Rusiya-Türkiyə arasında "buğda" konflikti: Moskva təhdid edir
11-10-2017 18:41

Rusiya və Türkiyə gömrük rejimini sadələşdirməlidir.
Bunu jurnalistlərə açıqlamasında Rusiya Kənd Təsərrüfatı naziri Aleksandr Tkaçyov söyləyib.
“Əgər çətinliklər qalsa, Moskva Türkiyədən idxal etdiyi eyni tərəvəzlərə qarşı adekvat tədbirlər görəcək. Ankaranın Rusiyaya qarşı məhdudiyyətləri bu ölkəyə buğda tədarükünü çətinləşdirir”, – deyə o bildirib.
Qeyd edək ki, Türkiyə bundan öncə Rusiyadan kənd təsərrüfatı məhsullarının idxalını sərtləşdirib. Ankara bu addımı Moskvaya cavab olaraq atdığını bildirib. Lakin sonra Rusiya İqtisadiyyat Nazirliyi Türkiyənin bu addımı birtərəfli qaydada atdığını bildirib.