.
“İnanın ki, dünya yenidən bizə hörmət etməyə başlayır. Bizə hörmət etməyən ölkədə bu gün nəsə baş verdi. Oradan bizə çox vacib xəbərlərlə zəng etdilər. Generallarım mənə dedi ki, bütün bunlar böyük hörmətin işarəsidir və bu 1 il əvvəl baş verə bilməzdi”, - Tramp deyib.Muxalifet2 - 12-10-2017
“Qasım Süleymani Kərkükə hücum hazırlayır”
İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Qasım Süleymani Haşdi Şabi qruplaşmasının Kərkükə hücum etməsinə çalışır.
Bu barədə informasiyanı Tvitter hesabında ABŞ-ın İraqdakı keçmiş səfiri Zalmay Xəlilzad paylaşıb. Onun sözlərinə görə, ABŞ bu hücumun qarşısını almaq və regionda yeni qarşıdurmanın yaranmasına mane olmaq üçün aktiv olmalıdır.
Qeyd edək ki, bundan öncə İraq Kürd Muxtariyyəti də İraq ordusunun Kərkükə hücum edəcəyi haqqında məlumat yaymışdı.Muxalifet2 - 12-10-2017
Rusiyalı general İrəvanda Azərbaycanla bağlı erməniləri NECƏ MƏYUS ETDİ?
“Azərbaycan və Ermənistan arasında güc balansının saxlanılması vacibdir”.
Bu barədə İrəvanda səfərdə olan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qərargah rəisi, general-polkovnik Anatoli Sidorov deyib.
Onun sözlərinə görə, bu balans gələcəkdə Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasına imkan verəcək.
Sidorov bildirib ki, KTMT-yə üzv olan ölkələr başqa ölkələrlə hərbi əməkdaşlığı inkişaf etdirirlər, o cümlədən, Ermənistanın əsas rəqibi Azərbaycanla.Muxalifet2 - 12-10-2017
BDU-da oxuyan qızların mobil telefonları oğurlandı
Hadisə universitetin yaxınlığında baş verib
Oktyabrın 11-də Bakı Dövlət Universitetinin yaxınlığında iki qız həmin ərazidə xidmət aparan Yasamal Rayon Mühafizə İdarəsinin əməkdaşlarına müraciət edərək mobil telefonlarının oğurlandığını bildiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, bu zaman yaxınlıqdan bir şəxsin qaçaraq ərazini tələsik tərk etməsi polis əməkdaşlarının gözündən yayınmır.
Dərhal görülən tədbirlərlə həmin şəxs yaxalanıb.Muxalifet2 - 12-10-2017
“Terror koridoru”na qarşı TÜRKİYƏNİN 4 MƏRHƏLƏLİ PLANI
Türkiyə cənub sərhəddində yaradılmaq istənən “terror dəhlizi”nin qarşısını kəsəcək dörd mərhələli hərəkat planı hazırladı. Plan çərçivəsində İdlib, Afrin və Menbiç olmaqla üç əsas hədəf müəyyənləşdirilib.
Müxalifət.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə cənub sərhəddində yaradılmaq istənən terror dəhlizinə dörd mərhələli hərəkat planı çərçivəsində zərbə endirəcək.
Planda İdlib, Afrin və Menbiç olmaqla üç əsas hədəf müəyyənləşdirilib.Muxalifet - 12-10-2017
Qırıcı təyyarə paradda qəzaya uğradı - İSPANİYADA
İspaniyanın milli bayramı münasibətilə keçirilən paradda iştirak edən "Eurofighter" qırıcısı Lyanos aviabazasında qəzaya uğrayıb.
Qəzanın baş vermə səbəbləri hələ məlum deyil.
Eləcə də qırıcının ekipajının taleyi hələ məlum deyil.
İnsidentlə bağlı detallar dəqiqləşdirilir.Muxalifet2 - 12-10-2017
Эрдоган: Мы не признаем присоединение Крыма к России
Президент Эрдоган отметил, что Турция продолжит действовать в координации с Украиной для устранения незаконной оккупации Крыма.
Президент Реджеп Тайип Эрдоган сделал ряд заявлений на совместной пресс-конференции по итогам переговоров с президентом Украины Петром Порошенко. Коснувшись крымских событий, президент Эрдоган сказал: «Мы очень довольны поддержкой, которую Украина оказывает крымским татарам. Мы будем продолжать поддерживать на повестке дня вопрос о положении наших братьев. Мы будем продолжать работать в координации с Украиной для устранения незаконного положения в Крыму».Muxalifet3 - 12-10-2017
Putin 11-ci rəhbəri İSTEFAYA GÖNDƏRDİ
Rusiya Prezidenti Vladimir Putin Pskov vilayətinin qubernatoru Andrey Turçakı vəzifəsindən azad edib.
Bu barədə məlumatı prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında söyləyib. Məlumata görə, Turçak öz istəyi ilə vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə Mixail Vedernikov təyin edilib.
Qeyd edək ki, Rusiya mətbuatı Turçakın son iki həftə ərzində istefaya göndərilən 11-ci qubernator olduğunu bildirib.Muxalifet2 - 12-10-2017
Maye sabun istifadə edənlərə XƏBƏRDARLIQ: “Dərini qurudur...”
Artıq məişətdə qatı sabunların əvəzinə maye sabunlardan istifadə edirik. Onların gözəl qoxusu, cəlbedici qablara yerləşdirilməsi, diqqətçəkən parlaq rənglərdə olması alıcılarda onları alma meylini bir az daha gücləndirir.
“Bərk sabundan istifadə edirsiniz, yoxsa maye sabundan?” sualı verdiyimiz respondentlərin də əksəriyyəti maye sabundan daha çox istifadə etdiklərini deyiblər. Onlar bu seçimi maye sabunların qablarda olması və buna görə daha gigiyenik olması ilə izah ediblər.Muxalifet2 - 12-10-2017
"ABŞ Türkiyəyə silah satmır, amma PKK-nın Suriya qanadını pulsuz silahlandırır" - ƏRDOĞAN
ABŞ Türkiyə ilə müttəfiq olduğunu bəyan edir, lakin Vaşinqton Türkiyəyə heç pulla da silah satmır, eyni zamanda, PKK-nın Suriya qanadını (YPG/PYD) pulsuz silahlandırır.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Dövlət başçısı qeyd edib: "Rəsmi Ankara yaxşı bilir ki, ABŞ-ın YPG/PYD-yə verdiyi silahlar gələcəkdə Türkiyəyə qarşı istifadə olunacaq".
ABŞ və Türkiyə münasibətlərindəki böhrana toxunan R.T.Ərdoğanın sözlərinə görə, bu böhranın səbəbkarı Birləşmiş Ştatların Ankaradakı səfiri Con Bassdır:Muxalifet2 - 12-10-2017