Axtarış

The search found 105785 results in 0.064 seconds.

Search results

  1. ​Əliyev və Ərdoğan arasında telefon danışığı

     
    Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
    Muxalifet.az xəbər verir ki, liderlər söhbət zamanı Türkiyə-Azərbaycan münasibətləri ilə yanaşı, regional məsələləri də gündəmə gətiriblər.
    Telefon danışığında Ərdoğanın oktyabrın sonunda Azərbaycana edəcəyi səfərə də toxunulub.
     

    Muxalifet2 - 7-10-2017

  2. İran prezidentindən Trampa GÖZDAĞI

    İran prezidenti Həsən Ruhani altı digər dövlətlə nüvə problemi üzrə imzalanmış müqaviləni müdafiə edib.
     
    Bu barədə “Reuters” İran mətbuatına istinadən məlumat yayıb.
    Beləliklə də, İranın dövlət başçısı Donald Trampın müqaviləni tənqid edən bəyanatına münasibət bildirib.
    “Danışıqlarda biz geri dönməz faydalı razılaşmalara imza atmışıq. Bunu heç kim geri çevirə bilməz – nə mister Tramp, nə də başqası. Lap 10 Tramp gəlsə belə - heç nə dəyişməyəcək”, - Ruhani deyib.

    Muxalifet - 7-10-2017

  3. ​ABŞ-ın 3 qırıcısı Yaponiya ərazisində endi

    Yaponiyanın Aomori prefekturasında yerləşən Misava hərbi bazasında qeydiyyatda olan ABŞ-a məxsus üç qırıcı F-16 təyyarəsi İşikava prefekturasının Komatsu bazasına məcburi eniş edib.
    Muxalifet.az qazeta.ru-ya istinadən xəbər verir ki, məcburi enişə səbəb təyyarələrdən birinin mühərrikində baş verən nasazlıq olub. Digər iki təyyarənin məcburi eniş etməsinin səbəbləri barədə məlumat verilmir. Hadisə nəticəsində xəsarət alan olmayıb.

     

    Muxalifet2 - 7-10-2017

  4. ​ABŞ-ın 4 əyalətində fövqəladə vəziyyət elan edildi

     
    ABŞ-ın cənubundakı 4 əyalətdə fövqəladə vəziyyət elan edilib.
    Muxalifet.az xəbər verir ki, Mərkəzi Amerikada onlarla insanın həyatına son qoyan "Nate" tropik qasırğası Meksika körfəzinə doğru irəliləyir.
    ABŞ-ın Luizana, Mississipi və Alabama əyalətləri ilə Floridanın qərb bölgələrində fövqəladə vəziyyət elan edilib.
     

    Muxalifet2 - 7-10-2017

  5. ​Türkiyədən Almaniyaya önəmli mesaj: Bir addım at və...

     
    Siz bizə qarşı bir addım atsanız, biz sizə iki addım atarıq.
    Muxalifet.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu çıxış edib.
    Çavuşoğlu sözügedən açıqlamanı Almaniya ilə bağlı verib və bildirib ki, iki ölkə arasında münasibətlərin normallaşması lazımdır.
    Nazir qeyd edib ki, Türkiyə-Almaniya arasında problemin olması üçün hər hansı səbəb yoxdur.
     

    Muxalifet2 - 7-10-2017

  6. ​Xızıda ana və oğul yol qəzasında öldü

     
    Xızı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
    Muxalifet.az xəbər verir ki, Sitalçay qəsəbəsi ərazisində Zəka Nağıyev idarə etdiyi “Mersedes” markalı avtomobili yol ayırıcına vurub.
    Nəticədə sürücü hadisə yerində, sərnişini - anası Elnarə isə xəstəxanaya aparılarkən yolda ölüb.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
     

    Muxalifet2 - 7-10-2017

  7. ​Trampdan müharibə anonsu: “Bu, fırtınaöncəsi sakitlikdir”

    Muxalifet.az xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İran və Şimali Koreyaya mövzusunda Amerika ordusunun yüksək çinli komandirləri ilə Ağ Evdə keçirilən görüşdən sonra deyib.
    Trampın “fırtınaöncəsi sakitlik” sözündən sonra jurnalistlərdən biri prezidentə sual verib: “Hansı fırtınadan söhbət gedir, hörmətli prezident?” Tramp isə cavabında “görəcəyik” ifadəsini işlədib.
    Ağ Evdə hərbçilərlə İran və Şimali Koreya mövzusunda müzakirələr aparan Tramp deyib ki, əsas hədəf Şimali Koreyanı nüvə silahlarından təmizləməkdir:

