"Rusiya ABŞ-ı işsiz qoymayacaq" - AZƏRBAYCANLI MİLYARDER

Rusiyaya qarşı sanksiyalar yaxın 10 ildə ləğv edilməyəcək. 
Bunu Britaniyanın “Faynənşıl Tayms” qəzetinə müsahibəsində “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərov söyləyib. 
“Sanksiyalar yaxın illərdə ləğv edilməyəcək. Bu, uzunmüddətli və çətin proses olacaq. Üç il əvvəl mən Vaşinqtonda oldum və orada Amerika sanksiyalarına məsul olan şəxslə görüşdüm. Bu, Ukrayna hadisələrinin tam başlanğıcında baş vermişdi. O mənə dedi ki, əgər Rusiya Ukraynada hansısa addımlar atsa, biz cavab verəcəyik. Mən isə ona dedim ki, ölkəm sizi heç vaxt işsiz qoymayacaq”, – deyə o bildirib.