Axtarış
The search found 105785 results in 0.021 seconds.
Search results
Həmsədrlərdən regiona səfərlərinin yekununa dair BƏYANAT
ATƏT-in Minsk qrupu həmsədrləri regiona səfərlərinin yekununa dair bəyanat yayıblar.
APA-nın məlumatına görə, onlar Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə hazırlığı müzakirə ediblər.
Muxalifet3 - 7-10-2017
Gədəbəy sakini boşandığı qadını niyə öldürdü? - QARŞILIQLI İTTİHAMLAR, DƏHŞƏTLİ FAKTLAR
Gədəbəy sakini boşandığı qadını niyə öldürdü? - QARŞILIQLI İTTİHAMLAR, DƏHŞƏTLİ FAKTLAR
Muxalifet3 - 7-10-2017
“Bütün gücümüzü sabaha yönəltmişik” – Yoahim Löv
“İndiyəqədərki oyuna əsasən özümüzdən razı ola bilərik. Şimali İrlandiya ilə görüşün ilk dəqiqələrindən gücümüzü göstərdik, erkən qol vurduq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Almaniya yığmasının baş məşqçisi Yoahim Löv deyib.
Muxalifet3 - 7-10-2017
Səudiyyə kralının sarayına hücum edilib – 3 ÖLÜ
Naməlum şəxslər Səudiyyə Ərəbistanı kralı Salman bin-Abdeləziz əl-Səudun Ciddədəki sarayına hücum edib.
“Aljazeera” xəbər verir ki, ABŞ-ın Səudiyyə Ərəbistanındakı səfirliyi açıqlama yayıb.
Sarayın mühafizəçiləri hücumu dəf edib.
Məlumata görə, səfirlik ABŞ vətəndaşlarından uğursuz hücuma məruz qalan kral sarayının yerləşdiyi ərazidən kənarda gəzməyi istəyib.
Hadisə nəticəsində iki mühafizəçi və bir hücum edən öldürülüb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanlı kralı oktyabrın 5-də Rusiyaya səfər edib. Onun oktyabrın 7-də ölkəsinə dönəcəyi bildirilir(report).Muxalifet3 - 7-10-2017
Hökuməti bu partiyalar quracaq – RƏSMİ AÇIQLAMA
Almaniya kansleri Angela Merkel ilk dəfə hökuməti Almaniya Azad Demokratlar Partiyası və “Yaşıllar” Partiyası ilə quracağını açıqlayıb.
“TASS” xəbər verir ki, Merkel bunu Drezden şəhərində Almaniya Gənclər İttifaqının təmsilçiləri qarşısında çıxşı zamanı bildirib.Muxalifet3 - 7-10-2017
Turistləri daşıyan avtobus aşıb: 3 nəfər ölüb, 10 nəfər yaralanıb
Türkiyənin Antalya əyalətinin Manavgat rayonunda içərsində turistlər olan mikroavtobusun aşması nəticəsində 3 nəfər ölüb, 10 nəfər yaralanıb.
“Haberturk” xəbər verir ki, yaralananlardan bir uşaqdır.
Sürücünün kimliyi hələ ki, məlum deyil.
Mikroavtobus avtomobil yolunun ortasındakı ayrıcı hissədə əkilən palma ağacına çarpılaraq, aşıb.
Muxalifet3 - 7-10-2017
AŞPA prezidenti postuna namizədlərin adları açıqlandı
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti vəzifəsinə namizədlərin adları məlum olub.
Rusiya KİV-in məlumatına görə, bu posta Stella Kiriakides və Emanuelis Zinqerisin namizədliyi irəli sürülüb.
AŞPA prezidenti Pedro Arqamunt oktyabrın 6-da könüllü olaraq istefa verib. Təşkilatın yeni prezidenti oktyabrın 9-da Strasburqda gizli səsvermə yolu ilə seçiləcək.Muxalifet - 7-10-2017
ABŞ-dan S-400-lərə Pavlov refleksi
Rusiya Federasiya Şurasının informasiya siyasəti komissiyasının sədri Aleksey Puşkov Vaşinqtonun Səudiyyə Ərəbistanına THAAD raketdən müdafiə sistemləri satmaq qərarına münasibət bildirib.
A.Puşkov Tvitterdə qısa olaraq bunları yazıb: “Dövlət Departamenti Ər-Riyada 15 milyard dollara raketdən müdafiə sistemi satmağa dərhal razılıq verdi. Bizim S-400-lərdən qorxdular. Xüsusən onları Türkiyəyə satmağımızdan sonra. Refleks – Pavlovun itilərində olduğu kimi”.Muxalifet - 7-10-2017
Bu raketlər III Dünya savaşı yaradacaq – RAND
Hipersonik raketlərin yayılması dünya üçün təhdiddir.
Bunu ABŞ-ın RAND analitik mərkəzi yayıb. Mərkəz bu tip silahların III Dünya savaşı yaratmaq gücündə olduğunu bildirib:Muxalifet - 7-10-2017
Qırğızıstan prezidentindən Nazarbayevə İTTİHAM
Qırğızıstan Prezidenti Almazbek Atambayev Qazaxıstanı ölkənin daxili işlərinə müdaxilədə ittiham edib.
Atambayev ittihamlarını dövlət mükafatlarının təqdimatı zamanı səsləndirib. Onun sözlərinə görə, Qazaxıstan daha çox 15 oktyabrda baş tutacaq prezident seçkisinə müdaxilə edir:Muxalifet - 7-10-2017
Почему Россия предает своих солдат? - Радзиховский
Непризнание Кремлем российских военных из ЧВК Вагнера, плененных в Сирии боевиками ИГИЛ, больно ударит по имиджу Владимира Путина в глазах его западных фанатов. А сторонники "Крымнаша" и ура-патриоты РФ, которые воевали на Донбассе, уже ненавидят главу Кремля.
