Axtarış

The search found 105785 results in 0.042 seconds.

Search results

  1. Gürcü nazirdən açıqlama: Əlimizdən gələni edəcəyik

    GUAM ölkələri arasında əlaqələr inkişaf edir. GUAM üzv və tərəfdaş ölkələr arasında əlaqələrin genişlənməsində, eləcə də regional əməkdaşlığın inkişafında mühüm rol oynayır.
    Muxalifet.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili GUAM-ın xarici işlər nazirləri ilə görüşündə söyləyib.

    Muxalifet2 - 8-10-2017

  2. Şimali Koreya bu bomba ilə məhv ediləcək - Şok iddia

    Seulun malik olduğu qrafit bombalar adlandırılan raket sistemi Şimali Koreyanın elektrik şəbəkələrini iflic vəziyyətə salmaq imkanına sahibdir.
    Muxalifet.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhapnyus” agentliyi məlumat yayıb.

    Muxalifet2 - 8-10-2017

  3. ​Məktəbdə hər şeyi dağıdan ruh kameraya düşdü - VİDEO

     
    İrlandiyadakı orta məktəblərdən birində gecələr baş verən qəribə hadisələr rəhbərliyi narahat edib.
    Muxalifet.az xəbər verir ki, rəhbərlik təhlükəsizlik kamerasının qeydlərini izlədikdə isə dəhşətə gəlib.
    Gecə saatlarında məktəbin qapısı görünməz qüvvə tərəfindən açılıb örtülür, şkafları yellənir, dəftərlər yerə səpələnir.
    Həmin görüntüləri təqdim edirik:
     

    Muxalifet2 - 8-10-2017

  4. Sakit okeanda zəlzələ

    Sakit okeanda Tonqo adası sahillərində 5.6 bal gücündə zəlzələ baş verib.
     
    Muxalifet.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.
    Yeraltı təkanların UTC vaxtı ilə 14:04-də baş verdiyi bildirilib.
    Zəlzələnin episentri Nukualofa şəhərindən 238 km şimalda, 10 km dərinlikdə qeydə alınıb.
    Dağıntı və tələfat barədə məlumat yoxdur.
    Sunami təhlükəsi gözlənilmir.
     

    Muxalifet2 - 8-10-2017

  5. ​Bərzani həddi aşdı: Heç bir güc strukturu...

     
    Heç kim referendumun nəticələrinin ləğv ediləcəyini fikirləşməsin.
     
    Muxalifet.az xəbər verir ki, bu sözləri İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin baş müşaviri Hemin Hevrami deyib.
    “Heç bir güc strukturu belə bir qərar verə bilməz. Sentyabrın 25-də keçirilmiş referendumun nəticəsi millətin verdiyi qərardır”, - baş müşavir bildirib.
    O, Bərzaninin rəsmi Bağdadla danışıqlara hazır olduğunu xatırladıb.

    Muxalifet2 - 8-10-2017

  6. ​Elmar Məmmədyarov GUAM-ın XİN rəhbərlərinin görüşündə çıxış edib – FOTO

    Oktyabrın 8-də Tbilisidə GUAM-ın yaranmasının XX ildönümü ilə əlaqədar təşkilata üzv ölkələrin xarici işlər nazirlərinin geniş formatda görüşü keçirilib.
    Muxalifet.az Report-a istinadan xəbər verir ki, toplantıda GUAM ilə digər beynəlxalq təşkilatlar arasında əməkdaşlıq məsələləri də diqqət mərkəzində olub.

    Muxalifet2 - 8-10-2017

  7. ​Moskvada ticarət mərkəzi yanır: 3 min insan...

     
    Rusiyanın paytaxtı Moskvanın “Sindika” ticarət mərkəzində baş verən güclü yanğın səbəbindən 3 min insan təxliyə edilib.
     
    Muxalifet.az xəbər verir ki, bu barədə RİA məlumat yayıb.
    Bölgəyə giriş qadağan edilib.
    Yanğının söndürülməsi üçün helikopterlər əraziyə göndərilib.
    Yanğının səbəbinin bəlli olmadığı deyilir.
    Hadisə zamanı xəsarət alan olmayıb.
     

