Zakir Həsənov Düşənbəyə getdi
11-10-2017 19:15
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bu gün Tacikistanın paytaxtı Düşənbə şəhərinə yola düşüb.
Altun.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfərin məqsədi MDB iştirakçı-dövlətlərinin Müdafiə Nazirləri Şurasının oktyabrın 12-də keçiriləcək növbəti iclasında iştirak etməkdir.