Axtarış
The search found 105785 results in 0.036 seconds.
Search results
Gömrükdə bəyan edilməyən dərman preparatları AŞKAR EDİLDİ
Gömrük nəzarətinə bəyan edilməyən dərman preparatları aşkar edilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postuna Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşına məxsus avtomobildəki əl yükləri "HCVG vizual Smiths Detection" yoxlama-baxış sistemindən keçirilən zaman qurğunun monitorunda dərman preparatlarının təsviri görünüb.
Həmin yükə təkrar baxış nəticəsində gömrük orqanına bəyan olunmayan 20 adda 61 qutu və qablaşdırma qutusu olmayan 30 konvalyut müxtəlif dərman preparatları aşkar edilib.Muxalifet2 - 7-10-2017
Qarabağda 10 ERMƏNİ HƏRBÇİ YARALANDI
Son vaxtlar Ermənistan ordusunda silah-sursatla davranış zamanı xəsarət alanların sayının çoxalması əsgər valideynlərinin ciddi narazılığına səbəb olub.
Erməni mətbuatı xəbər verir ki, işğal olunmuş ərazilərimizdə yerləşən Ermənistan ordusunun döyüş postlarından birinə yaxın ərazidə mina partlaması nəticəsində Yervand Xaçatryan və Roland Diyeğazaryan adlı hərbi qulluqçular müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Muxalifet2 - 7-10-2017
Metroda oğurluq edən şəxs saxlanıldı
Metroda oğurluq edən Gürcüstan vətəndaşı saxlanılıb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Metropolitendə Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 3-də Bakı şəhər sakini olan bir qadının çantasından içərisində 300 manat və sənəd olan pul kisəsi oğurlamaqda şübhəli bilinən Gürcüstan vətəndaşı İnveri Murusidze tutulub.
Faktla bağlı araşdırma aparılırMuxalifet2 - 7-10-2017
ABŞ Ər-Riyada THAAD verir
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına raket əleyhinə THAAD sistemlərinin satışına izn verib.
Bu barədə informasiyanı ABŞ Müdafiə Nazirliyi yayıb. Nazirlik satılacaq sistemlərin dəyərinin 15 milyard dollar olduğunu bildirib. Bu sistemlərin Vaşinqtonla Ər-Riyad arasında imzalanmış 110 milyardlıq silah müqaviləsi çərçivəsində Səudiyyə Ərəbistanına verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, bundan öncə Ər-Riyadla Moskva arasında S-400 sistemlərinin satışı ilə bağlı razılıq əldə olunması haqqında informasiya yayılmışdı.Muxalifet2 - 7-10-2017
Xadimələrin pulunu oğurlayan TURİST TUTULDU
Bakıda qaldığı oteldə oğurluq edən xarici vətəndaş saxlanılıb.
DİN-in verdiyi məlumata görə, Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 5-də rayon ərazisində yerləşən otellərin birində xadimə işləyən 2 qadının çantalarından ümumilikdə 580 manat və 40 lari pul oğurlamaqda şübhəli bilinən, həmin oteldə turist kimi qalan bir əcnəbi vətəndaş tutulub.
Faktla bağlı araşdırma aparılır.Muxalifet2 - 7-10-2017
QİYMƏTLƏR YENİDƏN BAHALAŞACAQ – “İnflyasiya gedir və o, ən yüksək həddədir”
Ekspert çıxış yolunu iqtisadiyyatın liberallaşdırılması yönündə konkret addımların atılmasında görür
“2018-ci ildə əmək haqqı və pensiyalarda artımlar gözlənilir”.Bunu iqtisadçı-deputat Vahid Əhmədov deyib. Deputat bildirib ki, büdcədən 4-4,5 milyard manata yaxın vəsait əsaslı və investisiya xərclərinə, bir o qədər də vəsait sosial xərclərə (əmək haqqı, pensiya, sosial müavinət və s.) ayrılıb.Muxalifet3 - 7-10-2017
Keçmiş döyüşçüdən Sarkisyana təhdid: “Birinci onu güllələyəcəm”
Ermənistan parlamentində Rusiya və Ermənistanın birgə hərbi birlik yaratması ilə bağlı qanunun qəbul edilməsi İrəvanda keçmiş döyüşçülərin qəzəbinə səbəb olub.
AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, Qarabağ müharibəsi iştirakçısı, erməni döyüşçü Vahan Badasyan bildirib ki, prezident Serj Sarkisyanın partiyası Ermənistanı Rusiyaya peşkəş verib. O, qeyd edib ki, artıq suverenlik barədə düşünmək mənasızdır.
Keçmiş döyüşçü bildirib ki, cəbhə xəttində baş verəcək toqquşma zamanı ilk öncə cinayətkar rejimə qarşı silah qaldıracaq.Muxalifet2 - 7-10-2017
Ləğv edilmiş müəssisə maşınlarını sata bilmir
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ləğv edilmiş Şuşa Avtonəqliyyat Müəssisəsinin balansında olan avtomobilləri sata bilmir.
Muxalifət.az Axar.az-a istinadən xəbər verir ki, nazirlik ləğv etdiyi müəssisənin avtomobillərini növbəti dəfə hərraca təqdim etməyə məcbur olub. Bu səbəbdən də Əmlak Məsələləri Dövlət Komitəsi nazirliyin 7 avtomobilinin özəlləşdirilməsi üçün 7 noyabr tarixində yeni hərrac təşkil edəcək.Muxalifet2 - 7-10-2017
AŞPA-nın payız sessiyasında Azərbaycanda insan hüquqları müzakirə ediləcək
Oktyabrın 9-da Strasburqda AŞPA-nın payız sessiyası çərçivəsində "Landromata son qoymağın və Azərbaycanı cavab verməyə çağırmağın vaxtıdır" mövzusunda müzakirələr keçiriləcək.
Dinləmələri Azərbaycan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu (RATİ) AŞPA-nın keçmiş prezidenti Ann Brasserin dəstəyilə keçirəcək. Tədbir yerli vaxtla saat 13.00-dan 14.00-dək davam edəcək.Muxalifet - 7-10-2017
Türkiyəyə qarşı qorxunc PLAN ÜZƏ ÇIXDI - DETALLAR
PKK terror təşkilatının “Aralıq dənizi açılımı” qrupu son iki ay ərzində dörd ayrı qrupu Lazkiye (Suriya) yolu ilə Muğla və ətraf bölgələrə göndərib.
Bu haqda təhlükəsizlik mənbələrinə istinadən Türkiyənin “Milliyyət” nəşri bildirib.
Oktyabrın 6-da Türkiyənin Muğla vilayətinin Köyceğiz mahalında PKK terrorçuları ilə təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma baş verdi. Nəticədə 5 terrorçu öldürüldü.Muxalifet2 - 7-10-2017
Keçmiş nazir Sarkisyanı DEVİRMƏK İSTƏYİR
Ermənistanda müxalifət iqtidara qarşı ciddi şəkildə birləşməyə başlayıb.
AzVision.az “Hraparak” qəzetinə istinadən xəbər verir ki, “Yeni Ermənistan” Milli Qurtuluş Cəbhəsi Vahid Qərargahının lideri Jirayr Sefilyanın çağırışı ilə yeni formalaşdırılan “Milli Müqavimət Cəbhəsi” öz ətrafına keçmiş müdafiə naziri Seyran Ohanyanı da cəlb etmək istəyir.Muxalifet2 - 7-10-2017
İş adamını Akif Çovdarovun əlindən "xilas" edəcəyini deyən şəxs hakim qarşısında
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşı Nazir Quliyevin qardaşı Namiq Quliyev növbəti məhkəməsi başlayıb.
O, dələduzluqda təqsirləndirilərək həbs edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsində müttəhimlər kürsüsünə çıxarılmışdı. Məhkəmənin hökmü ilə şərti cəza alaraq azadlığa çıxan Namiq Quliyev indi isə barəsində bəraət hökmünün çıxarılmasını istəyir.Muxalifet2 - 7-10-2017
"Azərenerji"nin vitse-prezidenti yerimə qabiliyyətini itirdi
"Azərenerji" ASC-nin vitse-prezidenti Marlen Əsgərovun səhhətində problem yaranıb.
Səhhətində yaranan problemlərə aydınlıq gətirən Marlen Əsgərov hazırda müalicəsini rayonda ev şəraitində davam etdirdiyini deyib.
Məlumata görə, M.Əsgərovun səhhətində yaranan problem onun yerimə qabiliyyətinin itirməsinə səbəb olub. Bu səbəbdən yaxın günlərdə onun əməliyyat olunması gözlənir.
