Axtarış
The search found 105785 results in 0.024 seconds.
Search results
Dağıstanın yeni başçısı: “Milliyyətim üstünlüyümdür”
Dağıstan Respublikasının başçısı vəzifələrini müvəqqəti icra edən Vladimir Vasilyev bildirib ki, onun yeni vəzifədə milliyyəti kimi bir üstünlüyü var.
Muxalifet.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə o, “Rossiya 24” telekanalında nümayiş etdirilmiş regional parlamentdəki çıxışında deyib.
“Mənim üstünlüyüm var ki, heç bir halda Dağıstanın heç bir millətinə aid deyiləm”, - o qeyd edib.
Vasilyev bildirib ki, onun atası qazax, anası isə rusdur.Muxalifet3 - 7-10-2017
"İstefaya göndərilməyimin səbəbi..." - Ançelotti
Karlo Ançelotti "Bavariya"dan ayrılmasının səbəbləri haqda danışıb.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, Münhen klubunun oyunçuları ilə dialoqu olmadığı üçün istefaya göndərildiyini bildirib: "Real"dan ayrıldım, çünki oyunçularla çox yaxın idim. "Bavariya"dan ayrılma səbəbim isə oyunçularla dialoqumun olmaması idi. Uğur qazanmaq üçün bura gəlmişdim. Ancaq klub rəhbərliyi mənə istirahət etməli olduğumu bildirdi".Muxalifet3 - 7-10-2017
Ona "alkaş" deyənlərə prezidentdən cavab - "İÇMƏYƏ DAVAM EDƏCƏM"
Bu, doğru məlumat deyil.
Muxalifet.az xəbər verir ki, bunu Çexiya Prezidenti Miloş Zeman spirtli içkilərdən imtina etməsi ilə bağlı məlumata münasibət bildirərkən deyib. Onun sözlərinə görə, o, alkoqollu içkiləri məhdudlaşdırmayacaq:
“Spirtli içkiləri məhdudlaşdırmağım barədə yazılan xəbərlər yalandır. Mən onları eyni zövqlə içməyə davam edəcəm”.
Qeyd edək ki, 73 yaşlı çex prezident alkoqoldan asılılığına görə tez-tez tənqid olunur.
Muxalifet2 - 8-10-2017
AMANSIZ QƏTL: Əvvəl arvadını, sonra qayınanasını və qayınatasını GÜLLƏLƏDİ
Türkiyədə dəhşətli qətl hadisəsi baş verib.
Muxalifet.az"Milliyet"ə istinadən xəbər verir ki, Aydıncık bölgəsində kişi boşanma ərəfəsində olduğu həyat yoldaşını, qayınatasını və qayınanasını ov tüfəngiylə qətlə yetirib.
Cütlüyün 1,5 yaşında bir övladı var.
Hadisə yerndən qaçan qatil sonradan sosial şəbəkədə canlı yayım edərək peşman olduğunu bildirib.Muxalifet2 - 7-10-2017
Qadın polislər asayişin keşiyində – VİDEO
Ayaqlarında hündürdabanlı ayaqqabı, bellərində dəyənək... Zərif cinsin nümayəndələri olsalar da, hər cür təhlükə qarşısında hazır dayanıblar.
Muxalifet.az xezerxeber.az-ə istinadən məlumat verir ki, Bakının Dənizkənarı Milli Parkında qadın polislər kişi həmkarları ilə birlikdə xidmət aparırlar.
Polis qadınlar həftənin yalnız şənbə və bayram günlərində xidmət başında olurlar. İnsanlarla ünsiyyət zamanı etik davranış qaydalarını əsas götürən xanım polislər işgüzar imiclərini qorumağa da xüsusi diqqət yetirirlər.Muxalifet2 - 7-10-2017
Rusiya İraq Kürd Muxtariyyəti ilə əməkdaşlıq edəcək - RƏSMİ
Rusiya Bağdadla koordinasiyalı şəkildə İraq Kürd Muxtariyyəti ilə iqtisadi sahədə əməkdaşlığa davam edəcək.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib.
"Bu sahədə əməkdaşlıq etmişik, edirik və etməyə davam edəcəyik. Əlbəttə, mərkəzi hakimiyyətlə koordinasiya olacaq", - Boqdanov qeyd edib.
