Helsinki Komissiyası Dağlıq Qarabağla bağlı brifinq keçirəcək

Bu barədə komissiyanın saytlında məlumat verilib
 
Helsinki Komissiyası oktyabrın 18-də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı brifinq keçirəcək.
Bu barədə komissiyanın saytında məlumat verilib.
"ABŞ və ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin həllində rolu" adlı brifinqin işində ABŞ-ın Minsk qrupundakı iki sabiq həmsədri - Kevin Kavanauq və Ceyms Uorlik iştirak edəcək. Tədbirə həmçinin münaqişənin mövcud vəziyyətinə, Minsk qrupu formatına və davamlı sülhə nail olunmasına dair perspektivləri qiymətləndirəcək müstəqil ekspertlər də cəlb olunacaq./report