Moskva İrəvandakı bu qüvvələrə YENİ SİLAH GÖNDƏRİR

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Operativ Müdaxilə Qüvvələri (KOMQ) müasir silahlarla təhciz edilir. 
Bunu jurnalistlərə açıqlamasında KTMT Birləşmiş Qərargahlar rəisi general-polkovnik Anatoli Sidorov söyləyib. 
“Yeni silah və texnika köhnələnləri əvəz edir. Böyük diqqət kəşfiyyat və idarəetmə vasitələrinə ayrılıb. KOMQ-dəki Rusiya və digər üzv dövlətlərin kontingentləri müasir silahlarla təhciz olunur”, – deyə o bildirib. 
Qeyd edək ki, Kollektiv Operativ Müdaxilə Qüvvələri 2009-cu ildə yaradılıb. Hazırda bu qüvvələrin sayı 17.000 nəfərə bərabərdir. Bu qüvvələrin Ermənistanda bütün təhcizatını qeyri-rəsmi olaraq Rusiya həyata keçirir.