Muxalifet2 - 7-10-2017
"Azərbaycan millisini mundialdakı rəqiblərimizlə muqayisə etmək gülünc olardı" - Loahim Löv
Şimali İrlandiyaya qarşı gözəl oyun nümayiş etdirib erkən qollarla rəqibə gücümüzü göstərdik. Sabahkı oyunda da bütün gücümüzü ortaya qoyub, qələbə qazanmaq üçün vuruşacağıq. 10-cu oyunumuzda mütləq qalib gəlmək istəyirik.
Muxalifet.az-ın məlumatına görə, bu sözləri Almaniya millisinin baş məşqçisi Loahim Löv DÇ-2018-in seçmə mərhələsində yığmamızla oyun öncəsi deyib.Muxalifet2 - 7-10-2017
11 SENTYABR YALANI - Alim sübut edir ki, "göydələnlər"i hec bir təyyarə dağıtmayıb
11 sentyabr 2001-ci ildə Dünya ABŞ-da baş vermiş dəhşətli faciədən xəbər tutdu.
Muxalifet3 - 8-10-2017
DÇ-2018: Bu gün seçmə qrup mərhələsinin son turu başlayır
Əvvəlcə E və F qruplarında, daha sonra C qrupunda matçlar başlanacaq
Bu gün futbol üzrə 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində son tura start veriləcək.
Turun ilk oyun günündə 3 qrupda 9 qarşılaşma keçiriləcək.
Əvvəlcə E və F qruplarında, daha sonra C qrupunda matçlar başlanacaq.Muxalifet - 8-10-2017
İspaniya Kataloniya hökumətini buraxa bilər
İspaniyanın Baş naziri Mariano Raxoy lazım olduğu təqdirdə Kataloniya muxtariyyətinin hökumətini buraxmaq hüququndan yararlanacağını bildirib.
El Pais qəzetinə müsahibə zamanı junralist ona - region hökumətlərini buraxmaq hüququ verən İspaniyanın Konstitusiyasının 155-ci maddəsindən yararlanmağa hazır olub olmadığını soruşub.
Cavabında baş nazir qanunvericilik çərçivəsdində heç bir şeyin istisna olmadığını bildirib.Muxalifet - 8-10-2017
İraqda İŞİD-lə son döyüşlər Suriya ilə sərhəddə olacaq
Həmin ərazidə 2 minə yaxın yaraqlı var
İraqda İŞİD terror qruplaşmasına qarşı həlledici döyüşlər Suriya ilə sərhəd yaxınlığında olacaq.
Bunu ABŞ-ın briqada generalı Robert Sofc deyib.
"İraqda İŞİD terrorçuları ilə həlledici döyüşlər Suriya ilə həmsərhəd bölgədə, Fərat çayının orta axınında olacaq", - deyə TASS İŞİD-lə mübarizə üzrə beynəlxalq koalisiya komandanlığının nümayəndəsinin sözlərini sitat gətirib.Muxalifet - 8-10-2017
9 yaşlı uşaq 2-ci mərtəbədən yıxılıb - BƏRDƏDƏ
Uşaq ağır xəsarət alıb
Bərdənin Kətəlparaq kəndində 9 yaşlı uşaq fərdi yaşayış evinin 2-ci mərtəbəsindən yerə yıxılıb.
Nəticədə 2008-ci il təvəllüdlü Hüseynov İbrahim Vahid oğlu ağır xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib.
Yaxınlarının sözlərinə görə, hadisə qonşuluqda yeni tikilməkdə olan evdə baş verib. Hadisə doqquz yaşlı uşaq tikintinin ikinci mərtəbəsində oynayarkən qeydə alınıb.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır./reportMuxalifet - 8-10-2017
"Alman futbolçular dedilər ki, sizdən belə oyun gözləmirdik" - NAZAROV
Dünya çempionlarının belə fikirlər səsləndirmələri həqiqətən də xoş idi
"Mən martda Bakıda keçirdiyimiz oyunu yada salıram. Biz həmin matçda qolumuzu vura, almanları "qıdıqlaya", hirsləndirə bilmişdik. Rəqib komandanın futbolçuları oyundan sonra mənə yaxınlaşdılar. Dedilər ki, sizdən belə oyun gözləmirdik. Məncə, bundan yaxşı kompliment ola bilməzdi. Dünya çempionlarının belə fikirlər səsləndirmələri həqiqətən də xoş idi".Muxalifet - 8-10-2017
DÇ-2018: Bu gün Azərbaycan Almaniya millisi ilə qarşılaşacaq
Azərbaycan yığması DÇ-2018 seçmə mərhələsində son oyununa itkilərlə çıxır
Bu gün futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsində son oyununu keçirəcək.
