İsrail azanı yasaqladı – Səbəb

İsrail Qərbi Şeria adlanan bölgədəki bir kənddə yəhudilərin narahat olması səbəbindən məscid minarəsindən meqafonla azan oxunmasına qadağa qoyub.
 
Yerli icra orqanları kəndə basqın edərək şifahi şəkildə belə bir qərar qəbul etdiklərini bildiriblər.
İsrail əsgərləri qadağaya əməl olunmayacağı təqdirdə kəndə ikinci dəfə basqın edəcəkləri hədəsi ilə çıxış ediblər. Yerli müsəlman əhali İsrail əsgərlərinin təxribatlarına məruz qaldıqlarını da vurğulayıblar./teleqraf.com