Qeyd edək ki, ixtisasca mühəndis-elektrik olan M.Əsgərov 1936-cı il noyabrın 17-də anadan olub.Muxalifet - 7-10-2017
Qonşularımıza ÇAĞIRIŞ: “Sərhədləri bağlayın!”
İraq Xarici İşlər Nazirliyi Türkiyə və İrandan Şimali İraq kürd muxtariyyəti ilə sərhəd-keçid məntəqələrini bağlamağı xahiş edib.
“Anadolu” agentliyi xəbər verir ki, bu haqda nazirliyin sözçüsü Əhməd Mahcubun yazılı bəyanatında deyilir.
Onun sözlərinə görə, İraq Xarici İşlər Nazirliyi Türkiyə və İranın Bağdaddakı səfirliklərinə rəsmi məktub göndərərək sərhəd-keçid məntəqələrinin bağlanmasını və neft ixracı başda olmaqla, ticari əməkdaşlığının məhdudlaşdırmasını istəyib.Muxalifet2 - 7-10-2017
Daha bir TV rəhbəri vəzifəsindən azad olundu
Onun səlahiyyətləri baş direktorun müavininə həvalə edilib
"ARB Kəpəz" Müstəqil Teleradio Şirkətinin rəhbəri vəzifəzindən azad olunub.
"Report"un Qərb bürosunun məlumatına görə, teleşirkətin baş direktoru Fuad Cabbarov işdən çıxarılıb.
Onun səlahiyyətləri baş direktorun müavini Nofəl Dərgahova həvalə edilib.
Məlumata görə, F.Cabbarova şirkətdə başqa vəzifə verilib.Muxalifet2 - 7-10-2017
Pakistanda avtobus qəzası - 14 ölü
Pakistanın Bəlucistan əyalətində avtobusun furqonla toqquşması nəticəsində 14 nəfər həlak olub, 25 nəfər isə xəsarət alıb.
Furqonda piknikə yollanan gənclər olub.
Qəzanın baş vermə səbəbləri ilə bağlı araşdırma aparılır.Muxalifet2 - 7-10-2017
“OĞLUM ÇANTALARLA PUL DAŞIYIRDI…” – Arif Əsgərovun baldızından şok açıqlamalar
“Arif Əsgərovla oğlu Elnar Əsgərov birləşib mənim oğlanlarımı tutdurublar”.
Muxalifet.az xəbər verir ki, bu sözləri İstiqlal.az-a dələduzluqda təqsirləndirilən Rahib və Emil Hüseynovların anası, nəqliyyat nazirinin keçmiş müavini Arif Əsgərovun baldızı Lətifə Hüseynova deyib.Muxalifet3 - 7-10-2017
Gürcüstan Bakı ilə İrəvan arasında VASİTƏÇİ OLSUN – Gürcü politoloq
Gürcüstan dünyada yeganə ölkədir ki, Azərbaycanla Ermənistan arasında müharibənin başa çatması onun üçün həyati əhəmiyyət kəsb edir.
Bu sözləri öz Feysbuk səhifəsində gürcü politoloq Gela Vasadze paylaşıb. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentləri arasında heç bir vasitəçi olmadan birbaşa danışıqlar üçün əsas meydan məhz Tiflis olmalıdır:Muxalifet - 7-10-2017
Müəllif dərslikdəki "Böyük Ermənistan" xəritəsindən DANIŞDI: "Azərbaycan dilində xəritə tapmaq çətindir"
Muxalifet.az xəbər verir ki, son günlər haqqında müzakirələr aparılan 10-cu sinif “Tarix” dərsliyinin müəlliflərindən Kamran Əsədov publika.az-a açıqlamasında məsələyə aydınlıq gətirib.
K.Əsədov bildirib ki, qeyd olunan xəritə yalnız rus bölməsi “Tarix” dərsliyində verilib, Azərbaycan bölməsində həmin xəritə yer almayıb:Muxalifet3 - 7-10-2017
“AMAY Abdulla”nın 12 il cəza alan “arvadı”nın işində ilginc yenilik
Bakıda vətəndaşlara qarşı dələduzluq edən qadın məhkəməyə müraciət edib.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilən Aygün Akimova apellyasiya şikayəti verib.
İşə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra məhkəmə qərarı elan edib. Qərara əsasən, apellyasiya şikayəti hərəkətsiz saxlanılıb, iş baxışdan çıxarılıb və birinci instansiya məhkəməsinə qaytarılıb. Proses qeyri-müəyyən günədək təxirə salınıb.Muxalifet3 - 7-10-2017