    Muxalifet2 - 7-10-2017

  8. Nazirlikdən Tarix dərsliyindəki səhvlə bağlı ACIQLAMA

    Təhsil Nazirliyi mətbuatda tədrisi rus dilində aparılan ümumi təhsil müəssisələri üçün X sinif “Всеобщая история” dərsliyi ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirib.
    Nazirliyin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumatda bildirilir ki, həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki səhv aşkar edilib. Aşkarlanmış səhv dərsliyi nəşr və çap edən “Şərq-Qərb” nəşriyyatı tərəfindən aradan qaldırılıb və dərslik yenidən çap olunaraq məktəb kitabxanalarına təhvil verilib.

    Muxalifet2 - 7-10-2017

  9. Hamilələrin vitamin qəbul etməsi...

    ABŞ mütəxəssislərinin fikrincə hamilə qadınların vitamin qəbul etməsi doğulacaq uşaqda autizm riskini azaldır.
    Muxalifet.az xəbər verir ki, bu istiqamətdə aparılan tədqiqatlarda 270 hamilə qadın və onların uşaqları iştirak ediblər. Araşdırmalardan bəlli olub ki, hamiləlik zamanı vitamin qəbulu, bu qadınların uşaqlarında əqli inkişafın geriləməsi ilə müşahidə olunan autizmin inkişaf etməsinin qarşısını alıb. Onların nəticələri 0,26 faiz təşkil edib.

    Muxalifet2 - 7-10-2017

  10. ​“Lider” telekanalının rəhbəri ölkədən qaçıb?

    Ədalət Əliyev ölkədən qaçmayıb və “Lider” telekanalına rəhbərlik etməkdə davam edir.
    Muxalifet.az virtualaz.orga istinadən xəbər verir ki, bir qədər öncə sosial şəbəkələrdə birdən-birə bir neçə məşhur bloger “Lider” telekanalının rəhbərliyinin dəyişməsi barədə xəbərlər paylaşıblar. Bundan əlavə, Ədalət Əliyevin Azərbaycandan qaçması bildirilirdi.
    Bu şayiələr həqiqətə uyğun deyil. Ədalət Əliyev “Lider” telekanalına rəhbərliyini davam etdirir. Bundan savayı, hazırda telekanalda xəbər yayımçılığına keçidlə bağlı irimiqyaslı restrukturizasiya işləri aparılır.

    Muxalifet2 - 7-10-2017

  11. Tillerson Çavuşoğlu ilə nədən danışıb... - ŞƏRH

    Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ABŞ Dövlət katibi Reks Tillerson ilə telefon danışığı aparıb.
     
    Telefon danışığı ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub.
    Görüşün detalları barədə hələlik açıqlama verilməyib.

    Muxalifet - 7-10-2017

  12. Neymardan UEFA-ya müaricət: "Barselona"nı qovun

     
    Braziliyi millisinin və PSJ komandasının hücumçusu Neymar UEFA-ya “Barselona” ilə bağlı müraciət ünvanlayıb.
    Muxalifet.az xəbər verir ki, Neymar UEFA-ya müraciətində “Barselona”nı Çempionlar Liqasından çıxarmağı xahiş edib. Kataloniya klubunun onun atasına 26 milyon avro dəyərində loyallıq bonusunu ödəmədiyinə görə Neymar bu addımı atmaq qərarına gəlib.
    UEFA bu məsələyə önəm verməməklə “Barselona” komandasına tərəf olduğunu göstərib.
     

    Muxalifet2 - 7-10-2017

  13. ​“Qarabağ”- “Atletiko” oyununa nə qədər bilet satıldı?

    “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsinin ikinci ev oyununda qarşılaşacağı Madridin “Atletiko” klubu ilə matça bilet satışı davam edir.
    Muxalifet.az klubun saytına istinadla xəbər verir ki, qarşılaşmaya satılan biletlərin sayı artıq 20 minə çatıb.

