​Trampdan müharibə anonsu: “Bu, fırtınaöncəsi sakitlikdir”

Muxalifet.az xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp İran və Şimali Koreyaya mövzusunda Amerika ordusunun yüksək çinli komandirləri ilə Ağ Evdə keçirilən görüşdən sonra deyib.
Trampın “fırtınaöncəsi sakitlik” sözündən sonra jurnalistlərdən biri prezidentə sual verib: “Hansı fırtınadan söhbət gedir, hörmətli prezident?” Tramp isə cavabında “görəcəyik” ifadəsini işlədib.
Ağ Evdə hərbçilərlə İran və Şimali Koreya mövzusunda müzakirələr aparan Tramp deyib ki, əsas hədəf Şimali Koreyanı nüvə silahlarından təmizləməkdir:
“Bu diktaturanın ölkəmizi və müttəfiqlərimizi xəyal edilə bilməyəcək insan itkiləri ilə təhdid etməsinə imkan verə bilmərik. Bunun baş verməsinin qarşısını almaq üçün nə lazımdırsa edəcəyik. Tələb olunduğu təqdirdə bunu edəcəyik. İnanın mənə”.
Prezident qeyd edib ki, ABŞ-ın milli maraqlarını baltalayan bütün güclərin çoxdan yox edilməsi lazım idi:
“Ancaq görünən odur ki, indi bu iş bizim üzərimizə düşüb. İranın nüvə silahına sahib olmasına imkan verməyəcəyik. İran terroru dəstəkləyir və Orta Şərqə şiddət və xaos ixrac edir. İranın bu fəaliyyətinə və nüvə silahı əldə etmək ehtirasına son verməliyik. Onlar əldə olunan razılaşmaya əməl etmədilər”.
Müzakirələrdən sonra Tramp, həyat yoldaşı Milena, hərbçi komandirlər və digər yüksək çinli şəxlər Ağ Evdə foto çəkdirib, kameralar qarşısına çıxıb.