Robert Prosineçkinin baş məşqçi olduğu kollektiv Almaniya yığmasının qonağı olacaq.Muxalifet - 8-10-2017
İran ballistik raketlərinin sərrastlığını artırır – XİN rəhbəri
İran nüvə silahına sahib olmaq deyil, ballistik raketlərinin sərrastlığını artırmaq məqsədi ilə sınaqları keçirir.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə İran XİN rəhbəri Məhəmməd Cavad Zərif ABŞ-ın “Newsweek” nəşrinə müsahibəsində bildirib.
O qeyd edib ki, İranın arsenalındakı ballistik raketlər ölkənin müdafiəsini təmin etmək üçün istehsal olunub və nüvə silahı kimi istifadə üçün tamamilə uyğunsuzdur.Muxalifet - 8-10-2017
Nazirin korteji qəzaya uğradı – XƏSARƏT ALANLAR VAR
Avstriyanın DİN rəhbəri Volfqanq Sobotkanın korteji Karintiya bölgəsində qəzaya uğrayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza nəticəsində nazirin özü xəsarət almasa da, onu müşayiət edən iki mühafizəçi, habelə kortejə çırpılan digər avtomobildəki ata və oğlu xəsarət alıb. Sonuncuların vəziyyətinin ağır olduğu bildirilir.
İnsident Fölkermarkt şəhəri yaxınlığında yol kəsişməsində baş verib.
Araşdırma aparılır.Muxalifet3 - 8-10-2017
Narkotik istehsal edən laboratoriya aşkarlandı - ERMƏNİSTANDA
Ermənistan polisi sentyabrın 25-də narkotik istifadəçisi olan 25 yaşlı İrəvan sakinində xeyli miqdarda narkotik maddələr aşkarlayıb.
Erməni KİV-lərin verdiyi xəbərə görə, polisin son günlər ərzində apardığı istintaq-əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin mənbəyi müəyyən edilib. İstintaq narkotik vasitələrin istehsalı, emalı və satışı şəbəkəsini ifşa edib. Armavir şəhər sakininin evinə baxış zamanı narkotik istehsalı laboratoriyası aşkarlanıb. İstintaq tədbirləri davam etdirilir./apaMuxalifet - 8-10-2017
Məşhur amerikalı repçi zorlamada İTTİHAM OLUNUR
Məşhur amerikalı repçi Nelli (Nelly) zorlamaqda şübhəli bilinərək saxlanılıb. APA-nın TMZ-yə istinadən verdiyi xəbərə görə, ötən gün səhər saatlarında qadın polisə müraciət edərək, Vaşinqtonda qastrol səfərdə olan repçinin avtobusunda zorlandığını bildirib. Qadın onu zorlayan şəxsin məhz Nelli olduğunu iddia edir. Polis saxlanılan repçinin evində yoxlama aparıb.
Nellinin vəkilləri ittihamları rədd edib.Muxalifet3 - 8-10-2017
Gəmidə 4 tonadək kokain ƏLƏ KEÇİRİLDİ - ƏMƏLİYYAT
İspaniya polisi tərəfindən keçirilən beynəlxalq əməliyyat nəticəsində göyərtəsində 3,8 ton kokain olan gəmi saxlanılıb.
“RİA Novosti”nin verdiyi xəbərə görə, əməliyyat nəticəsində 7 nəfər saxlanılıb. Məlumata görə, narkotiklər gəmi mətbəxinin altında düzəldilmiş gizli kabinədən aşkarlanıb.
Kolumbiyadan İspaniyaya üzən gəmi Kanar adalarından 870 km aralıda saxlanılıb.Muxalifet - 8-10-2017
Tramp Koreya ilə həll yolunu göstərdi - MÜHARİBƏ
"Nazirlər və qurumları 25 ildir Şimali Koreya ilə danışıqlar aparır. Böyük məbləğdə pul xərclənib. Anlaşmalar Koreya tərəfindən pozuldu. Üzgünüm, işə yarıyacaq tək bir şey var".
Bunu ABŞ prezidenti Donald Tramp tvitter hesabında qeyd edib. Tramp daha öncə ABŞ-ın özünü və müttəfiqlərini qorumaq üçün, lazım olarsa, Şimali Koreyanı yox edəcəyini bildirmişdi. /teleqraf.comMuxalifet - 8-10-2017