    Muxalifet2 - 8-10-2017

  8. ​Prezident özünə dəbdəbəli ad günü etdi

     
    40 milyard dollar sərvəti ilə ən varlı dövlət başçılarından biri sayılan Bruney sultanı 2 min qonağa dəb-dəbəli ziyafət verib.
    Muxalifet.az xarici KİV-ə istinadla xəbər verir ki, cənub-şərqi Asiyanın neft və qaz təbii sərvəti ilə zəngin ölkəsi sayılan Bruneyin Sultanı Həsən əl Bulkiyə taxtdakı 50-ci ilini qeyd edir.
    Bir ay davam edəcək bayram tədbirləri çərçivəsində sultan sarayında böyük bir ziyafət verib.

    Muxalifet2 - 8-10-2017

  9. AŞPA-nin gündəliyində Azərbaycanla bağlı 2 məsələ

    Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında iştirak etmək üçün oktyabrın 8-də Strasburqa gedəcək.
     
    Nümayəndə heyətinə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov başçılıq edir. Heyətə Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlar Vüsal Hüseynov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sabir Hacıyev, Rövşən Rzayev və Sahibə Qafarova daxildir. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat verib.

    Muxalifet - 8-10-2017

  10. "Beynəlxalq təşkilatların ikiüzlü mövqeyi..." - Deputat

     
    NATO PA-nın Buxarestdə keçirilən 63-cü illik sessiyasının 2-cü günündə qurumun Elm və Texnologiya Komitəsinin iclasında hollandiyalı deputat Maria Martensin təqdim etdiyi "Yaxın Şərq və Şimali Afrikada Ərzaq və Su təhlükəsizliyi" adlı məruzəsindən sonra keçirilən müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı məruzəçiyə sual ünvanlayıb.
    Muxalifet.az report-a istinadən xəbər verir ki, azərbaycanlı deputat diqqəti işğal altına olan Azərbaycan torpaqlarına yönəldib.

    Muxalifet2 - 8-10-2017

  11. ​Gürcüstan prezidenti XİN rəhbərlərini qəbul etdi

    Oktyabrın 8-də Gürcüstan Prezidenti Georgi Marqvelaşvili GUAM ölkələrinin xarici işlər nazirlərini qəbul edib.
     
    Muxalifet.az xəbər verir ki, görüşdə GUAM-ın 20 illik yubileyi və Gürcüstanın bu təşkilata sədrliyi dövründə görülən işlərdən danışılıb. Prezident qeyd edib ki, GUAM çərçivəsində əməkdaşlığın inkişafı əsas prioritetlərdəndir.
    Marqvelaşvili deyib: “GUAM formatında elə qətiyyətli addımlar atılmalıdır ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətləri daha da möhkəmlənsin və beynəlxalq arenada söz sahibi olaq”.

    Muxalifet2 - 8-10-2017

  12. Britaniya bu ölkəyə külli miqdarda texnika verdi

     
    Latviya silahlı qüvvələri Böyük Britaniyadan 65 ədəd zirehli hərbi kəşfiyyat maşınları alıb.
     
    Muxalifet.az xəbər verir ki, bu barədə Latviya Müdafiə Nazirliyindən informasiya verilib.

    Muxalifet2 - 8-10-2017

  13. "ABŞ-ın bu fikri axmaqlıqdır..." - İran

     
    ABŞ-ın İran İslam İnqilabı Keşikçiləri Korpusunu hələ də terror təşkilatı kimi görməsi axmaqlıqdır.
     
    Muxalifet.az xəbər verir ki, bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı Məhəmməd Cəfəri deyib.
    “Bundan sonra biz də ABŞ əsgərlərini İŞİD terrorçularından fərqləndirməyəcəyik, onlara eyni gözlə baxacağıq”, - Cəfəri bildirib
     

    Muxalifet2 - 8-10-2017

  14. Zakir Həsənov döyüş texnikasına baxış keçirdi

     
    Belarus Respublikasına rəsmi səfərinin ilk günü Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin hərbi sənaye kompleksinə daxil olan müəssisəni və hərbi poliqonu ziyarət edib.
     
    Muxalifet.az nazirliyin saytına istinadla xəbər verir ki, Azərbaycanın nümayəndə heyəti Belarusun hərbi sənayesinin istehsal etdiyi döyüş texnikaları və hərbi təyinatlı digər vasitələrlə tanış olub, ordumuzun silah arsenalını gücləndirə biləcək silah və hərbi texnika ilə yaxından maraqlanıb.
     

