GUAM ölkələri azad iqtisadi zona yaradır?


GUAM ölkələri arasında azad iqtisadi zona yaradılacaq.
 
Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Gürcüstanın Xarici İşlər naziri Mixeil Canelidze bildirib.
Nazir deyib: “Ötən 20 il ərzində GUAM ölkələri siyasi və iqtisadi əməkdaşlıq sahəsində müəyyən problemlər, çətinliklərlə üzləşiblər. Buna baxmayaraq, üzv ölkələr GUAM-ı etibarlı təşkilat kimi formalaşdırmağı bacardılar. İnanıram ki, GUAM daha güclü təşkilata çevrilə biləcək”.
Mixeil Canelidze GUAM ölkələri arasında azad iqtisadi zonasının yaradılması istiqamətində bu ilin sonunadək müəyyən irəliləyişlər olacağını gözlədiklərini qeyd edib.