50 min nəfərlik ORDU HƏRƏKƏTƏ KEÇDİ

 50 min nəfərlik İraq ordusu Türkiyə ilə yeni sərhəd qapısı olacaq Ovaköyün qarşısındakı Dayrabun və Baciddə əməliyyata hazırlaşır.
 
Müxalifət.az bildirir ki, bu haqda Türkiyə mediası xəbər verib.
 
50 min nəfərlik ordu hərəkətə keçdi
 
 Bərzaninin İraqı parçalamaq məqsədli referendum həmləsinin ardından bölgəyə yönəlik sanksiyalar çərçivəsində Türkiyə Habur sərəd qapısına alternativ olan Ovaköyü həyata keçirəcək. Sərhəd bölgəsində infrastruktur işləri başlayarkən İraq ordusu da buranı işğal altında saxlayan Bərzani Peşmərgəsinə qarşı əməliyyata hazırlaşır.
 İŞİD-ə qarşı mübarizə aparan 50 min nəfərlik İraq ordusu Haviceyi terrorçulardan təmizlədikdən sonra üzünü Bərzani işğalındakı Mosul, Kərkük, Diyala, Dayrabun və Bacide yönəltdi. Dayrabun və Bacid inşası nəzərdə tutulan Ovaköy Sərhəd Qapısının yaxınlığında yerləşir. Bölgədəki işğalçı Peşmərgələr Bağdad rəhbərliyinə "Bura bizim nəzarətimizdədir və əraziyə yaxınlaşan kim olsa, vuracağıq" deyə, təhdid etmişdilər. İraq hökumətindən isə cavab gecikmədi: "Təhdidlərə boyun əyməyəcəyik, mübahisəli regionlardan çəkilin"!
 
 BƏRZANİ Vahiməyə Düşdü
 
 İraq Mərkəzi Hökumətinin yaydığı ultimatum səviyyəli bəyanat göstərir ki, sərhəd qapıları, neft sahələri və hava limanlarının təhvil verilməsi məsləsi Bağdad üçün prioritet təşkil edir. Türkiyə və İraq arasında Habur Sərhəd Qapısını oyundan kənar edəcək olan Ovaköy məsələsində əsasən razılıq əldə olunub. Bununla can damarının kəsiləcəyini anlayan Bərzani cəbhəsində panika başladı. Ümumi əsgər sayı 130 min olan Peşmərgə ilə İraq ordusu arasında münaqişənin an məsələsi olduğu bildirilir. Hazırda 50 min nəfərlik qüvvə ilə əməliyyatı davam etdirən Bağdad, bölgəyə əlavə 70 minlik qüvvə ilə kömək edə biləcəyini qeyd edib. Mərkəzi ordu bütövlükdə isə 220 min əsgərdən ibarətdir.
 
 KƏRKÜK İŞĞAL ALTINDA
 
 Hazırda Mosul, Kərkük və Diyalada 1500-dən çox Peşmərgə gücləri yerləşir ki, onlar da ölkənin ən mühüm neft yataqlarının nəzarətini əlində saxlayır. İŞİD bəhanəsi ilə buralara yerləşən Peşmərgə, terrorçular təmizlənməsinə baxmayaraq bu şəhərləri tərk etməməkdə israr edir. Kərkükdə Peşmərgəyə İraq qoşunlarının əməliyyata başlama ehtimalına qarşı "hazır olun” göstərişi verilib. İŞİD-ə qarşı İraq ordusu ilə birlikdə hərəkət edən Haşdi Şabi milis güclərinə isə "Tel Afer, Tuzhurmatu və Tazehurmatudan çıxmayın" tapşırığı verilib. Bərzani və müttəfiqlərinin “məzhəb savaşı” “kozır”ını əlindən almaq üçün Peşmərgə qarşısına yalnız mərkəzi ordu əsgərləri çıxacaq.
Müxalifət.az