ABŞ Ərdoğanı "çərçivəyə salmaq" və... - Olençenko
9-10-2017 23:34

Ərdoğan Türkiyənin Qərbə olan asılılığını bütün sahələrdə azaltmağa davam edir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Elmlər Akademiyasının Vladimir Olençenko deyib.
O bildirib ki, türk lider İncirlik aviabazasını ABŞ Hərbi Hava Qüvvələrinin üzünə bağlaya bilər:
“ABŞ regiondakı varlığını qorumağa çalışırdı və burada Türkiyə bir plaforma rolunu oynayırdı. Hazırda ABŞ Ərdoğanın yerinə daha mülayim, öz tərəfdaşı olan birisini gətirməyi planlaşdırır. Digər tərəfdən Ərdoğan Vaşinqtonla siyasi, iqtisadi və hərbi sahələrdə gərginlik yarada biləcək imkanlara malik bir liderdir. ABŞ Ərdoğanı “çərçivəyə salmaq” və onu öz siyasəti ilə məhdudlaşdırmaq istəyir. Məhz bu əks qütblərin toqquşması iki ölkə arasında problemlərə yol açır”.