    Muxalifet2 - 8-10-2017

  15. Bələdiyyə sədri prezidentin portretini kəsdi - MARAQLI SƏBƏB

     
    Fransanın Qrand-Feilli bələdiyyə sədri Jan François Damien qurumun büdcəsinin kəsilməsinə maraqlı formada etiraz edib.
    Muxalifet.az xəbər verir ki, 2018-ci ilin büdcəsinin 1/3 hissəsi qədər azaldılacağını öyrənən Damien bələdiyyə binasında yerləşən prezident Emmanuel Makronun portretinin 1/3 hissəsini kəsib.
    Bələdiyyə sədri portretin üzərində bundan öncəki dövlət başçısının da büdcə maliyyələşməsini azaltdığını və bu səbəbdən işləyə bilmədikləri barədə açıqlama da yazıb.

    Muxalifet2 - 8-10-2017

  16. XİN rəhbərləri “Yeni Tiflis”ə baş çəkdilər

     
    GUAM-ın xarici işlər nazirləri Gürcüstan paytaxtında “Tbilisoba” bayramının qeyd edildiyi və mərkəzi David Aqmaşenebeli prospektində yerləşən “Yeni Tiflis”ə baş çəkiblər.
    Muxalifet.az-ın məlumatına əsasən, Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna xarici işlər nazirləri Elmar Məmmədyarov, Mixeil Canelidze, Andrey Qalbur və Pavlo Klimkin Tbilisi meri David Narmania ilə birgə “Yeni Tiflis”lə, “Tbilisoba” bayramı ilə əlaqədar təşkil olunmuş sərgilərlə tanış olublar və gürcü şərabını dadıblar.

    Muxalifet2 - 8-10-2017

  17. ​ABŞ-dan Türkiyəyə gözlənilməz həmlə - DAYANDIRILDI...

     
    ABŞ Türkiyədən gələn viza müraciətlərini qəbul etməyi qeyri-müəyyən bir müddətə dayandırıb.
     
    Muxalifet.az xəbər verir ki, bu barədə ABŞ-ın bu ölkədəki səfirliyi açıqlama yayıb.
    “Son vaxtlar baş verən olaylar ABŞ hökumətini ölkədəki türk rəsmilərin taleyi haqda fikirləşməyə məcbur edib. Buna görə də Türkiyədən gələn viza müraciətlərini qəbul etməyi müvəqqəti olaraq dayandırırıq”, - açıqlamada deyilir.
    Türk mediası sözügedən qərarın ABŞ-ın İstanbul Konsulluğunun əməkdaşı Mətin Topuzun FETÖ istintaqı çərçivəsində tutulması ilə bağlı olduğunu yazıb.
     

    Muxalifet2 - 8-10-2017

  18. ​2 vertolyot toqquşdu - 8 ƏSGƏR HƏLAK OLDU

     
    Suriyada iki vertolyot toqquşub.
    Muxalifet.az xəbər ki, hadisə Hasaki rayonunda, Təl-Bayda düşərgəsində baş verib.
    Vertolyotlar Əl-Bazalın şimalındakı aerodromdan qalxdıqdan sonra toqquşub. Hər iki vertolyotun heyəti, o cümlədən ABŞ-ın 8 gənc əsgəri qəza zamanı həlak olub.
     

    Muxalifet2 - 8-10-2017

  19. ​İmişlidə ölümlə nəticələnən yol qəzası

     
    İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
    Muxalifet.az xəbər verir ki, hadisə rayonun Gövhərli kəndi ərazisində qeydə alınıb.
    Bakının Qaradağ rayon sakini İbrahimov Vüsal Vidadi oğlunun idarə etdiyi pikap tipli avtomobil ekskavatorla toqquşub. Hadisə nəticəsində sürücü ölüb.
    Qəzanın təfərrüatları müəyyənləşdirilir. Faktla bağlı araşdırma aparılır.
     

    Muxalifet2 - 8-10-2017

  20. Melaniya Trampın eynəkləri müzakirələrə səbəb oldu

    ABŞ-ın birinci xanımı Melaniya Trampın son günlər axşam saatlarında belə kameraların qarşısına günəş eynəyi ilə çıxmağı sosial şəbəkədə müzakirələrə səbəb olub.
    Muxalifet.az-ın verdiyi məlumata görə, birinci xanım Nyu-Cersi ştatındakı tətil və Harvey fırtınasının qurbanları ilə görüşdə belə eynəyini çıxarmayıb.
    O, sonuncu dəfə ölkənin ən böyük qətliamının yaşandığı Las-Veqasdan qayıdarkən də eynəkdə olub.

    Muxalifet2 - 8-10-2017

Pages