    Muxalifet2 - 7-10-2017

  14. ​Minsk Qrupu Qarabağla bağlı bəyanat yaydı

     
    ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov-Rusiya, Endrü Şofer-ABŞ və Stefan Viskonti-Fransa) regiona səfərlərinin yekunları ilə bağlı bəyanat yayıblar.
    Muxalifet.az-ın  təşkilatın saytına istinadən məlumatına görə, bəyanatda bildirilir ki, həmsədrlər Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdakı görüşünə hazırlıq məqsədilə səfər çərçivəsində prezidentlərlə görüşüblər:
    "Hər iki prezident münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün danışıqları bərpa etməyə hazır olduğunu təsdiqləyib".

    Muxalifet2 - 7-10-2017

  15. ​Bağdad və Ərbil arasında razılıq əldə edildi: 4 maddə...

     
    İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani və İraq prezidentinin müavinləri İyad Əllavi və Üsamə Nuceyfi arasında görüş keçirilib.
    Muxalifet.az xəbər verir ki, tərəflər problemlərin həlli üçün 4 maddədən ibarət razılıq əldə ediblər.
    Tərəflər arasında görüş Süleymaniyə şəhərində baş tutub.

    Muxalifet2 - 7-10-2017

  16. Neftçalada gənc faciəvi şəkildə öldü

    Neftçalada gənc suda boğulub.
    Muxalifet.az “Report”-a istinadən xəbər verir ki, hadisə rayonun Haqverdili kəndində qeydə alınıb.
    İlkin məlumata görə, Bəyoğlan obasında yaşayan, 18 yaşlı Baloğlan Telman oğlu Tahirov su kanalında qamış biçərkən suya düşərək boğulub. Mərhumun meyiti sudan çıxarılaraq ailəsinə təhvil verilib.
    Faktla bağlı Neftçala rayon Prokurorluğunda araşdırma aparılır.
     

    Muxalifet2 - 7-10-2017

  17. ​London polisindən açıqlama: Bu insident terror aktı...

    İngiltərənin paytaxtı Londonda Tarix Muzeyinin yaxınlığında bir avtomobil səkidəki insanların üzərinə sürülüb.
    Muxalifet.az xəbər verir ki, hadisə nəticəsində çox sayda insan yaralanıb. İnsidentdən sonra bir nəfər saxlanılıb. Hadisə yerində geniş təhlükəsizlik tədbirləri görülüb.
    London polisinin yaydığı rəsmi açıqlamada hadisənin terror hücumu olub-olmadığı araşdırılır.
     

    Muxalifet2 - 7-10-2017

  18. Bakıda OĞURLUQ - Polis əməkdaşı yaralandı

     
    Bakının Sabunçu rayonunda mənzildən oğurluq etmək istəyən şəxs saxlanılıb.
    Muxalifet.az xəbər verir ki, oktyabrın 6-da Bakıxanov qəsəbə sakini Adilə Mürsəlova Daxili İşlər Nazirliyinin “102 Zəng Xidməti Mərkəzi”nə zəng edib və yaşadığı mənzilə naməlum şəxsin pəncərədən girməklə oğurluğa cəhd etməsini deyib.
    Məlumat dərhal aidiyyatı üzrə ötürülüb və Sabunçu rayon Polis İdarəsi 13-cü polis bölməsinin gecə növbəsində olan əməliyyat qrupu hadisə yerinə gəlib.

    Muxalifet2 - 7-10-2017

  19. ABŞ-ın "kürd layihəsi"nin hədəfi budur - Rus ekspert

    
    ABŞ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın getməsi üçün əlindən gələn hər şeyi edəcək.
    Muxalifet.az axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə rusiyalı siyasi ekspert Yevgeni Tarlo çıxış edib.

    Muxalifet2 - 7-10-2017

  20. ​Глава телеканала Lider не сбежал из страны - ВСЕГО ЛИШЬ РЕСТРУКТУРИЗАЦИЯ

    Адалят Алиев не бежал из страны и продолжает возглавлять телеканал Lider. Об этом haqqin.az заявили информированные источники.
    Ранее информацию о смене руководства телеканала Lider в соцсетях распространили сразу несколько известных блогеров.  Помимо этого появились слухи и о побеге Адалята Алиева из Азербайджана.
    Как стало известно haqqin.az, эти слухи не соответствуют действительности. Адалят Алиев продолжает возглавлять телеканал Lider. Вместе с тем в настоящее время на телеканале проводится масштабная реструктуризация, связанная с переходом на новостной режим работы.

    Muxalifet3 - 7-10-2017

Pages