ABŞ diplomatı Türkiyə XİN-ə çağırıldı

ABŞ-ın Türkiyədən gələn viza müraciətlərini qəbul etməyi qeyri-müəyyən bir müddətə dayandırma qərarından sonra Ağ Evin Ankaradakı səfirinin müavini XİN-ə çağırılıb. 
Bu barədə “Hürriyət” məlumat yayıb. 
Məlumata görə, Türkiyə tərəfi görüş zamanı Vaşinqtonun qərarını ləğv etməsi üçün təkid edib. 
Qeyd edək ki, bir qədər əvvəl ABŞ Türkiyədən gələn viza müraciətlərini dayandırdığını açıqlamışdı.