​Bağdad və Ərbil arasında razılıq əldə edildi: 4 maddə...

 
İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzani və İraq prezidentinin müavinləri İyad Əllavi və Üsamə Nuceyfi arasında görüş keçirilib.
Muxalifet.az xəbər verir ki, tərəflər problemlərin həlli üçün 4 maddədən ibarət razılıq əldə ediblər.
Tərəflər arasında görüş Süleymaniyə şəhərində baş tutub.
Görüşdə İraqdakı gərgin atmosferin səgiməsi üçün siyasi partiyalar və tərəflər arasında danışıqların başlaması, danışıqların açıq məsələlər üzərindən aparılması, İKM üzərindəki sanksiyaların təxirəsalınmaz şəkildə qaldırılması və ən yaxın zamanda Bağdad ilə Ərbil arasında görüşlərin başlaması barədə razılaşma əldə edilib