43 yaşlı qadını avtomobil vurub - BAKIDA

Yaralı təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib
 
Bakıda avtobusdan enərək yolu keçmək istəyən qadını avtomobil vurub.
Yol-nəqliyyat hadisəsi Sabunçu rayonunda qeydə alınıb.
Belə ki, Bakıxanov qəsəbəsində, Seymur Bünyadov küçəsində sərnişin avtobusundan düşərək yolu keçmək istəyən 1974-ci il təvəllüdlü Rzayeva Natiqə Naib qızını minik avtomobili vurub. Nəticədə o, xəsarət alıb. Yaralı təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarərisində araşdırma aparılır.