Такое мнение "Апострофу" высказал российский журналист и публицист Леонид Радзиховский.Muxalifet - 7-10-2017
"Azərbaycan futbol ölkəsi deyil"
Dünya və ya Avropa çempionatının final mərhələsinə qatılmaq Azərbaycan üçün xəyaldır. Bu yığma üçün belə uğura nail olmaq isə həmişə çox çətindir. Çünki Azərbaycan futbol ölkəsi deyil. Çempionatımızda da cəmi 8 komanda oynayır və digər ölkələrlə müqayisədə səviyyə yüksək deyil.
Muxalifet.az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki deyib.Muxalifet2 - 7-10-2017
Mətbuat Şurasının mitinqlə bağlı MƏLUMATI
Azərbaycan Mətbuat Şurasının monitorinq qrupu Milli Şuranın bu gün – oktyabrın 7-də Yasamal rayonu ərazisində yerləşən keçmiş “Məhsul” stadionunda təşkil etdiyi icazəli mitinqində jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinin vəziyyətini araşdırıb.Muxalifet2 - 7-10-2017
Putinin adamının Qarabağ sözləri İrəvanı TƏŞVİŞƏ SALDI
Muxalifet.az xəbər verir ki, Kremlin ideoloqu kimi tanınan “Beynəlxalq Avrasiya Hərəkatı”nın lideri Aleksandr Duqin Ermənistan mediasına açıqlamasınında Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün gedişatında beş rayonun qaytarılması məsələsinin müzakirə olunacağını bildirdi.
Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsi mətbuatda “Lavrov planı” adlandırılan Rusiyanın planı üzrə həll edilmiş ola bilər.Muxalifet2 - 7-10-2017
Türkiyə hərbi texnikaları İdlib sərhədində: MÜHARİBƏ BAŞLAYIR?
Türkiyə ordusu Suriyanın İdlib şəhərinə daxil olmağa hazırlaşır.
Muxalifet.az xəbər verir ki, İdliblə sərhəd olan Hatay bölgəsinin Reyhanlı rayonunda hərbi fəallıq müşahidə edilir.
Türkiyəyə məxsus hərbi texnikalar, desant qoşunları, zirehli personal, hərbi tibbi avtomobillər Reyhanlıya yerləşdirilib.
Qoşunlar sərhəd xəttində məntəqələrə yerləşdirilib, yüksək səviyyəli hərbi rəsmilər də sərhəd məntəqələrini ziyarət edib.
Muxalifet2 - 7-10-2017
Təhsil Nazirliyi səhvi etiraf etdi - Qalmaqallı dərslik dəyişdirildi
Xəbər verdiyimiz kimi, orta məktəblərin 10-cu sinfi üçün nəzərdə tutulmuş rus dilində “Azərbaycan tarixi” dərsliyində yer almış xəritədə uydurma “Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin əraziləri təsvir olunub və ora Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqları daxil edilib.
Məsələ ilə bağlı Təhsil Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilində tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında texniki səhv aşkar edilib.Muxalifet - 7-10-2017
Nazimi əməliyyat edən həkimin əmlakına həbs qoyuldu
“Faytonçu Nazim” ləqəbi ilə tanınan müğənni Nazim Pişiyarinin əməliyyat olunduğu klinikanın əmlak və bank hesabları, onu əməliyyat edən həkim Elman Əzimovun isə əmlakı üzərinə həbs qoyulub.
Bu barədə apa-ya N. Pişyarinin vəkili Gülşən Salmanova məlumat verib.
Vəkil bildirib ki, bununla bağlı Binəqədi rayon Məhkəməsi qərar qəbul edib.Muxalifet2 - 7-10-2017
Londonda TERROR? – Avtomobili kütlənin üzərinə sürdülər
İngiltərənin paytaxtı Londonda naməlum şəxsi avtomobil insanları üzərinə sürüb.
Hadisə London Milli Tarix Muzeyinin qarşısında baş verib.
Naməlum şəxs avtomobili piyadaların hərəkət etdiyi səkidə hərəkət edib və qarşısına çıxanı əzib Hadisə nəticəsində çoxlu sayda yaralıların olduğu bildirilir.
Polis hadisəni törədən şəxsi yaxalayıb.
Hazırda insanlar ərazidən uzaqlaşdırılır.Muxalifet - 7-10-2017
Kremldən mesaj: Qarabağın həlli Avrasiya İttifaqından keçir
Rusiya prezidentinin avrasiya inteqrasiya məsələləri üzrə müşaviri Sergey Qlazev ötən gün İrəvanda Ermənistan-Rusiya regionlararası forumu zamanı jurnalistlərlə söhbətində Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü haqda danışıb.
Sergey Qlazev bu məsələnin “Ermənistandan asılı olduğunu” deyib, çünki Ermənistan Avrasiya İttifaqının üzvüdür və istəsə Azərbaycanın üzvlüyünə veto qoya bilər.Muxalifet - 7-10-2017
İstanbulda İŞİD əməliyyatı: 31 nəfər deportasiya edildi
Türkiyənin İstanbul şəhərində İŞİD-ə qarşı əməliyyat keçirilib.
Muxalifet.az xəbər verir ki, əməliyyat zamanı 6 şübhəli şəxsdən 2-si həbs edilib.
23 sentyabrdan başladılan əməliyyatdan bu yana 31 əcnəbi şübhəli şəxs qismində saxlanılıb.Şübhəli şəxslər ölkələrinə ekstradisiya edilib.
Muxalifet2 - 7-10-2017